NƏĞMƏ 74
Gəl Padşahlıq nəğməsini oxuyaq!
- 1. Bu şən nəğmə zəfər haqda nəğmədir, - Gəl vəsf edək fərəhlə Xaliqi. - Sözlərində ümid və təsəlli var, - Bizə qoşul, oxu yeni şərqi: - NƏQARƏT - «Tək Allaha səcdə qılaq, - Məsihdir şah, bəyan edək! - Gəl oxuyaq Şahlıq nəğməsini biz, - Hey ucaldaq Yehovanın ismin». 
- 2. Padşahlığı bəyan edək nəğməylə - Hakimiyyət məxsusdur Məsihə. - Vəd olunmuş yeni xalq yaranıbdır, - Həmvarislər alqış edir şaha: - NƏQARƏT - «Tək Allaha səcdə qılaq, - Məsihdir şah, bəyan edək! - Gəl oxuyaq Şahlıq nəğməsini biz, - Hey ucaldaq Yehovanın ismin». 
- 3. Şahlıq haqda nəğmə qəlbə şəfadır, - Təvazökar adam onu anlar. - Bütün dünya Rəbbi tanımalıdır, - Bu nəğməni qoy eşitsin bəşər: - NƏQARƏT - «Tək Allaha səcdə qılaq, - Məsihdir şah, bəyan edək! - Gəl oxuyaq Şahlıq nəğməsini biz, - Hey ucaldaq Yehovanın ismin». 
(Həmçinin baxın: Zəb. 95:6; 1 But. 2:9, 10; Vəhy 12:10.)