NƏĞMƏ 137
Mömin qadınlar — məsihi bacılar
- 1. Sara, Əstər, Məryəm, Hənnə və Ruttək - Bir çox qadın qoçaq və sadiq olmuş, - Daim Rəbbə layiq bir ömür sürmüş, - Adları qeyd olunmuşdur Kəlamda. - Eləsi var, bilmirik adın biz, - Amma Rəbb razıydı həmin qadınlardan. 
- 2. Mərd ürəkli, lütfkar, comərd olmuşlar, - Budur qadın üçün ən gözəl bəzək. - Qoy olsunlar bizə hər işdə örnək, - Geyinək həlim ruhun libasını. - O qadın ki, pak həyat sürərsə, - Mütləq dadacaqdır gözəl bəhrəsini. 
- 3. Ey analar, qızlar və gəlinlər, siz - Şövqlə edirsiniz Rəbb üçün xidmət, - O göstərər sizə lütf və kəramət. - Həm sadədir, həm gözəldir qəlbiniz. - Bacılar, siz bilin ki, Yehova - Çox qədirbiləndir, itməz zəhmətiniz. 
(Həmçinin baxın: Filip. 4:3; 1 Tim. 2:9, 10; 1 But. 3:4, 5.)