NƏĞMƏ 55
Onlardan qorxma!
- 1. İrəli get, cəsarətlə, - Şahlığı təbliğ eylə. - Qorxma heç bir vəch ilə, - Hər kəsə müjdə söylə. - Göylərdə İsa padşahdır, - Şeytanı qovub yerə, - Pisliyə Məsih tezliklə - Mütləq qılacaq çarə. - NƏQARƏT - Heç nədən qətiyyən qorxma, - Tək qoymaram Mən səni. - Daima hifz edəcəyəm, - Mən göz bəbəyim kimi. 
- 2. Düşmənlər güclü olsa da, - Böhtanlar atsa belə, - Hey sənə rişxənd etsə, - İşlətsə kələk, hiylə. - Qorxma, ey xalqım, sadiq qal, - Arxandayam Mən sənin. - Qələbə təkcə Mənimdir, - Xar olar düşmənlərin. - NƏQARƏT - Heç nədən qətiyyən qorxma, - Tək qoymaram Mən səni. - Daima hifz edəcəyəm, - Mən göz bəbəyim kimi. 
- 3. Qorxma, hər vaxt yanındayam, - Sipərinəm Mən sənin. - İtirsən həyatını, - Bəxş edərəm canını. - Ölümdən qətiyyən qorxma, - Mənbəyiyəm həyatın. - Axıra kimi sadiq qal, - Əbədi cənnət yaxın. - NƏQARƏT - Heç nədən qətiyyən qorxma, - Tək qoymaram Mən səni. - Daima hifz edəcəyəm, - Mən göz bəbəyim kimi. 
(Həmçinin baxın: Qan. 32:10; Nəh. 4:14; Zəb. 59:1; 83:2, 3.)