DƏRS 12
Mülayimlik və şəfqət
1 Salonikililərə 2:7, 8
İCMAL: Səmimi hisslərlə danış, qoy dinləyicilərin rifahını fikirləşdiyin görünsün.
NECƏ NAİL OLMAQ OLAR?
- Dinləyiciləri düşün. Onların yaşadığı problemləri yadına salaraq özünü çıxışa hazırla. Onların hansı hissləri keçirdiyini təsəvvür etməyə çalış. 
- Sözləri diqqətlə seç. Dinləyiciləri təravətləndirməyə, möhkəmləndirməyə, onlara təsəlli verməyə çalış, hisslərinə toxunacaq sözlərdən qaç. Başqa dinə etiqad edən insanlar və onların inancları haqda hörmətsiz danışma. 
- Dinləyiciləri düşündüyünü göstər. Mülayim tonla və münasib jestlərlə dinləyicilərə onların rifahını fikirləşdiyini göstər. Üz ifadənə fikir ver, tez-tez gülümsə.