NƏĞMƏ 4
«Yehova qayğıkeş Çobanımdır»
(Zəbur 23)
- 1. Yehova, Sən Çobanımsan, - Gedərəm ardınca mən. - Arzu, istəklərimi, Rəbbim, - Tək Sənsən duya bilən. - Yaşıl, sakit otlaqlarla, - Məni gəzdirirsən Sən. - Məhəbbətlə yol göstərirsən hey, - Tapırsan rahat məkan. - Sevgiylə yol göstərirsən hey, - Tapar ürəyim aram. 
- 2. Doğru, təmiz yollarınla - Getmək təravət verir. - Qoru, mən sapmayım düz yoldan, - Sən Öz adına xatir. - Keçsəm zülmət dərədən də, - Əsan cəsarət verər. - Müsibət, bəla qorxutmaz qəti, - Çün Sənsən Dostum mənim. - Ölüm belə qorxutmaz qəti, - Tək Sənsən pənah yerim. 
- 3. Yehova, Sən Çobanımsan, - Səslərsən düzgün yola. - Verirsən daima güc-qüvvət, - Qoymazsan möhtac qalam. - Ümid verdin, o gerçəkdir, - Sənin varlığın qədər! - Kərəmin, sevgin, şəfqətin məni - Sarsın həyatım boyu. - Yehova, məhəbbətin məni - Sarsın həyatım boyu. 
(Həmçinin baxın: Zəb. 28:9; 80:1.)