NƏĞMƏ 107
İlahi məhəbbət örnəyi
- 1. Yehova Allah sevgi örnəyidir, - Bu sevgi nur saçır. - Bütün varlığı kamil məhəbbətdir, - Hər bir işi ləl-cavahir. - Rəbb Öz Oğlunu fidyətək verərək, - Sildi günahı, böyük lütf edərək, - Bizi əfv etdi, rəhmin göstərərək! - Bu, ilahi sevgi örnəyi. 
- 2. Yehovanın biz yoluyla gedirik, - O, bizi cəlb edir. - Bizim qardaşlıq Rəbdən hədiyyədir, - O, xalqları bir eyləyir. - Yehovanı biz candan çox sevirik, - Qardaş-bacıya sevgi bəsləyirik, - Nöqsanlarına biz göz bağlayırıq, - Budur sevgi, qardaş sevgisi. 
- 3. Sevgi telləri bizi ailətək - Bir edir, cəm edir. - Sevən Atamız bizi nəvazişlə - Bu birliyə hey səsləyir. - Bu saf məhəbbət baş səciyyəmizdir, - Rəbbin Kəlamı tək bələdçimizdir, - Bütün qardaşlıq məsləkdaşımızdır, - Budur sevgi, gerçək, pak sevgi. 
(Həmçinin baxın: Rom. 12:10; Efes. 4:3; 2 But. 1:7.)