NƏĞMƏ 82
«Qoy nurunuz parlasın»
Çap versiyası
	- 1. Məsihin əmridir, - Parlasın nurun. - Bərq vursun günəştək - Qoy sənin üzün. - Səmavi hikmətlə - Nur saçır Kəlam. - Əməlin təmiz olsun, - Nur yaysın hər an. 
- 2. İlahi müjdədir - Ürəyə məlhəm. - Qoy işıq saçsın o, - Nurlansın aləm. - Pak Kəlam çıraqdır - Bu haqq yolunda. - Hər kəsə seçim verək, - Gəl yayaq müjdə. 
- 3. Dünyaya işıqdır - Xeyirxah işlər. - Sözümüz incidir, - Hər yanda parlar. - Heç zaman sönməz nur, - Düz yolda qalsaq. - Gəl şərəf verək Rəbbə, - Hey fəxri olaq. 
(Həmçinin baxın: Zəb. 119:130; Mət. 5:14, 15, 45; Kol. 4:6.)