Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w22 sentyabr s. 27
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2022
  • Oxşar material
  • Dirilmə — gerçək ümid!
    Gözətçi qülləsi 2020
  • Dirilməyə olan ümidin qüvvəsi var
    Gözətçi qülləsi 2000
  • Yenidən doğulmaq nə deməkdir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • «Ölülər necə diriləcək?»
    Gözətçi qülləsi 2020
Əlavə
Gözətçi qülləsi 2022
w22 sentyabr s. 27
Saul yerə uzanıb, parlayan işıqdan gözləri tutulub. Yəhudi kişilər onun başına toplaşıb.

Oxucuların sualları

Həvari Bulus «vaxtından tez doğulmuş uşağa» bənzədiyini deyəndə nəyi nəzərdə tuturdu? (1 Korinflilərə 15:8)

Həvari Bulus 1 Korinflilərə 15:8 ayəsində belə deyir: «Lap axırda isə vaxtından tez doğulmuş uşağa bənzəyən mənə göründü». Bu ayədə həvari Bulus İsa Məsihi səmavi calalında görən zaman özü ilə baş verənlərdən danışır. Bəs o, «vaxtından tez doğulmuş uşağa» bənzədiyini deyəndə nə nəzərdə tuturdu? Əvvəllər bu ayəni belə başa düşürdük: Bulus bu sözlərlə demək istəyirdi ki, ruhani həyata doğulmaq və ya dirilmək şərəfi ona sanki vaxtından əvvəl, yəni göylər həyatına dirilmə başlamazdan əsrlər öncə nəsib olub. Amma bu ayə ilə bağlı sonrakı araşdırmalarımız göstərdi ki, bu izahata düzəliş etmək lazımdır.

Bəs onda o, hansı mənada özünü «vaxtından tez doğulmuş uşağa» bənzədirdi? Buna bir neçə ehtimal var.

Onun məsihi olması ani və travmalı olmuşdu. Vaxtından əvvəl doğuş adətən gözlənilməz olur. Saul (sonralar Bulus adı ilə tanındı) məsihiləri təqib etmək üçün Dəməşqə gedəndə dirilmiş İsanın görüntüdə ona görünəcəyini gözləmirdi. Bulusun məsihiliyi qəbul etməsi təkcə onun üçün yox, həmin şəhərə hədələməyə getdiyi məsihilər üçün də gözlənilməz idi. Üstəlik, bu, travmatik bir hadisə idi; o, bir müddət görmə qabiliyyətini itirmişdi (Həv. 9:1—9, 17—19).

O, məsihiliyi «yanlış vaxtda» qəbul etmişdi. «Vaxtından tez doğulmuş» kimi tərcümə olunan yunan sözünü «vaxtsız», «yanlış vaxtda doğulmuş» kimi də tərcümə etmək olar. «Yerusəlim Müqəddəs Kitabı»nda bu ayə belə səslənir: «Heç kəsin gözləmədiyi vaxtda doğulan uşağa bənzəyən mənə göründü». Bulus əvvəlki ayələrdə bəzi insanlardan danışır. Bu insanlar İsanı diriləndən sonra görmüşdülər. Bulus məsihiliyi qəbul edəndə isə İsa Məsih artıq göyə qayıtmışdı, buna görə o, İsanı görə bilməmişdi (1 Kor. 15:4—8). İsanın Bulusa qəfil görünməsi ona bu imkanı yaratdı. Bir növ, o, İsanı «yanlış vaxtda», başqa sözlə, heç kəsin gözləmədiyi vaxtda gördü.

O özü haqda təvazökarlıqla danışırdı. Bəzi alimlərin fikrincə, Bulus bu sözlərlə özünə tənqidi yanaşmışdı. Əgər Bulus bu sözü bu mənada işlətmişdisə, bununla özünün həvari olmağa layiq olmadığını nəzərdə tuturdu. Belə ki, o, sözünə belə davam etmişdi: «Mən həvarilərin ən kiçiyiyəm və həvari adlanmağa layiq deyiləm, çünki Allahın yığıncağına zülm etmişəm. Lakin indi bu mövqeyi Allahın lütfü sayəsində tuturam» (1 Kor. 15:9, 10).

Beləliklə, görünür, Bulus bu sözlərlə ya İsanın ona gözlənilmədən, qəfil göründüyünü, ya məsihi olmasının gözlənilməz vaxtda olduğunu, ya da ki, belə bir möhtəşəm vəhy almağa layiq olmadığını nəzərdə tuturdu. Hər bir halda aydındır ki, yaşadığı bu hadisə Bulus üçün çox qiymətli idi. İsanın dirildiyinə onda zərrə qədər də şübhə qalmadı. Elə buna görə də o, İsanın dirilməsi haqqında təbliğ edəndə bu hadisədən tez-tez danışırdı (Həv. 22:6—11; 26:13—18).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş