NƏĞMƏ 28
Yehovanın dostu olaq
Çap versiyası
	(Zəbur 15)
- 1. Ey Yaradan Tanrım, - Kimdir dostun Sənin? - Sən kimləri edirsən mehman - Öz evində, Rəbbim? - Kim ki sadiq qalıb, - Saf Kəlamın sevir. - Pakdır qəlbi, təmiz əməli, - Haqq yolla yeriyir. 
- 2. Ey mehriban Allah, - Kimdir dostun Sənin? - Kim calallı taxtın önündə - Şad eyləyər Səni? - Kim ki uca tutur - Daima adını. - Hər vaxt bağlı qalır əmrinə, - Sevmir heç yalanı. 
- 3. Ey qayğıkeş Rəbbim, - Sənsən qəlb sirdaşım. - Dar günümdə Sən hifz eylədin, - Tez dadıma çatdın. - Sənlə ülvi dostluq - Qoy əbədi olsun. - Heç kim verməz Sənin yerini, - Sənsən sadiq Dostum. 
(Həmçinin baxın: Zəb. 139:1; 1 But. 5:6, 7.)