NƏĞMƏ 139
Özünü yeni dünyada təsəvvür et
- 1. Gözəl həyat, cənnət məkan... - Bir an düşün, yetişib o dövran. - Bax şad-xürrəm cümlə-bəşər, - Şər-bəladan yox artıq əsər. - Zəfər çaldı ulu Allah, - Uca taxtı devrilməz heç vaxt. - Yerdə quruldu şahanə bir düzən, - Şükran nəğməsi çağlayır könüllərdən: - NƏQARƏT - «Yehova Allah, Sənə şükr olsun! - Təzələdin hər şeyi büsbütün. - Coşub-daşır qəlbdə ən gözəl həmd-səna, - Tək Sənsən layiq şöhrətə, şərəf-şana!» 
- 2. Gözəl həyat, cənnət məkan... - Sən bir düşün, yetişib o dövran. - Qorxu-hürkü bitdi daha, - Nə möhtəşəmdir bu ab-hava! - Bütün vədlər gerçək oldu, - Küll-İxtiyar çadırın qurdu. - Ölən əzizlər həyata qayıdır, - Onlarla birgə hamı səs-səsə verir: - NƏQARƏT - «Yehova Allah, Sənə şükr olsun! - Təzələdin hər şeyi büsbütün. - Coşub-daşır qəlbdə ən gözəl həmd-səna, - Tək Sənsən layiq şöhrətə, şərəf-şana!» 
(Həmçinin baxın: Zəb. 37:10, 11; Əşy. 65:17; Yəh. 5:28; 2 But. 3:13.)