STRESİ DƏF ETMƏK MÜMKÜNDÜR
Stresin səbəbləri
Məşhur Mayo klinikasının hesabatında deyilir ki, «yetkin yaşda olan insanlar getdikcə daha çox stresə məruz qalır. Müasir dövrdə həyatın hər sahəsi dəyişkən və qeyri-müəyyəndir». Stresə səbəb olan amillərdən bəzisi aşağıdakılardır:
boşanma
doğma insanın ölümü
ciddi xəstəlik
qəza
cinayət
gərgin həyat ritmi
fəlakətlər — təbii, yaxud insanların törətdiyi
məktəbdə və ya işdə gərginlik
iş və maddi vəziyyətlə bağlı narahatçılıq