Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  1 s. 5—6
  • Stres nədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Stres nədir?
  • Oyanın! 2020
  • Başlıqlar
  • Oxşar material
  • MÜSBƏT VƏ MƏNFİ STRES
  • Məktəbdə yaranan stressin öhdəsindən necə gəlmək olar?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Mündəricat
    Oyanın! 2020
  • Stres yaşayırsınız?
    Oyanın! 2020
  • Stresi dəf etməyin yolları
    Oyanın! 2020
Oyanın! 2020
g20 №  1 s. 5—6
Biznesmen şəhərdə pillələri qaçaraq ofis binasına tərəf gedir.

STRESİ DƏF ETMƏK MÜMKÜNDÜR

Stres nədir?

Stres orqanizmin gərgin vəziyyətə reaksiyasıdır. Bu zaman beyinin göndərdiyi siqnalların nəticəsində ifraz olunan külli miqdarda hormon bütün orqanizmdə dövr edir. Ürək döyüntüləri artır, qan təzyiqi yüksəlir, tənəffüs tezləşir, əzələlərdə gərginlik yaranır. Stresli vəziyyət keçib-getdikdə orqanizmin fəaliyyəti normallaşır.

MÜSBƏT VƏ MƏNFİ STRES

Stres orqanizmin çətin, yaxud təhlükəli vəziyyətlərə qarşı durmaq üçün təbii reaksiyasıdır. Reaksiya beyində başlayır. Müsbət stres insanı dərhal hərəkətə keçməyə, yaxud reaksiya verməyə təşviq edir. Müəyyən dərəcədə stres insana məqsədlərinə çatmağa, yaxud işini daha yaxşı görməyə, məsələn, imtahan vaxtı, iş müsahibəsində, idmanla bağlı tədbirdə daha uğurlu nəticə əldə etməyə kömək edə bilər.

Lakin stres uzun sürərsə, şiddətli və ya xroniki olarsa, insan orqanizminə zərər yetirə bilər. Orqanizm mütəmadi olaraq öz gücünü səfərbər edərsə, yaxud həmişə bu vəziyyətdə olarsa, bunun insana emosional, fiziki və əqli zərəri dəyə bilər. İnsanın davranışı, həmçinin başqaları ilə rəftarı dəyişə bilər. Xroniki stresdən əziyyət çəkən insan vəziyyətə tab gətirmək üçün siqaret çəkmək, narkotikdən istifadə etmək və sairə kimi zərərli vərdişlərə aludə ola bilər. Hətta depressiyaya qapıla bilər, insanda tükənmişlik sindromu, sui-qəsd barədə fikirlər yarana bilər.

Düzdür, stres hər kəsə eyni cür təsir etmir, lakin bu, müxtəlif cür xəstəliklərə yol aça bilər. Stres bədənin, demək olar ki, bütün orqanlarına təsir edir.

STRESİN ORQANİZMƏ TƏSİRİ

Sinir sistemi.

Kişi əlini alnına qoyub, stresin fəsadlarını öz üzərində hiss edir.

Sinir sistemi adrenalin və kortizol hormonunun ifrazına səbəb olur. Bu hormonlar ürəyin döyüntüsünü, qan təzyiqini artırır, qanda qlükozanın səviyyəsini qaldırır. Bunların sayəsində, insan təhlükəyə dərhal cavab verə bilir. Həddindən artıq stres növbəti fəsadlara səbəb ola bilər:

  • əsəbilik, narahatçılıq, depressiya, baş ağrısı, yuxusuzluq

Əzələ-sümük sistemi.

Əzələlər insanı zədədən qorumaq üçün gərginləşir. Həddindən artıq stres növbəti fəsadlara səbəb ola bilər:

  • bədəndə ağrılar, kəskin baş ağrıları, əzələ spazmı

Tənəffüs sistemi.

İnsan daha çox oksigen qəbul etmək üçün tez-tez nəfəs alır. Həddindən artıq stres növbəti fəsadlara səbəb ola bilər:

  • hiperventilyasiya və nəfəs çatışmazlığı, həmçinin meyilli olanlarda panik ataklar

Ürək-damar sistemi.

Ürək tez-tez döyünür, qanı bütün bədənə ötürmək çətinləşir. Qanı lazım olan nahiyəyə, məsələn, əzələlərə ötürmək üçün qan damarlarının bəziləri genişlənir, bəziləri isə daralır. Həddindən artıq stres növbəti fəsadlara səbəb ola bilər:

  • yüksək qan təzyiqi, infarkt, insult

Endokrin sistem.

Vəzlər adrenalin və kortizol hormonu ifraz edirlər və bu hormonlar orqanizmə stres zamanı cavab reaksiyası verməyə kömək edir. Qara ciyər orqanizmi daha çox enerji ilə təmin etmək üçün qanda şəkərin səviyyəsini qaldırır. Həddindən artıq stres növbəti fəsadlara səbəb ola bilər:

  • diabet, immunitetin zəifləməsi, xəstəliklərin artması, dəyişkən əhval-ruhiyyə, artıq çəki

Mədə-bağırsaq sistemi.

Həzm prosesi pozulur. Həddindən artıq stres növbəti fəsadlara səbəb ola bilər:

  • ürəkbulanma, qusma, ishal, qəbizlik

Reproduktiv sistem.

Stres cinsi istəyə və fəaliyyətə təsir edir. Həddindən artıq stres növbəti fəsadlara səbəb ola bilər:

  • impotensiya, aybaşı pozulması

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş