Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 103 s. 238—239
  • «Qoy Padşahlığın gəlsin»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Qoy Padşahlığın gəlsin»
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Allahın Yer kürəsinə dair niyyəti nədir?
    Allah bizdən nə tələb edir?
  • Allahın bəşəriyyətlə bağlı niyyəti
    Müqəddəs Kitab təlimləri
  • Həyat çətinləşir
    Müqəddəs Kitab hekayələri
  • Allahın yer üçün niyyəti nədən ibarətdir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 103 s. 238—239
Uşaqlar və böyüklər Cənnətdə həyatdan zövq alırlar

DƏRS 103

«Qoy Padşahlığın gəlsin»

Yehova Allah söz verib: «İnsanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi».

Yehova Allah Adəmlə Həvvanı yaradıb, Ədən bağına qoydu. Yehova istəyirdi ki, onlar əmin-amanlıq və xoşbəxtlik içində yaşasınlar. Onlar göylərdəki Atalarına ibadət etməli və övladlar dünyaya gətirib yer üzünü doldurmalı idilər. Ancaq Adəmlə Həvva Yehova Allahın sözünə qulaq asmadılar, buna baxmayaraq, Yehova niyyətindən dönmədi. Bu kitabda biz Allahın verdiyi bütün vədlərin gerçəkləşdiyini gördük. İbrahim peyğəmbərə vəd etdiyi kimi, Yehovanın Padşahlığı yer üzünə möhtəşəm xeyir-bərəkət gətirəcək.

Uşaqlar, böyüklər və vəhşi heyvanlar Cənnətdə birgə yaşayırlar

Tezliklə Şeytan, onun mələkləri və bütün pis insanlar məhv olacaq. Hər kəs Yehova Allaha ibadət edəcək. Biz nə xəstələnəcəyik, nə də öləcəyik. Əksinə, hər səhər yuxudan gümrah oyanacaq və həyatdan zövq alacağıq. Dünya cənnətə dönəcək. Hamının sağlam qidası, qəşəng evi olacaq. İnsanlar artıq qəddar, zalım olmayacaq, əksinə, xeyirxah olacaqlar. Vəhşi heyvanlar bizi qorxutmayacaq, heç biz də onlardan qorxmayacağıq.

Yehova Allahın ölüləri diriltməsi heyrətamiz hadisə olacaq. Biz Habil, Nuh, İbrahim, Sara, Musa, Rut, Əstər, Davud kimi, qədimdə yaşamış insanları görəcəyik. Onlar bizimlə birgə Yeri cənnətə döndərəcəklər. Bizi bir-birindən maraqlı işlər gözləyir.

Yehova Allah səni də orada görmək istəyir. Sən Yehova ilə çox yaxın dost olacaqsan. Bəlkə də, indi bunu heç ağlına belə gətirə bilməzsən! Gəlin Yehova Allaha günbəgün, indi və əbədiyyən daha da yaxınlaşaq!

«Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcud oldu və yaradıldı» (Vəhy 4:11)

Suallar: Allahın Padşahlığı yer üzündəki həyatı necə dəyişəcək? Bu kitabda adları çəkilən insanlardan kimi Cənnətdə görmək istəyərdin?

Vəhy 21:3, 4; Əyyub 33:25; Məsəllər 2:21, 22; Əşiya 11:2—10; 33:24; 65:21; Mətta 6:9, 10; Yəhya 5:28, 29; 17:3

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş