Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/7 s. 28
  • Əməkdaşlıq ruhani inkişafa zəmin yaradır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əməkdaşlıq ruhani inkişafa zəmin yaradır
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Ailəvi ibadət
  • Yığıncaq görüşləri
  • Bütün cəhdlərə dəyər
  • Yehovaya ailənizlə birgə xidmət edin
    Müqəddəs ibadətimiz 2007
  • Ailə başçıları, yaxşı ruhani qrafikə riayət edin
    Müqəddəs ibadətimiz 2002
  • Ailələrə kömək
    Müqəddəs ibadətimiz 2011
  • Məsihi birliyini möhkəmləndirin
    Gözətçi qülləsi 2016
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/7 s. 28

Əməkdaşlıq ruhani inkişafa zəmin yaradır

ƏMƏKDAŞLIQ ruhu ailənin ruhən inkişaf etməsi üçün çox vacibdir. Yehova ilk insan cütünü yaradanda əməkdaşlığın zəruriliyini vurğuladı. Münasib bir «köməkçi» kimi Həvva Adəmlə çiyin-çiyinə çalışmalı idi (Yar. 2:18). Nikah ərlə arvadın iki əməkdaş kimi birgə çalışdığı və bir-birinə arxa olduğu bir quruluş olmalı idi (Vaiz 4:9-12). Yehovanın valideynlərə və uşaqlara tapşırdığı vəzifəni yerinə yetirmək üçün də əməkdaşlıq tələb olunur.

Ailəvi ibadət

Berri ilə Heydinin beş övladı var. Onların fikrincə, Müqəddəs Kitabın müntəzəm ailəvi öyrənməsi ailənin inkişafına kömək edir. Berri deyir: «Vaxtaşırı uşaqlara əvvəlcədən kiçik tapşırıqlar verirəm. Bəzən onlara “Oyanın!” jurnalından müəyyən məqalələri oxumağı və öyrəndiklərini ailəvi öyrənmə zamanı bölüşməyi tapşırıram. Biz həmçinin təqdimələri birgə məşq edirik ki, uşaqlarımız xidmətdə istifadə edə bilsinlər». Heydi əlavə edir: «Hər birimiz qarşımıza qoyduğumuz ruhani məqsədləri siyahıya almışıq və vaxtaşırı bu məqsədləri nəzərdən keçiririk ki, inkişafın hansı pilləsində olduğumuzu görək». Bu ər-arvad həmçinin fikir vermişdir ki, bəzi axşamlar televizoru yandırmamaq bütün ailənin səssiz şəraitdə oxumasına imkan yaradır.

Yığıncaq görüşləri

Mayk və Deniz dörd uşaq böyüdüb boya-başa çatdırmışlar. Qarşılıqlı əməkdaşlıq onların ailəsinə hansı faydanı gətirdi? Mayk deyir: «Yığıncağa vaxtında gəlmək üçün işlərimizi nə qədər yaxşı planlaşdırsaq da, bəzən bu baş tutmurdu, lakin öz təcrübəmizdən gördük ki, əməkdaşlıq sayəsində buna nail olmaq mümkündür». Deniz əlavə edir: «Uşaqlar böyüdükcə onlara ev işlərini görməyi tapşırırdıq. Qızımız Kim yemək bişirməyə və süfrəni açmağa kömək edirdi». Onların oğlu Maykl xatırlayır: «Çərşənbə axşamları evimizdə yığıncaq görüşü keçirilirdi. Biz otağı səliqəyə salır, döşəməni tozsoranla təmizləyir və stulları düzürdük». Digər oğulları Metyu deyir: «Yığıncaq keçirilən axşamlar atam işdən tez gəlməyə çalışırdı ki, hazırlıq işində bizə kömək etsin». Bu hansı bəhrələri gətirdi?

Bütün cəhdlərə dəyər

Mayk deyir: «1987-ci ildə biz Denizlə pioner xidmətinə başladıq. O zaman uşaqlarımızdan üçü hələ bizimlə yaşayırdı. Onlardan ikisi pioner xidmətinə başladı, digərləri isə Bet-Ellərin tikintisində iştirak edirdi. Ailəmizə sevinc gətirən şeylərdən biri də 40 nəfərin həyatını Yehovaya həsr etməsinə və vəftiz olmasına kömək etməyimizdir. Bizə həmçinin ailəlikcə bir çox tikintilərdə, o cümlədən xarici ölkələrdə həyata keçirilən tikinti işlərində iştirak etmək şərəfi nəsib oldu».

Bəli, ailədə əməkdaşlıq bütün cəhdlərə dəyər. Nəyə görə ailə üzvlərinizlə başqa hansı sahələrdə əməkdaşlıq edə biləcəyinizin üzərində düşünməyəsiniz? Siz əmin ola bilərsiniz ki, əməkdaşlıq ruhu ailənizin ruhani cəhətdən daha çox inkişaf etməsinə kömək edəcək.

[28-ci səhifədəki şəkil]

Təqdimələri məşq etmək xidmətdə tərəqqi etməyə kömək edir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş