Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp25 №  1 s. 4—5
  • Müharibə və münaqişə heç birimizdən yan keçmir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müharibə və münaqişə heç birimizdən yan keçmir
  • Gözətçi qülləsi (kütləvi)—2025
  • Oxşar material
  • Münaqişələrə nə vaxt son qoyulacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?
    Əlavə mövzular
  • Müharibələrə trilyonlarla pul sərf edilir. Bəs əsl xərc nə qədərdir?
    Əlavə mövzular
  • Müharibə və münaqişələr necə sona çatacaq?
    Gözətçi qülləsi (kütləvi)—2025
  • Müharibə
    Oyanın! 2017
Əlavə
Gözətçi qülləsi (kütləvi)—2025
wp25 №  1 s. 4—5
Şəkillər: 1) Bir əsgər çöllükdə gəzir. Onun arxasınca tank gedir. 2) Müharibədən zərər çəkən müxtəlif millətlərdən olan kişilər, qadınlar və uşaqlar.

Müharibə və münaqişə heç birimizdən yan keçmir

«İkinci Dünya müharibəsindən bəri hələ dünyada indiki qədər münaqişə olmayıb. Bu gün 2 milyard insan, yəni dünya əhalisinin dörddə biri münaqişə ərazilərində yaşayır».

BMT Baş katibinin müavini Amina Mohammed, 26 yanvar 2023

Hazırda sülh şəraitində olan ərazilərdə də müharibə və münaqişələr baş qaldıra bilər. Hətta bu, müharibə ərazisində yaşamayan insanlara da təsir edə bilər, çünki indi hamı dünyada baş verənlərdən xəbərdardır. Üstəlik, müharibə bitsə də, fəsadları uzun müddət davam edir. Gəlin bir neçə nümunəyə baxaq:

  • Kiçik təsvirdə boş qabı tutan iki əl çəkilib.

    Qida çatışmazlığı. Ümumdünya Ərzaq Proqramının məlumatına əsasən «aclığın ən böyük səbəbi müharibədir. Qida çatışmazlığından əziyyət çəkən insanların 70 faizi müharibə və zorakılıq baş verən ərazilərdə yaşayır».

  • Kiçik təsvirdə əlləri ilə üzünü tutan kədərli bir qadın çəkilib.

    Fiziki və psixoloji problemlər. Müharibə və təhlükə gözlənilən ərazilərdə yaşayan insanlar həddən artıq stres və narahatlıq keçirirlər. Belə ərazilərdə yaşayanlar təkcə fiziki yox, həm də psixoloji problemlərdən əziyyət çəkirlər. Həmçinin çox vaxt onlar lazımi qədər tibbi yardım ala bilmirlər.

  • Kiçik təsvirdə əşyalarla dolu yüklərini daşıyan bir ailə çəkilib.

    Məcburi köçkünlük. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2023-cü il sentyabr ayındakı hesabatına əsasən 114 milyondan çox insan evindən didərgin düşüb. Bu böhranın ən başlıca səbəbi müharibə və münaqişədir.

  • Kiçik təsvirdə sadə evlərinin çölündə dayanan bir ailə çəkilib.

    İqtisadi çətinlik. İnsanlar adətən iqtisadi problemlərlə, məsələn, inflyasiya ilə müharibə ucbatından üzləşirlər. Ola bilsin, buna səbəb dövlətin tibb və təhsildən çox hərbi əməliyyatlara sərmayə qoymasıdır. Üstəlik, müharibədən sonra dağılan yerləri abadlaşdırmaq baha başa gəlir.

  • Kiçik təsvirdə neft axan boru çəkilib.

    Ekoloji problemlər. Yaşadıqları ərazilərdə təbii resursların qəsdən tələf edilməsi insanlara ziyan vurur. Suyun, havanın, torpağın çirklənməsi çoxlu xəstəliklərə səbəb ola bilər. Eləcə də müharibə bitəndən uzun müddət sonra həmin ərazidə basdırılmış minalar təhlükə saçmağa davam edir.

Müharibənin itkisi və fəsadı çox olur, bu faktdır.

Müqəddəs Kitabda müharibə haqda deyilənlər

Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, dövrün yekununda, yəni yaşadığımız zəmanədə müharibə və münaqişələr olacaq (Mətta 24:3). Bu haqda İsa peyğəmbər öncədən demişdi:

  • «Siz müharibə səsləri, müharibə xəbərləri eşidəcəksiniz... Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq» (Mətta 24:6, 7).

  • «Müharibələr və iğtişaşlar barəsində eşidəndə dəhşətə gəlməyin» (Luka 21:9).

    Orijinal dildən «iğtişaşlar» kimi tərcümə olunan söz qarmaqarışıqlıq, üsyan, hökumətə qarşı çıxmaq, hərc-mərclik kimi mənalar verə bilər.

Ətraflı məlumat əldə etmək üçün jw.org saytından «Axırzamanda yaşayırıq?» adlı məqaləni oxuya bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş