İnsanlar müharibələrə son qoymağa qadir deyil
Müharibə və münaqişələr necə sona çatacaq?
Müqəddəs Kitabda deyilir ki, «yerin bir ucundan o biri ucunadək döyüşləri» insanlar yox, Allah bitirəcək (Zəbur 46:9).
ALLAH İNSAN HÖKUMƏTLƏRİNİ MƏHV EDƏCƏK
Allah Müqəddəs Kitabda adı çəkilən Armageddona müharibəsində insan hökumətlərinə son qoyacaq (Vəhy 16:16). Həmin vaxt «yer üzünün [padşahları]... Qadir Allahın böyük günündə olacaq müharibəyə» toplanacaqlar (Vəhy 16:14). Armageddon yer üzündəki son müharibə olacaq.
Allah insan hökumətlərini Öz Padşahlığı, yəni hökuməti ilə əvəz edəcək. Bu Padşahlıq göydən idarə edəcək və heç vaxt dağılmayacaq (Dənyal 2:44). Allah Oğlu İsa Məsihi bu Padşahlığın Padşahı seçib (Əşiya 9:6, 7; Mətta 28:18). İsanın davamçılarına haqqında dua etmələrini öyrətdiyi Padşahlıqb elə bu hökumətdir (Mətta 6:9, 10). Bütün bəşəriyyət İsanın rəhbərlik etdiyi yeganə ümumdünya hökumətin rəhbərliyi altında birləşəcək.
İnsan rəhbərlərindən fərqli olaraq, İsa səlahiyyətindən öz maraqları üçün istifadə etməyəcək. O, ədalətli və qərəzsiz olduğu üçün heç kim narahat olmayacaq ki, milliyyətinə, irqinə və ya etnik mənsubiyyətinə görə ona yuxarıdan aşağı baxılacaq (Əşiya 11:3, 4). Həmçinin insanlar haqlarını müdafiə etmək üçün mübarizə aparmalı olmayacaqlar. Çünki İsa hər kəsin rifahını düşünəcək. «O, imdad deyib çağıran fağırı, məzlumu, biçarəni xilas edəcək... Canlarını zülmdən, zorakılıqdan qurtaracaq» (Zəbur 72:12—14).
Allahın Padşahlığı yer üzünü öldürücü silahlardan təmizləyəcək (Mikə 4:3). Həmçinin savaşmaqdan əl çəkməyənləri, yaxud insanların dincliyini pozanları məhv edəcək (Zəbur 37:9, 10). Dünyanın istənilən yerində kişi də, qadın da, uşaq da özlərini təhlükəsizlikdə hiss edəcək (Hizqiyal 34:28).
Allahın hökuməti altında insanların mükəmməl həyat şəraiti olacaq. Yoxsulluq, aclıq və evsizlik kimi müharibəyə səbəb olan problemlər aradan qalxacaq. Hər kəsin doyunca sağlam qidası, yaşamaq üçün rahat şəraiti olacaq (Zəbur 72:16; Əşiya 65:21—23).
Allahın Padşahlığının hakimiyyəti altında müharibənin pis təsiri aradan qaldırılacaq. Təkcə fiziki yaralar yox, həm də müharibənin vurduğu psixoloji və emosional travmalar aradan qalxacaq. Hətta ölən insanlar da dirilib yer üzündə yaşayacaqlar (Əşiya 25:8; 26:19; 35:5, 6). Ailələr yenidən qovuşacaq və müharibənin acı xatirələri artıq keçmişdə qalacaq (Vəhy 21:4).
ALLAH GÜNAHI MƏHV EDƏCƏK
Allahın Padşahlığı bütün bəşəriyyəti yeganə həqiqi Allah olan Yehovayac, «məhəbbət və sülh Allahı»na ibadətdə cəm edəcək (2 Korinflilərə 13:11). İnsanlar birlikdə sülh içində yaşamağı öyrənəcəklər (Əşiya 2:3, 4; 11:9). Öyrəndiklərinə uyğun yaşayanların hamısı günahdan azad olub kamil olacaqlar (Romalılara 8:20, 21).
ALLAH ŞEYTANI VƏ ONUN CİNLƏRİNİ MƏHV EDƏCƏK
Allahın Padşahlığı insanları müharibəyə sövq edən Şeytanı və onun cinlərini məhv edəcək (Vəhy 20:1—3, 10). Onların pis təsiri olmayacaq, «hər yanda sülh olacaq» (Zəbur 72:7).
Əmin ola bilərsiniz ki, Allahın müharibələrə və münaqişələrə son qoymaq vədi gerçəkləşəcək. Müqəddəs Kitabda deyilir ki, O həm müharibələri aradan qaldırmaq istəyir, həm də buna qadirdir.
Müharibə və zorakılığa son qoymaq üçün lazım olan hikmət və güc Allahda var (Əyyub 9:4). Allah üçün hər şey mümkündür (Əyyub 42:2).
İnsanların əzab çəkdiyini görmək Allaha ürəkağrısı verir (Əşiya 63:9). Həmçinin «O, zorakılığı sevənlərə nifrət edir» (Zəbur 11:5).
Allah həmişə sözünün Ağasıdır; Onda yalan yoxdur (Əşiya 55:10, 11; Titusa 1:2).
Tezliklə Allah yer üzünə gerçək və əbədi sülh bəxş edəcək.
Allah müharibələrə son qoyacaq
a jw.org saytında «Armageddon müharibəsi nədir?» adlı məqaləni oxuyun.
b jw.org saytında «Allahın Padşahlığı» adlı videoya baxın.
c Yehova Allahın adıdır (Zəbur 83:18).