Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 iyul s. 26—30
  • «Bu döyüş Yehovanındır»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Bu döyüş Yehovanındır»
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • ŞÖVQLÜ MÜJDƏÇİ AİLƏSİNDƏ BÖYÜMÜŞƏM
  • BAŞ İDARƏDƏ XİDMƏT EDİRƏM
  • HÜQUQİ DÖYÜŞLƏRDƏ İŞTİRAK EDİRƏM
  • MÜJDƏNİN MÜDAFİƏSİNƏ VƏ QANUNİ TANINMASINA KÖMƏK EDİRƏM
  • YEHOVA, ŞÜKÜR OLSUN SƏNƏ!
  • Azad ibadət uğrunda mübarizə
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Hüquqi hesabat
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016
  • Yalnız və yalnız Allahın hakimiyyətini sədaqətlə dəstəkləyənlər
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Padşahlığın müjdəçiləri hakimlər qarşısında
    Allahın Padşahlığı hökmranlıq edir!
Əlavə
Gözətçi qülləsi 2025
w25 iyul s. 26—30
Filip Bramli.

BİOQRAFİYA

«Bu döyüş Yehovanındır»

NƏQL ETDİ FİLİP BRAMLİ

2010-CU il 28 yanvar, soyuq bir qış günü idi. Mən Fransanın gözəl şəhəri olan Strasburqda idim. Amma bura gəzməyə gəlməmişdim. Mən bir neçə nəfərlə birlikdə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qarşısında Yehovanın Şahidlərinin hüquqlarını müdafiə etməyə gəlmişdim. İş orasında idi ki, Fransa hökuməti Yehovanın Şahidlərinə astronomik məbləğdə vergi, 64 milyon avro (89 000 000 ABŞ dolları) ödəməyi tələb edirdi. Biz bura bunun qanunsuz olduğunu sübut etməyə gəlmişdik. Amma məsələ təkcə bu deyildi. Ən əsası, məhkəmənin qərarından Yehovanın və xidmətçilərinin adının təmizə çıxması, həmçinin onların sərbəst şəkildə ibadət etməsi asılı idi. Dinləmə zamanı baş verənlər sübut etdi ki, «bu döyüş Yehovanındır» (1 İşm. 17:47). Gəlin ətraflı danışım.

Məsələ 1999-cu ildə başladı. Fransa hökuməti Fransa filialının 1993—1996-cı illər ərzində aldığı ianələrə görə qanunsuz yerə vergi tələb etdi. Biz məsələnin ədalətli şəkildə həll olunması üçün Fransa məhkəmələrinə müraciət elədik, amma xeyrimizə heç bir qərar qəbul olunmadı. Biz Apellyasiya Məhkəməsini də uduzduq. Hökumət filialın bank hesabından təxminən 4 milyon yarım avronu (6 300 000 ABŞ dolları) müsadirə etdi. Son ümidimiz AİHM idi. AİHM qərar verməzdən əvvəl istədi ki, məhkəmə nümayəndəsinin birinin iştirakı ilə biz və hökumətin hüquqşünasları məhkəməyəqədər dinləmədə iştirak edək.

Biz təxmin edirdik ki, məhkəmə nümayəndəsi məsələni həll etmək üçün bizdən Fransa hökumətinin tələb etdiyi məbləğin müəyyən qismini ödəməyi tələb edəcək. Amma başa düşürdük ki, 1 avro belə ödəsək, Müqəddəs Kitab prinsiplərini pozmuş olarıq. Çünki bacı-qardaşlar Padşahlığın işini dəstəkləmək üçün bu ianələri etmişdilər. Buna görə də bu pullar hökumətə məxsus deyildi (Mət. 22:21). Bununla belə, məhkəmənin qaydalarına hörmətdən irəli gələrək görüşdə iştirak etdik.

Hüquq komandamız AİHM-nin qarşısında, 2010-cu il

Görüş məhkəmənin gözəl konfrans zallarından birində baş tutdu. Dinləmə heç də ürəkaçan başlamadı. Məhkəmə nümayəndəsinin ilk sözü o oldu ki, gərək, Yehovanın Şahidləri Fransa hökumətinin tələb etdiyi verginin müəyyən qismini ödəsinlər. Biixtiyar ona belə bir sual verdik: «Xəbəriniz var ki, hökumət artıq bizim bank hesabımızdan 4 milyon yarımdan çox avro müsadirə edib?»

Bunu eşidəndə onun dəhşətə gəldiyi aydın göründü. Hökuməti təmsil edən hüquq heyəti dediklərimizi təsdiq edəndə onun məsələyə münasibəti kökündən dəyişdi. O onları danladı və dərhal görüşü yekunlaşdırdı. Onda başa düşdüm ki, bu, Yehovadan oldu. O, məhkəmənin gedişatını ağlımıza belə gəlməyən tərzdə dəyişdi. Görüşdən xoş əhval-ruhiyyə ilə çıxdıq. Baş verənlərə inana bilmirdik.

2011-ci il 30 iyunda AİHM yekdilliklə bizim lehimizə qərar çıxardı. O, vergini ləğv etdi və hökumətdən bizdən mənimsədiyi pulu faizlə birlikdə geri qaytarmağı tələb etdi! Bu tarixi qərar günü bu günə kimi Fransada pak ibadətin müdafiə olunmasında vacib rol oynayır. Ağlımıza həmin vaxt gələn bircə sual Calutun alnına dəyən daş kimi döyüşün gedişatını tamamilə dəyişdi. Necə oldu ki, qələbə qazandıq? Çünki Davudun Caluta dediyi kimi «bu döyüş Yehovanın» idi (1 İşm. 17:45—47).

Bu, qazandığımız yeganə qələbə deyil. Bu günə qədər güclü siyasi və dini təqiblərə baxmayaraq, 70 ölkənin ali məhkəməsində və bir neçə beynəlxalq tribunallarda Yehovanın Şahidlərinin xeyrinə 1225 qərar çıxarılıb. Bu hüquqi qələbələr bir din kimi hüquqi statusa malik olmaq, ictimai xidmətdə iştirak etmək, vətənpərvərlik tədbirlərinə qatılmamaq, qandan imtina etmək və digər təməl haqlarımızı qoruyur.

Necə oldu ki, mən Nyu-Yorkda Yehovanın Şahidlərinin baş idarəsində xidmət edə-edə Avropadakı hüquqi məhkəmədə iştirak elədim?

ŞÖVQLÜ MÜJDƏÇİ AİLƏSİNDƏ BÖYÜMÜŞƏM

Valideynlərim Corc və Lüsil Gilad məktəbinin 12-ci sinfinin məzunlarıdırlar. Onlar 1956-cı ildə Efiopiyada xidmət edərkən mən dünyaya gəlmişəm. Onlar birinci əsrdə yaşamış müjdəçi Filipin adını mənə qoydular (Həv. 21:8). Həmçinin mənim böyük bacım Cudi və kiçik qardaşım Lesli də Efiopiyada dünyada gəlib. 1957-ci ildə hökumət ibadətimizə qadağa qoydu. Lap balaca olsam da, ailəmizin gizlincə ibadət etdiyi yaxşı yadımdadır. Uşaq olduğum üçün bu mənə əyləncəli gəlirdi. Təəssüf ki, hökumət nümayəndələri 1960-cı ildə bizi ölkəni tərk etməyə məcbur etdilər.

Neytan Norr (kənarda solda) ailəmizə qonaq gəlib, Əddis-Əbəbə, Efiopiya, 1959-cu il

Ailəlikcə ABŞ-nin Kanzas ştatının Uiçito şəhərinə köçdük. Valideynlərim xidmətə duyduqları sevgilərini də özləri ilə bura gətirmişdilər. 13 yaşım olanda mən vəftiz olundum. Üç il sonra ailəlikcə təbliğçilərə tələbat olan əraziyə, Perunun Arekipa şəhərinə köçdük.

1974-cü ildə cəmi 18 yaşım olanda Peru filialı məni və digər dörd qardaşı xüsusi öncül təyin etdi. Biz təbliğçilərin ayağı dəymədiyi ərazilərə, And dağlarına təyin olunduq. Burada keçua və aymara dillərində danışan insanlara da təbliğ etməli idik. Furqon evlə səyahət edirdik. Qutuya oxşadığı üçün onu Nuhun gəmisi adlandırırdıq. Yerli əhaliyə Müqəddəs Kitabdan Yehovanın tezliklə yoxsulluğu, xəstəliyi, ölümü aradan qaldıracağını göstərirdik (Vəhy 21:3, 4). Həmin anları xoş hisslərlə xatırlayıram. Çox insan müjdəyə hay verdi.

Dərin sulardan keçən furqon ev.

«Nuhun gəmisi», 1974-cü il

BAŞ İDARƏDƏ XİDMƏT EDİRƏM

1977-ci ildə Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü olmuş Albert Şröder qardaş Peruya gəlmişdi. O məni baş idarədə, Beyteldə xidmət etmək üçün ərizə doldurmağa təşviq etdi. Mən belə də etdim. Bundan qısa müddət sonra 1977-ci il iyunun 17-si Bruklin Beytelində xidmətə başladım. Növbəti 4 il ərzində təmizlik və texniki xidmət şöbələrində oldum.

Toy günümüz, 1979-cu il

1978-ci ilin iyununda Luiziana ştatının Yeni Orlean ərazisində keçirilən beynəlxalq toplantıda Elizabet Avalonla tanış oldum. O da mənim kimi Yehovanı sevən bir ailədə böyümüşdü. Elizabet 4 il idi ki, öncül kimi xidmət edirdi. O bütün ömrünü tamvaxtlı xidmətə həsr etmək istəyirdi. Əlaqəni kəsmədik. Bir-birimizlə daha da yaxından tanış olduqca bir könüldən min könülə aşiq olduq. 1979-cu il oktyabrın 20-də ailə həyatı qurduq. Elizabet də mənimlə birgə Beyteldə xidmət etməyə başladı.

İlk yığıncağımızda, «Bruklin İspan» yığıncağında bacı-qardaşlar bizə ürəklərinin qapılarını açdılar. Növbəti illər ərzində başqa üç yığıncaqda da xidmət eləmişik. Oradakı bacı-qardaşlar da bizə xoş münasibət göstərdilər və Beytel xidmətini davam etdirməyə dəstək oldular. Həm onların, həm dostlarımızın, həm də ailə üzvlərimizin dayağını yüksək qiymətləndiririk. Onlar yaşlı valideynlərimizin qayğısına qalmaqda bizə çox kömək ediblər.

Filip Beytel əməkdaşları ilə birlikdə yığıncaqdadır.

«Bruklin İspan» yığıncağında xidmət edən beytellilər, 1986-cı il

HÜQUQİ DÖYÜŞLƏRDƏ İŞTİRAK EDİRƏM

1982-ci ilin yanvarında Beytelin Hüquq şöbəsinə təyin olunanda təəccübləndim. Üç il sonra məndən vəkil olmaq üçün universitetdə oxumağımı xahiş etdilər. Dərslər zamanı öyrəndim ki, sən demə, ABŞ və digər ölkələrdəki insanların sahib olduğu təməl hüquqlar, əslində, Yehovanın Şahidlərinin qazandığı hüquqi qələbələr sayəsindədir. Bu mühüm məhkəmə işləri dərs zamanı ətraflı müzakirə olunurdu.

1986-cı ildə 30 yaşımda Hüquq şöbəsinin nəzarətçisi təyin olundum. Sevinirdim ki, belə gənc yaşımda mənə bu cür məsuliyyətli iş həvalə etmişdilər. Amma eyni zamanda bilmədiyim çox şey var idi, iş də asan iş deyildi. Buna görə çox narahat idim.

1988-ci ildə mən vəkil oldum. Amma bu nailiyyətimin ruhaniliyimi necə böyük təhlükə altına saldığından xəbərsiz idim. Ali təhsil insanda şöhrətpərəstlik hissi oyadır. İnsanda elə fikir formalaşır ki, xüsusi biliklərə sahib olması onu bu cür təhsili olmayan insanlardan üstün edir. Elizabet sağ olsun, məni xilas etdi. O, universitetdən qabaq gördüyüm ruhani işlərlə məşğul olmağıma kömək etdi. Asan başa gəlməsə də, Yehova ilə münasibətlərimi yavaş-yavaş bərpa elədim. Öz təcrübəmdən deyə bilərəm ki, çox savadlı, bilikli olmaq həyatda ən vacib şey deyil. İnsanın həyatını dəyərli edən Yehova ilə sıx münasibətləridir, Ona və xalqına olan məhəbbətidir.

MÜJDƏNİN MÜDAFİƏSİNƏ VƏ QANUNİ TANINMASINA KÖMƏK EDİRƏM

Universiteti bitirəndən sonra mən diqqətimi Beytelin hüquqi işlərinin təşkilinə, Yehovanın təşkilatının və təbliğ etmək hüququmuzun müdafiəsinə cəmlədim. Günü-gündən böyüyən, irəli gedən və inkişaf edən təşkilatın işini görmək həm maraqlı idi, həm də zəhmət tələb edirdi. Məsələn, uzun illər idi ki biz payladığımız nəşrlərin qarşılığında insanlardan ianə istəyirdik. Rəhbərlik edən qardaşlar bununla bağlı dəyişiklik etmək məqsədilə 1990-cı ildə Hüquq şöbəsinə lazımi məlumat toplamağı və təkliflər irəli sürməyi tapşırdı. O vaxtdan bəri Yehovanın Şahidləri nəşrləri pulsuz paylayırlar. Bu, Beyteldə və sahədə işimizi asanlaşdırdı və indiyə qədər vergi ilə bağlı problemlərin yaranmamasına kömək edir. Bəziləri fikirləşirdi ki, bu, təşkilatın büdcəsinə mənfi təsir edəcək və təbliğ işini axsadacaq. Amma bunun əksi oldu. 1990-cı ildən bəri Yehovanın xidmətçilərinin sayında ikiqat artım oldu. Bu gün istənilən insan həyati vacib ruhani qidanı pulsuz-parasız əldə edə bilər. Mən Yehovanın təşkilatında digər böyük dəyişikliklərin də uğurla baş tutduğunun Şahidi olmuşam. Bu, yalnız və yalnız Yehovanın verdiyi güc və sadiq nökər vasitəsilə gələn göstərişlərin sayəsində mümkün olub (Çıx. 15:2; Mət. 24:45).

Məhkəmələrdə qələbə qazanmağımız nadir hallarda yaxşı vəkilliyin sayəsində olur. Çox vaxt hakimlərə və hökumət nümayəndələrinə təsir edən Yehovanın Şahidlərinin yaxşı davranışı olur. Buna şahid olduğum bir hadisə 1998-ci ildə, Rəhbərlik Şurasının üç üzvü həyat yoldaşları ilə birlikdə Kubada keçirilən tarixi toplantılarda iştirak edəndə baş vermişdi. Onların mehriban və hörmətcil davranışı hökumət nümayəndələrinin Yehovanın Şahidləri ilə bağlı yanlış düşüncələrini aradan qaldırdı. Bu, rəsmi görüşlərdə deyə biləcəyimiz istənilən sözdən daha qüvvətli idi.

Amma bəzən hüquqi məsələləri sülh yolu ilə həll etmək mümkün olmayanda «müjdənin müdafiəsi» və «qanuni tanınması» üçün məhkəməyə müraciət etməli oluruq (Filip. 1:7). Məsələn, uzun illər idi ki, Avropa və Cənubi Koreya hərbi xidmətdən imtina etmək hüququmuzu tanımırdı. Nəticədə, Avropada təxminən 18 000, Cənubi Koreyada isə 19 000-dən çox qardaşımız əqidələrinə görə hərbi xidmətdən imtina etdiyi üçün həbs edilmişdi.

Nəhayət, 2011-ci il iyulun 7-si AİHM «Bayatyan Ermənistana qarşı» işi üzrə tarixi qərar qəbul etdi. Bu qərara əsasən bütün Avropa ölkələrində alternativ mülki xidmət təmin olunmalıdır. Bundan sonra 2018-ci il iyunun 28-i Cənubi Koreyanın Konstitusiya Məhkəməsi bənzər qərarı qəbul etdi. Hətta qardaşların kiçik bir qismi belə güzəştə getsəydi, bu qələbələrin heç birini qazana bilməzdik.

Həm baş idarədə, həm də bütün dünyadakı digər filiallarda hüquq şöbələri Padşahlıq işini müdafiə etmək üçün yorulmadan çalışır. Hökumət tərəfindən təqib olunan bacı-qardaşlarımızı təmsil etməkdən qürur duyuruq. Məhkəmələrdə qələbə qazansaq da, qazanmasaq da biz hökmdarların, padşahların və xalqların qarşısında şəhadət vermiş oluruq (Mət. 10:18). Hakimlər, hökumət nümayəndələri, media və ümumilikdə ictimaiyyət yazılı sənədlərdə qeyd etdiyimiz və məhkəmələrdə sitat gətirdiyimiz ayələrə istər-istəməz nəzər salmalı olurlar. Səmimi qəlbli insanlar Yehovanın Şahidləri və onların etiqadlarının nəyə əsaslandığı barədə öyrənmiş olurlar. Hətta onlardan bəziləri sonradan bizim dindaşımız oldu.

YEHOVA, ŞÜKÜR OLSUN SƏNƏ!

Ötən 40 il ərzində hüquqi məsələlərdən dolayı dünyadakı filiallarımızla əməkdaşlıq etmişəm və eyni zamanda çoxlu sayda ali məhkəmələrdə və yüksəkvəzifəli məmurların qarşısında çıxış etmişəm. Mən həm baş idarədəki Hüquq şöbəsində, həm də bütün dünyadakı filialların hüquq şöbələrində çalışan əməkdaşlarımı çox sevirəm, onlarla qürur duyuram. Yehovadan bol nemətlər almışam və dolğun ömür sürmüşəm.

Filip və Elizabet Bramli

Elizabet bu 45 il ərzində həm yaxşı, həm də pis günlərimdə mənə sədaqətlə və məhəbbətlə dayaq olub. O bunu immunitetini zəiflədən, gücünü əlindən alan xəstəliklə mübarizə apara-apara edib. Buna görə onunla fəxr edirəm.

Biz şəxsən şahid olmuşuq ki, sahib olduğumuz gücə və qazandığımız qələbələrə öz bacarığımız sayəsində nail olmamışıq. Davudun da dediyi kimi «Yehova Öz xalqının gücüdür» (Zəb. 28:8). Bəli, «bu döyüş Yehovanındır».

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş