Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 sentyabr s. 31
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2025
  • Oxşar material
  • Nəğmələr nəğməsinin məzmunu
    Müqəddəs Kitab
  • Yehova yorğunlara güc verir
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • Göydəki quşlar bizə nümunədir
    Gözətçi qülləsi (kütləvi) 2016
  • «Heç bir insan tələfatı olmayacaq»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Gözətçi qülləsi 2025
w25 sentyabr s. 31

Oxucuların sualları

Məsəllər 30:18, 19 ayələrinin yazarı demişdi ki, «kişinin qızın qəlbinə yolunu» ağlı kəsmir. O nəyi nəzərdə tuturdu?

Bu sözlər çoxlarını, hətta bəzi alimləri də çaşbaş qoyub. «Yeni Dünya Tərcüməsi»ndə bu ayələr tam şəkildə belədir: «Ağlım kəsməyən üç şey var, dörd şeyi başa düşmürəm: qartalın səmada yolunu, ilanın qaya üzərində yolunu, gəminin dəryada yolunu, kişinin qızın qəlbinə yolunu» (Məs. 30:18, 19).

Əvvəllər elə başa düşürdük ki, «kişinin qızın qəlbinə yolu» deyiləndə mənfi bir şey nəzərdə tutulur. Çünki bu ayənin kontekstində heç vaxt «yetər», «bəsdir» deməyən mənfi şeylərdən danışılır (Məs. 30:15, 16). Həmin fəslin 20-ci ayəsində isə pis bir iş görmədiyini iddia edən «zinakar qadın» haqda danışılır. Buna görə də biz elə bilirdik ki, qartal səmada, ilan qaya üzərində və ya gəmi dəryada iz qoymadığı kimi, kişi də tutduğu işi iz qoymadan görə bilər. Bu səbəbdən «kişinin qızın qəlbinə yolu» deyiləndə mənfi bir şeyin nəzərdə tutulduğunu hesab edirdik. Yəni hiyləgər kişi sadəlövh qızı onun xəbəri olmadan yoldan çıxara bilər.

Amma, görünür, bu ifadəyə müsbət tərəfdən yanaşmaq üçün əsaslı səbəblər var. Yazar sadəcə olaraq qeyd etdiyi şeylərə heyran olduğunu vurğulayır.

Qədim ibrani əlyazmaları bu ayənin müsbət mənada olduğunu təsdiqləyir. Tövratı izah edən bir lüğətdə deyilir ki, Məsəllər 30:18 ayəsində «ağlım kəsməyən» kimi tərcümə olunan ibrani sözü «insanın qeyri-adi, mümkünsüz, hətta heyrətamiz hesab etdiyi hadisəyə aid işlənir» («Theological Lexicon of the Old Testament»).

Birləşmiş Ştatların Harvard Universitetinin professoru Kroford Toy da bu ayələrdə mənfi bir şeyin təsvir olunmadığı qənaətinə gəlib. O deyir: «Yazar sadaladığı şeylərin möhtəşəmliyini vurğulayır».

Beləliklə, Məsəllər 30:18, 19 ayələrində sözün əsl mənasında möhtəşəm, hətta ağlasığmaz şeylərin təsvir olunduğunu deyə bilərik. Bu yazar kimi biz də qartalın səmada süzməsinə, ayaqsız ilanın qaya üzərində sürünməsinə, ağır gəminin dənizdə üzə bilməsinə və kişi ilə qadının bir-birinə aşiq olub birlikdə xoşbəxt yaşamasına heyranıq.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş