Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 1 İşmuil 1
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

1 İşmuilin məzmunu

      • Əlqəna və arvadları (1—8)

      • Hənnə Allahdan oğul diləyir (9—18)

      • İşmuil doğulur və Yehovanın evinə verilir (19—28)

1 İşmuil 1:1

Haşiyələr

  • *

    Yaxud Ramada Əlqəna adlı suflu bir kişi yaşayırdı.

Çarpaz istinadlar

  • +Yş 16:5
  • +1İş 1:19; 7:15, 17
  • +1Sm 6:22, 27

1 İşmuil 1:3

Haşiyələr

  • *

    Lüğətdə «ordular Allahı Yehova» ifadəsinə bax.

Çarpaz istinadlar

  • +Çx 23:14; 34:23; Qn 12:5, 6; Yş 18:1; Hk 21:19; Lk 2:41
  • +1İş 2:12, 22; 4:17
  • +Sy 3:10; Qn 33:10; Ml 2:7

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İman örnəkləri», s. 51, 54

1 İşmuil 1:4

Çarpaz istinadlar

  • +Lav 7:15

1 İşmuil 1:5

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İman örnəkləri», s. 52

1 İşmuil 1:7

Çarpaz istinadlar

  • +Qn 16:16; 1İş 2:18, 19

1 İşmuil 1:8

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İman örnəkləri», s. 52—54

    1/6/2005 s. 30

1 İşmuil 1:9

Haşiyələr

  • *

    Yəni çadırının.

Çarpaz istinadlar

  • +Çx 25:8; 1İş 3:3; 2İş 7:2

1 İşmuil 1:10

Çarpaz istinadlar

  • +Zb 55:22; 65:2

1 İşmuil 1:11

Çarpaz istinadlar

  • +Yr 30:22
  • +Sy 6:5

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    4/2017 s. 5

    «İman örnəkləri», s. 57

1 İşmuil 1:14

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İman örnəkləri», s. 55

1 İşmuil 1:15

Çarpaz istinadlar

  • +Zb 42:6; 62:8; 142:2

1 İşmuil 1:17

Çarpaz istinadlar

  • +1İş 1:11

1 İşmuil 1:18

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «İman örnəkləri», s. 55—56

1 İşmuil 1:19

Çarpaz istinadlar

  • +1İş 1:1
  • +1İş 1:11; Zb 66:19; Ms 15:29

1 İşmuil 1:20

Haşiyələr

  • *

    Digər variant: vaxtı gələndə.

  • *

    Mənası: Allahın adı.

Çarpaz istinadlar

  • +Yr 5:29; 41:51; Çx 2:21, 22; Mt 1:21

1 İşmuil 1:21

Çarpaz istinadlar

  • +1İş 1:3

1 İşmuil 1:22

Çarpaz istinadlar

  • +Qn 16:16
  • +1İş 1:11; 2:11; 2Sm 31:16

1 İşmuil 1:24

Haşiyələr

  • *

    Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.

Çarpaz istinadlar

  • +Sy 15:8—10
  • +Yş 18:1

1 İşmuil 1:26

Çarpaz istinadlar

  • +1İş 1:15

1 İşmuil 1:27

Çarpaz istinadlar

  • +1İş 1:11, 17; Zb 66:19

1 İşmuil 1:28

Haşiyələr

  • *

    Görünür, Əlqəna.

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    4/2017 s. 5

Digər

1 İşm. 1:1Yş 16:5
1 İşm. 1:11İş 1:19; 7:15, 17
1 İşm. 1:11Sm 6:22, 27
1 İşm. 1:3Çx 23:14; 34:23; Qn 12:5, 6; Yş 18:1; Hk 21:19; Lk 2:41
1 İşm. 1:31İş 2:12, 22; 4:17
1 İşm. 1:3Sy 3:10; Qn 33:10; Ml 2:7
1 İşm. 1:4Lav 7:15
1 İşm. 1:7Qn 16:16; 1İş 2:18, 19
1 İşm. 1:9Çx 25:8; 1İş 3:3; 2İş 7:2
1 İşm. 1:10Zb 55:22; 65:2
1 İşm. 1:11Yr 30:22
1 İşm. 1:11Sy 6:5
1 İşm. 1:15Zb 42:6; 62:8; 142:2
1 İşm. 1:171İş 1:11
1 İşm. 1:191İş 1:1
1 İşm. 1:191İş 1:11; Zb 66:19; Ms 15:29
1 İşm. 1:20Yr 5:29; 41:51; Çx 2:21, 22; Mt 1:21
1 İşm. 1:211İş 1:3
1 İşm. 1:22Qn 16:16
1 İşm. 1:221İş 1:11; 2:11; 2Sm 31:16
1 İşm. 1:24Sy 15:8—10
1 İşm. 1:24Yş 18:1
1 İşm. 1:261İş 1:15
1 İşm. 1:271İş 1:11, 17; Zb 66:19
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
Müqəddəs Kitab
1 İşmuil 1:1—28

Birinci İşmuil

1 Əfraim+ dağlıq bölgəsində yerləşən Ramataim-Sufimdə+ Əlqəna+ adlı bir kişi yaşayırdı*. Bu əfraimli kişi Yərahimin oğlu idi. (Yərahim Əlihunun, Əlihu Toxunun, Toxu Sufun oğlu idi.) 2 Onun iki arvadı var idi, birinin adı Hənnə, o birinin adı Fəninə idi. Fəninənin uşaqları var idi, Hənnənin isə uşağı olmurdu. 3 Bu kişi ordular Allahı Yehovaya* ibadət etmək və qurban gətirmək üçün hər il yaşadığı şəhərdən Şiloya+ gedirdi. Orada Əlinin iki oğlu Hüfni və Fənhas+ Yehovaya kahin kimi xidmət edirdi.+

4 Hər dəfə Əlqəna qurban təqdim edəndə arvadı Fəninəyə, onun oğul və qızlarına pay verirdi,+ 5 Hənnə üçün isə xüsusi pay ayırırdı, çünki onu çox sevirdi. Amma Yehova Hənnəyə övlad verməmişdi. 6 Yehova ona uşaq vermədiyi üçün günüsü də onu ələ salıb dilxor edirdi. 7 O, hər il belə edirdi, hər dəfə Hənnə Yehovanın evinə gedəndə+ onu ələ salırdı. İş o həddə çatırdı ki, Hənnə ağlayır və çörək yemirdi. 8 Əri Əlqəna isə ona deyirdi: «Hənnə, nə üçün ağlayırsan, niyə yemək yemirsən, axı niyə ürəyini sıxırsan? Məgər mən sənin üçün on oğuldan da artıq deyiləm?»

9 Bir dəfə onlar Şiloda yeyib-içəndən sonra Hənnə ayağa qalxdı. Həmin vaxt kahin Əli Yehovanın məbədinin*+ qapısı ağzında kətildə oturmuşdu. 10 Hənnə çox kədərli idi. O, acı-acı ağlayaraq Yehovaya dua etməyə başladı+ 11 və nəzir elədi: «Ey ordular Allahı Yehova, əgər bu qulunun dərdinə biganə qalmasan, mənə nəzər salsan, bu qulunu yada salıb mənə bir oğul versən,+ onu ömürlük Sənə verəcəyəm, ey Yehova, onun başına heç vaxt ülgüc dəyməyəcək».+

12 O, Yehovaya xeyli dua etdi. Bütün bu vaxt ərzində Əli ona baxırdı. 13 Hənnə ürəyində danışırdı, təkcə dodaqları tərpənir, səsi isə eşidilmirdi. Buna görə də Əliyə elə gəldi ki, o, sərxoşdur. 14 Əli ona dedi: «Nə qədər sərxoşluq edəcəksən? Bəsdir şərab içdin!» 15 Hənnə cavab verdi: «Xeyr, ağam! Mən ürəyi qubar bağlamış bir qadınam. Nə şərab içmişəm, nə də başqa bir içki. Mən Yehovaya ürəyimi boşaldıram.+ 16 Qulunu əskik qadın sanma; dərdim böyükdür, bayaqdan ona görə dua edirəm». 17 Əli cavabında dedi: «Salamat get, qoy İsrailin Allahı səni muradına çatdırsın».+ 18 Qadın: «Qoy qulun gözündə lütf tapsın, ağa», — deyib getdi və yemək yedi. Artıq onun çöhrəsində kədər olmadı.

19 Onlar sübh tezdən durub Yehovaya səcdə etdilər, sonra Ramaya, evlərinə qayıtdılar.+ Əlqəna arvadı Hənnə ilə yaxınlıq etdi və Yehova ona nəzər saldı.+ 20 Bir ilin içində* Hənnə hamilə qalıb oğlan uşağı dünyaya gətirdi. «Onu Yehovadan istədim», — deyərək uşağın adını İşmuil* qoydu.+

21 Bir müddət sonra Əlqəna külfəti ilə birlikdə Yehovaya illik qurbanı+ və nəzirini təqdim etməyə getdi. 22 Amma Hənnə onlarla getmədi.+ O, ərinə dedi: «Uşağı süddən ayıran kimi Yehovanın hüzuruna aparacağam. Qoy həmişəlik orada qalsın».+ 23 Onda əri Əlqəna ona dedi: «Ürəyin necə istəyir, elə də et. Uşaq süddən kəsilənəcən evdə qal. Qoy Yehova sən deyən kimi etsin». Beləliklə, Hənnə evdə qaldı, uşaq süddən kəsilənədək onu əmizdirdi.

24 Elə ki uşaq süddən kəsildi, Hənnə bir üçillik buğa, bir efa* un və bir böyük küp şərab götürüb+ uşaqla birlikdə Şiloya+ getdi. Şiloda o, Yehovanın evinə getdi, uşaq da onunla idi. 25 Buğanı kəsdilər və sonra uşağı Əlinin yanına gətirdilər. 26 Hənnə dedi: «Ağa, mən bu yerdə durub sənin yanında Yehovaya dua edən həmin qadınam.+ 27 Mən bu uşaq üçün dua edirdim, Yehova da məni muradıma yetirdi.+ 28 İndi onu Yehovaya verirəm. O, ömrü boyu Yehovaya məxsus olacaq».

O*, orada Yehovaya səcdə qıldı.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş