Əşiya
49 Ey adalar, Məni dinləyin,
Ey uzaq ellər, Mənə diqqət verin!+
Mən hələ doğulmamış Yehova məni çağırdı.+
Mən hələ anamın bətnində ikən O, adımı çəkdi.
O, məni cilalanmış ox etdi,
Oxdanında gizlətdi.
4 Mən dedim: «Boş yerə zəhmət çəkmişəm.
Gücümü heç nəyə, hədər yerə sərf etmişəm.
Ancaq mənim hakimim Yehovadır,
Haqqımı Allahım verəcək».+
5 İndi isə anamın bətnində mənə şəkil verib
Öz qulu edən Yehova
Mənə Yaqubu geri qaytarmağı buyurub ki,
İsrail Onun yanına toplaşsın.+
Mən Yehovanın gözündə şan-şöhrətə yüksələcəyəm,
Allahım mənim qüvvətim olacaq.
6 O dedi: «Yaqubun qəbilələrini ayağa qaldırmaq,
İsraildən sağ qalanları geri gətirmək üçün
Qulum olmağın kifayət deyil.
7 Hökmdarların qulu olan, insanların həqarət etdiyi,+ xalqın nifrət bəslədiyi şəxsə İsrailin Qurtarıcısı və Müqəddəsi+ Yehova deyir:
«Səni seçmiş İsrailin Müqəddəsinə,+
Sadiq Allah Yehovaya görə+
Padşahlar gördükləri qarşısında ayağa qalxacaq,
Əyanlar diz çökəcək».
8 Yehova belə deyir:
Səni qorudum ki, səni xalq üçün əhd edim,+
Qorudum ki, ölkəni dirçəldəsən,
Viran qalmış irsləri sahiblərinə qaytarasan,+
9 Məhbuslara: “Çıxın!”,+
Zülmətdə olanlara:+ “İşığa çıxın!” — deyəsən.
Onlar yollar kənarında otlayacaq,
Bütün gediş-gəlişli cığırlar* boyu onlar üçün otlaq olacaq.
10 Onlar ac, susuz qalmayacaqlar,+
Onları qızmar günəş vurmayacaq,+
Çünki onlara mərhəmət göstərən onları yönəldəcək,+
Onları su qaynaqlarına aparacaq.+
11 Mən bütün dağlarımı yola döndərəcəyəm,
Yollarım hündürlükdən keçəcək.+
12 Budur, uzaqlardan gəlirlər.+
Kimi şimaldan, kimi qərbdən,
Kimi Sinim diyarından gəlir».+
13 Ey göylər, sevinc sədaları yüksəldin, ey yer, şadlan!+
Qoy dağlar sevinib səsini ucaltsın,+
Çünki Yehova xalqına təsəlli verdi,+
Məzlum bəndələrinə mərhəmət göstərdi.+
14 Sion isə deyirdi:
«Yehova məni atıb,+ Yehova məni unudub».+
15 Heç ana südəmər körpəsini unudar?
Məgər bətnində daşıdığı balasına yazığı gəlməz?
Ana uşağını unutsa belə, Mən səni heç vaxt unutmaram.+
16 Bax, adını ovcumun içinə həkk etdim.
Sənin divarların daim gözümün qabağındadır.
17 Oğulların yeyin-yeyin gəlir.
Səni dağıdıb viran edənlər səndən kənar olacaq.
18 Başını qaldırıb ətrafa bax.
Hamısı toplaşıb yanına gəlir.+
Yehova bəyan edir: «Varlığıma and olsun,
Onlarla özünü bəzəyəcəksən,
Onları gəlin kimi üstünə taxacaqsan.
19 Bir vaxt torpaqların viranə, bomboş qalsa da, xarabalığa dönsə də,+
İndi orada yaşayanlara darlıq edəcək,+
20 Məhrumiyyət dövründə doğulan oğullar sənə deyəcək:
“Bu yer mənə darlıq edir,
Yaşamaq üçün bizə yer ver”.+
21 Ürəyində deyəcəksən:
“Bunların atası kimdir?
Axı mən övladlarından məhrum olmuş
sonsuz qadınam,
Sürgündəyəm, məhbusam.
Bunları kim boya-başa çatdırıb?+
22 Külli-İxtiyar Yehova belə deyir:
«Mən əlimi qaldırıb xalqlara,
Bayrağımı qaldırıb ümmətlərə işarə edəcəyəm.+
Onlar sənin oğullarını qucaqlarında,
Qızlarını çiyinlərində gətirəcəklər.+
23 Padşahlar qulluğunda duracaq,+
Şahzadə qızlar sənə dayə olacaq.
Onlar önündə üz üstə düşüb təzim edəcək,+
Ayağının tozunu yalayacaqlar,+
Onda biləcəksən ki, Mən Yehovayam;
Mənə təvəkkül edənlər xəcil olmaz».+
24 Heç güclü adamın əlindən əsirləri çıxartmaq olar?
Zalımın əlindən əsirləri qurtarmaq olar?
25 Yehovanın isə sözü budur:
Sizə qənim kəsilənlərə qənim kəsiləcəyəm.+
Sizin oğullarınızı Mən xilas edəcəyəm.
26 Sizə zülm edənlərə öz bədənlərinin ətini yedirdəcəyəm,
Şirin şərab içmiş kimi öz qanlarından sərxoş olacaqlar.