Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  3 s. 12—13
  • Məhəbbət göstərin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məhəbbət göstərin
  • Oyanın! 2020
  • Başlıqlar
  • Oxşar material
  • Problem
  • Müqəddəs Kitabdan məsləhət
  • Nə edə bilərsiniz?
  • Onlar qərəzə qalib gəldilər
    Oyanın! 2020
  • Qərəzə yoluxmusunuz?
    Oyanın! 2020
  • Ədalətsizliyə qarşı mübarizə aparmaq istəyirdim
    Müqəddəs Kitab həyatları dəyişir
  • Aramızda birlik olsun
    Gözətçi qülləsi 2018
Əlavə
Oyanın! 2020
g20 №  3 s. 12—13
Hindistanlı bir qadın avropalı yaşlı qadının ərzaq çantasını daşıyır və pilləkənləri qalxmasına yardım edir.

Məhəbbət göstərin

Problem

Qərəz hissi insanın ürəyindən tez bir zamanda yox olmur. Necə ki, virusun orqanizmdən təmizlənməsi üçün həm vaxt keçməlidir, həm də tədbir görmək lazımdır, eləcə də qərəz hissi. Bəs qərəzdən qurtulmaq üçün hansı tədbirləri görmək lazımdır?

Müqəddəs Kitabdan məsləhət

Şəkillər: 1) Asiyalı bir kişi əlində kofe stəkanları tutan qaradərili bir kişi üçün qapını açır. 2) Həmin qaradərili kişi yuxarıda təsvir olunan hindistanlı qadın da daxil bütün iş yoldaşlarına kofe verir.

«Məhəbbətə bürünün, çünki məhəbbət insanlar arasında kamil birlik yaradır» (KOLOSLULARA 3:14).

Mənası: Yaxşılıq insanları birləşdirir. İnsanlara məhəbbət göstərdikcə, qərəz hissi ürəyinizdən yox olacaq. Ürəkdə məhəbbət artdıqca orada nifrətə və qərəzə yer qalmayacaq.

Nə edə bilərsiniz?

Şəkillər: 1) Hindistanlı bir qadın avropalı yaşlı qadının ərzaq çantasını daşıyır və pilləkənləri qalxmasına yardım edir. 2) Avropalı yaşlı qadın yuxarıda təsvir olunan asiyalı qonşusuna kökə gətirib.

Düşünün, görün mənfi münasibət bəslədiyiniz cəmiyyətdən olan insanlarla necə məhəbbətlə davrana bilərsiniz. Bu o demək deyil ki, onlar üçün nəsə böyük şeylər etməlisiniz. Aşağıda sadalananlardan hansınısa etməyə çalışın.

Belə kiçik şeylərdə məhəbbət göstərdikcə qərəz hissindən uzaqlaşacaqsınız.

  • Onlarla nəzakətlə davranın, məsələn, qapını tutun, yaxud ictimai nəqliyyatda yer verin.

  • Hətta sizin dilinizi yaxşı bilməsələr də, onlarla bir-iki kəlmə danışın.

  • Onların davranışını başa düşməsəniz də, səbirli olun.

  • Problemlərindən danışanda dərdlərinə şərik olun.

Real həyatdan nümunə: Nazari (Qvineya-Bisau)

«Əvvəllər mühacirlərə qərəzlə yanaşırdım. Eşitmişdim ki, mühacirlərin çoxu saxtakarlıqla sosial yardım alıb bunun hesabına yaşayır və çoxu cinayətkarlıq edir. Ona görə də onlardan xoşum gəlmirdi. Amma bunu qərəz hesab etmirdim, çünki əksər insanlar mühacirlərə bu cür yanaşırdı.

Ancaq vaxt keçdikcə başa düşdüm ki, mühacirlərə olan mənfi münasibətim əslində qərəzdir. Müqəddəs Kitabdakı məsləhət mənə kömək etdi ki, onlarla məhəbbətlə davranım. İndi onlardan gen gəzmirəm, əksinə, salamlaşıram, söhbət edirəm. Hər birinə fərdi yanaşıram. İndi onlara münasibətim yaxşıdır».

«Ədalətsizliyə qarşı mübarizə aparmaq istəyirdim»

Rafika Moris.

Rafika irqi ədalətsizliyə qarşı mübarizə aparmaq üçün inqilabçı dəstəyə qoşulmuşdu. Amma o, Yehovanın Şahidlərinin toplantısında axtardığı birliyi tapdı.

«Ədalətsizliyə qarşı mübarizə aparmaq istəyirdim» adlı videoya baxın. Videonun adını jw.org saytında yazıb axtarın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş