Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  3 s. 14—15
  • Qərəzə çarə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qərəzə çarə
  • Oyanın! 2020
  • Başlıqlar
  • Oxşar material
  • Mükəmməl hökumət
  • 1. Ən ali təhsil
  • 2. Ədalətsizliyə son
  • 3. Yaxşı rəhbər
  • 4. Birlik
  • Qərəzə yoluxmusunuz?
    Oyanın! 2020
  • Aramızda birlik olsun
    Gözətçi qülləsi 2018
  • Müqəddəs Yazılara aid suallara cavab
    Gözətçi qülləsi 2014
  • Bizim zəmanədə ibadətdə birlik nə deməkdir?
    Vahid həqiqi Allaha ibadət edin
Oyanın! 2020
g20 №  3 s. 14—15
Müxtəlif yaşda və müxtəlif irqdən olan insanlar gülümsəyir.

Qərəzə çarə

Milyonlarla insan ötən məqalələrdəki məsləhətlərə əməl etmiş və qərəzlə mübarizədə böyük nailiyyətlər əldə etmişlər. Əslində, öz gücümüzə qərəzdən tamamilə qurtula bilmərik. Onda elə çıxır ki, qərəzin çarəsi yoxdur?

Mükəmməl hökumət

Hökumətlər qərəzi insanların ürəyindən çıxarmağa müvəffəq olmayıblar. Deməli, heç bir hökumət buna qadir deyil?

Qərəzi yox etmək üçün hökumət növbəti addımları atmalıdır:

  1. 1. İnsanlarda düşüncə tərzini və başqalarına münasibəti dəyişmək istəyi oyatmalıdır

  2. 2. Başqaları ilə ədalətlə rəftar etməyə mane olan yaraları sağaltmalıdır

  3. 3. Vətəndaşlar arasında ayrı- seçkilik etməyən dürüst rəhbəri olmalıdır

  4. 4. Bütün xalqlar arasında birlik yaratmalıdır

Müqəddəs Kitabda deyilir ki, Allah artıq belə bir hökumət qurub. Bu hökumət «Allahın Padşahlığı» adlanır (Luka 4:43).

Görün bu hökumət vətəndaşlarına nələr vəd edir:

1. Ən ali təhsil

«Yerin sakinləri salehliyi öyrənirlər» (ƏŞİYA 26:9).

«Əsl salehlik sülh gətirəcək, əsl salehliyin bəhrəsi daimi dinclik, əmin-amanlıq olacaq» (ƏŞİYA 32:17).

Mənası: Allahın Padşahlığı insanlara doğruluğu öyrədəcək. İnsanlar düzü səhvdən, haqqı nahaqdan ayırd etməyi öyrənəndə bir-birinə münasibətləri də dəyişəcək. Hər kəs anlayacaq ki, ən doğru şey heç kəsə fərq qoymadan hamını sevməkdir.

2. Ədalətsizliyə son

Allah insanların «gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (VƏHY 21:4).

Mənası: Allahın Padşahlığı ədalətsizliyin səbəb olduğu bütün ağrı-acıya son qoyacaq. Keçmişdə qərəzin qurbanı olmuş insanların kin bəsləməyə səbəbi olmayacaq.

3. Yaxşı rəhbər

«Gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə tənbeh etməyəcək. O, fağır-füqəra üçün insafla hökm çıxaracaq. Dünyadakı həlimlərin xatirinə ədalətlə tənbeh edəcək» (ƏŞİYA 11:3, 4).

Mənası: Allahın səmavi Padşahlığının rəhbəri olan İsa Məsih yer üzünü ədalətlə və qərəzsiz idarə edəcək. O, bir xalqı digərindən üstün tutmayacaq, bütün dünyada insanların adil qanunlara tabe olmasına nəzarət edəcək.

4. Birlik

Allahın Padşahlığı insanlara öyrədir ki, həmfikir olsunlar, aralarında qarşılıqlı məhəbbət olsun, can bir qəlbdə, yekdil olsunlar (FİLİPPİLİLƏRƏ 2:2).

Mənası: Allahın Padşahlığının vətəndaşları arasındakı birlik sözdə yox, əməldə olacaq. Onlar bir-birini ürəkdən sevdikləri üçün can bir qəlbdə olacaqlar.

Belə bir hökumətin mövcudluğuna inanmaq ağlabatandır?

Gərək birinci faktları araşdırasınız. Bunu üç üsulla etmək olar:

  • Yehovanın Şahidlərinin birindən xahiş edin ki, Allahın Padşahlığının Müqəddəs Kitabda bəhs olunan vədləri tezliklə yerinə yetirəcəyinə sübut gətirsin.

  • jw.org saytında MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > MÜQƏDDƏS KİTABA AİD SUALLARA CAVAB > ALLAHIN PADŞAHLIĞI bölməsinə daxil olun.

  • Yehovanın Şahidlərinin ibadət görüşündə iştirak edin, onlar arasında olan məhəbbəti və birliyi özünüz görün.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş