Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g21 №  1 s. 8—9
  • Həyatdan məmnunluq duymağın sirləri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyatdan məmnunluq duymağın sirləri
  • Oyanın! 2021
  • Başlıqlar
  • Oxşar material
  • Zəhmətkeş olun
  • Dürüst olun
  • Pula düzgün yanaşın
  • Ən yaxşı elmə yiyələnin
  • Pul hər cür pisliyin köküdür?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Pul məsələsini necə həll etməli?
    Xoşbəxt ailəm
  • İşə və pula düzgün münasibət
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Yehovanın Şahidləri təhsilə necə yanaşır?
    Tez-tez verilən suallar
Əlavə
Oyanın! 2021
g21 №  1 s. 8—9
Ana oğlu ilə Hindistanda ticarət mərkəzində, dəbdəbəli əşyalar alan insanların arasında məmnun halda gedir.

Həyatdan məmnunluq duymağın sirləri

Subay və ya evli, yaşlı, yaxud cavan olmasından asılı olmayaraq, hər kəs istəyir ki, xoşbəxt olsun və həyatdan məmnunluq duysun. Yaradanımız da bunu istəyir, buna görə də bizə çox gözəl məsləhətlər verir.

Zəhmətkeş olun

«Oğurluq edən daha oğurluq etməsin, əlinin halal zəhməti ilə dolansın ki, korluq çəkənə də əl tuta bilsin» (EFESLİLƏRƏ 4:28).

Allah istəyir ki, biz işgüzar olaq. Çünki zəhmətkeş insan xoşbəxtdir. O özünü və ailəsini dolandıra bilir. Ehtiyacı olanlara əl tutur. Belə adamın iş yerində qədir-qiyməti olur. Buna görə də, çox ehtimal ki, işini də itirmir. İnsanın öz zəhməti ilə əldə etdiyi bu nailiyyətlər Müqəddəs Kitabda Allahın bəxşişi adlanır (Vaiz 3:13).

Dürüst olun

«Vicdanımızın təmiz olduğuna əminik, axı hər sahədə dürüst olmaq istəyirik» (İBRANİLƏRƏ 13:18).

Dürüst insan özünə hörmət edir, qorxu-hürkü bilmir, gecələr rahat yatır. Başqaları da ona inanır və hörmət edir. Amma nadürüst insan özünü bütün bunlardan məhrum edir. Vicdanı onu narahat edir. Qorxu içində yaşayır ki, birdən nadürüst əməllərinin üstü açılar.

Pula düzgün yanaşın

«Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun» (İBRANİLƏRƏ 13:5).

Dolanmaq və tələbatlarımızı ödəmək üçün bizə pul lazımdır. Amma pulpərəstlik çox təhlükəlidir. Pulpərəst adam bütün vaxtını və gücünü pul qazanmağa sərf edir. Pul sevdası ucbatından ailəsində gərginlik yaranır, uşaqlarına vaxt ayıra bilmir, hətta sağlamlığı da əldən gedir (1 Timutiyə 6:9, 10). Ən betəri isə odur ki, pulpərəst adam nadürüstlüyə də əl atır. Bir hikmətli insan demişdi: «Sadiq insanın xeyir-bərəkəti olar. Tez varlanmaq istəyən təmiz qalmaz» (Məsəllər 28:20).

Ən yaxşı elmə yiyələnin

«Hikməti, düşüncəni qoru» (MƏSƏLLƏR 3:21).

Təhsil bizə məsuliyyətli insan, yaxşı valideyn olmağa kömək edir, amma öz-özlüyündə insana xoş güzəran vəd etmir. Həyatın hər sahəsində uğur qazanmaq üçün biz Allahın elminə yiyələnməliyik. Müqəddəs Kitabda deyilir ki, Allaha itaət edən insan «hər işində uğur qazanar» (Zəbur 1:1—3).

«Həyatımdan çox məmnunam»

«Bizim ərazidə insanlar əllərindən gələni edirlər ki, təhsil alsınlar, varlı olsunlar, ad-san qazansınlar. Amma məqsədlərinə çatandan sonra da xoşbəxtlik duymurlar. Mən Müqəddəs Kitabın köməyi ilə həyata düzgün baxmağı öyrəndim. Başa düşdüm ki, pul bizi müəyyən sahələrdə qorusa da, bizə xoşbəxtlik və əsl sevgi bəxş edə bilməz. Müqəddəs Kitab mənə pulla, işlə bağlı düzgün qərarlar verməyə kömək edir. Bunun sayəsində həyatımdan çox məmnunam və xoşbəxtəm» (Kişor).

Kişor.

Əlavə məlumat:

İş, pul və təhsillə bağlı əlavə məsləhətlər üçün jw.org saytında MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > XOŞBƏXTLİK VƏ QƏLB RAHATLIĞI bölməsinə daxil olun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş