Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g21 №  1 s. 10—11
  • İnsanlar nəyə görə əzab çəkir, qocalır və ölür?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnsanlar nəyə görə əzab çəkir, qocalır və ölür?
  • Oyanın! 2021
  • Başlıqlar
  • Oxşar material
  • Əzablarımızın səbəbkarı ulu valideynlərimizdir
  • Şər mələklər ucbatından əzablarımız daha da artır
  • Bəzən öz səhvlərimiz ucbatından əzab çəkirik
  • Axırzamanda yaşayırıq
  • Dünyadakı əzabların səbəbkarı kimdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Təsəlli. İztirab çəkənlər üçün təsəlli
    Gözətçi qülləsi 2003
  • Nəyə görə dünya əzab-əziyyətlə doludur?
    Müqəddəs Kitab təlimləri
  • Müqəddəs Kitabın cavabı
    Gözətçi qülləsi (kütləvi) 2017
Əlavə
Oyanın! 2021
g21 №  1 s. 10—11
Yoxsul insanlar güc-bəla ilə dolanırlar.

İnsanlar nəyə görə əzab çəkir, qocalır və ölür?

Allah bizi xəlq etdiyi üçün bizə Öz övladı kimi baxır. Buna görə də əzab çəkməyimizi istəmir. Amma həyat əzab-əziyyətlə doludur. Bu nəyə görə belədir?

Əzablarımızın səbəbkarı ulu valideynlərimizdir

«Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi» (ROMALILARA 5:12).

Allah ulu valideynlərimiz olan Adəmlə Həvvanı əqli və fiziki cəhətdən mükəmməl yaratmışdı. Onları yer üzündəki cənnətdə, Ədən bağında məskunlaşdırmışdı. Onlara buyurmuşdu ki, bir ağacı çıxmaq şərti ilə bağdakı bütün ağacların meyvəsindən yeyə bilərlər. Lakin Adəmlə Həvva məhz qadağan olunmuş ağacın meyvəsindən yedilər. Bu, günah idi (Yaradılış 2:15—17; 3:1—19). Bu itaətsizlikdən sonra Allah onları cənnətdən qovdu. Beləcə, onlar ağır həyata qədəm qoydular. Bir qədər sonra Adəmlə Həvvanın övladları oldu. Onların da həyatı çətinliklərlə dolu idi. Sonda hamısı qocalıb öldü (Yaradılış 3:23; 5:5). Bütün bəşəriyyət Adəmlə Həvvadan törədiyi üçün hamı xəstələnir, qocalır və ölür.

Şər mələklər ucbatından əzablarımız daha da artır

«Bütün dünya... Şəririn əlindədir» (1 YƏHYA 5:19).

Həmin Şərir Şeytandır. Şeytan mələkdir. O, Allaha qarşı üsyan etmişdi (Yəhya 8:44; Vəhy 12:9). Sonralar başqa mələklər də ona qoşulmuşdu. Həmin mələklər isə cinlər adlanır. Onlar insanları aldadıb Yaradandan uzaqlaşdırırlar. Həmçinin insanları yoldan çıxarıb pis əməllərə sürükləyirlər (Zəbur 106:35—38; 1 Timutiyə 4:1). Şeytan və cinlər insanlara əzab-əziyyət çəkdirməkdən zövq alır.

Bəzən öz səhvlərimiz ucbatından əzab çəkirik

«İnsan nə əkərsə, onu da biçəcək» (QALATİYALILARA 6:7).

Hər birimiz miras aldığımız günaha görə, Şeytanın bütün dünyanı təsiri altına saldığına görə əzab çəkirik. Amma bəzən insanlar özləri də öz başlarına bəla açır. Pis əməllər törədib, yaxud yanlış qərarlar verib, acı nəticəsini biçirlər. Ancaq yaxşı iş görən insanların biçdiyi bəhrə də yaxşı olur. Məsələn, dürüst, zəhmətkeş, ailəsini sevən kişinin ruzisi bol, ailəsi xoşbəxt olur. Qumarbaz, əyyaş, tənbəl adam isə özünü, ailəsini yoxsulluğa düçar edir. Buna görə də yaxşı olar ki, Allahın məsləhətinə qulaq asaq. O istəyir ki, biz gözəl bəhrələr biçək, əmin-amanlığımız bol olsun (Zəbur 119:165).

Axırzamanda yaşayırıq

«Axırzamanda... insanlar xudbin, pulpərəst,.. valideynlərinə itaət etməyən,.. özünə hakim olmayan, zalım, yaxşılığın düşməni... olacaqlar» (2 TİMUTİYƏ 3:1—5).

Bu gün insanların çoxu bu ayələrdə deyildiyi kimidir. Bu bir daha sübut edir ki, biz hazırkı şər dünyanın axırında yaşayırıq. Müqəddəs Kitabda həmçinin qabaqcadan deyilmişdi ki, bizim zəmanəmizdə müharibələr, güclü zəlzələlər və xəstəliklər olacaq (Mətta 24:3, 7, 8; Luka 21:10, 11). Bütün bunlar çoxlu əzab-əziyyətə səbəb olur, insanların həyatına son qoyur.

«Qəlb rahatlığı tapdım»

«19 yaşım olanda iflic oldum. Mənə deyirdilər ki, bu, əvvəlki həyatımda etdiyim günahın nəticəsidir. Bu fikir mənə əzab verirdi. Düşünürdüm ki, insanların əzablarının səbəbkarı Allahdır. Belə Allahı sevə bilmirdim. Sonra Müqəddəs Kitabı araşdırdım və öyrəndim ki, Allah bizim qeydimizə qalır və dünyadakı əzabların səbəbkarı Şeytandır. Həmçinin bildim ki, Allah tezliklə Şeytanı məhv edəcək və onun vurduğu bütün zərərləri aradan qaldıracaq. Ürəyimdə bu cür gözəl Allaha qarşı sevgi oyandı. Qəlb rahatlığı tapdım» (Sancay).

Sancay.

Əlavə məlumat:

Əzabların səbəbi və onlara dözməklə bağlı əlavə məlumat almaq üçün jw.org saytında MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > MÜQƏDDƏS KİTABA AİD SUALLARA CAVAB > ƏZAB-ƏZİYYƏT bölməsinə daxil olun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş