Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jl d. 10
  • Ailəvi ibadət nədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailəvi ibadət nədir?
  • Yehova Allahın müasir xalqı
  • Oxşar material
  • Ailələrə kömək
    Müqəddəs ibadətimiz 2011
  • Ailə səadəti (II hissə)
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Ailənizlə birgə Yehovaya ibadət edin
    Xoşbəxt ailəm
  • Ailəvi ibadəti daha maraqlı necə edə bilərsiniz?
    Gözətçi qülləsi 2014
Əlavə
Yehova Allahın müasir xalqı
jl d. 10

DƏRS 10

Ailəvi ibadət nədir?

Ailəvi ibadət keçirən ailə

Cənubi Koreya

Ər-arvad birlikdə Müqəddəs Kitabı araşdırır

Braziliya

Yehovanın Şahidi Müqəddəs Kitabı mütaliə edir

Avstraliya

Ailə Müqəddəs Kitab mövzusunu müzakirə edir

Qvineya

Ta qədimdən Yehova Allahın istəyi bu olub ki, ailə telləri möhkəm olsun və ailənin hər bir üzvü Onunla yaxın münasibət qursun. Bunun üçün ailə birlikdə vaxt keçirməlidir (Qanunun təkrarı 6:6, 7). Elə bu məqsədlə Yehovanın Şahidləri hər həftə vaxt ayırıb ailəliklə Allaha ibadət edirlər. Bu ibadətlər xoş ab-hava içində keçir, ibadət zamanı ailənin tələbatına uyğun ruhani mövzular müzakirə olunur. Ailəli olmayanlar da hər həftə ruhani mövzular seçib araşdırırlar. Bunun sayəsində onların Allahla münasibəti güclənir.

Yehova Allaha yaxınlaşmaq üçün gözəl imkan. «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Müqəddəs Kitabdan Yehovanın gözəl xüsusiyyətləri, nəcib işləri barədə öyrəndikcə Onu daha yaxşı tanıyır, özümüzü Allaha daha yaxın hiss edirik. Bunun üçün ailəvi ibadət gözəl imkan yaradır. Ailəvi ibadət keçirmək elə də çətin deyil. Əvvəldə ailəlikcə Müqəddəs Kitabı oxuya bilərsiniz. Ailə üzvləri sıra ilə Müqəddəs Kitabı oxuya, sonra da hamı oxunan parçalardan nə öyrəndiyini söyləyə bilər. Bu işdə sizə «Məsihi həyatı və ibadəti» görüşünün həftəlik cədvəlinin köməyi dəyə bilər.

Ailə tellərini möhkəmləndirmək üçün fürsət. Allahın Kəlamını ailəlikcə öyrənmək ərlə arvad, uşaqla valideyn arasında yaxşı münasibətə zəmin yaradır. İbadət elə xoş, elə mehriban ab-havada keçməlidir ki, ailənin hər bir üzvü bu günü səbirsizliklə gözləsin. Valideynlər ailəvi ibadət üçün «Gözətçi qülləsi», «Oyanın!» jurnallarından və ya saytımızdan uşaqlarının yaşına uyğun mövzu seçə bilərlər. Uşaqlarla məktəbdə qarşılaşdıqları çətinliklər barədə söhbət edib, onlara bu çətinlikləri dəf etməklə bağlı məsləhət verə bilərlər. Həmçinin JW televiziyasında (tv.jw.org) yayımlanan hansısa proqrama baxıb birlikdə müzakirə edə bilərsiniz. Ailəvi ibadət vaxtı növbəti görüşdə oxunacaq nəğmələri də məşq etmək olar. İbadətdən sonra isə hamı çay süfrəsi ətrafında toplaşa bilər.

Hər həftə keçirilən ailəvi ibadət sayəsində ailənin hər bir üzvünün Allahın Kəlamına məhəbbəti artacaq. Yehova da onların zəhmətini yerdə qoymayacaq (Zəbur 1:1—3).

  • Nəyə görə ailəvi ibadət keçirmək vacibdir?

  • Valideynlər nə edə bilərlər ki, ailəvi ibadət hər kəs üçün xoş olsun?

TÖVSİYƏ

Yığıncaqdakı ailələrdən ailəvi ibadəti necə keçirdiklərini soruşun. Həmçinin uşaqlarınıza Yehova Allah haqqında öyrətmək üçün ibadət evində hansı nəşrlərin olduğu ilə maraqlanın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş