Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/3 s. 27—32
  • “Minnətdar olun”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Minnətdar olun”
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Minnətdar olmaq üçün səbəblər
  • Musanın qanunundan üç ibrət dərsi
  • Biz minnətdarlığımızı necə bildirə bilərik?
  • Pioner ruhu inkişaf etdirin və onu qoruyub saxlayın
  • Malımızla minnətdarlıq edirik
  • «Şükür edənlər olun!»
    Müqəddəs ibadətimiz 2008
  • Minnətdarlığını təzahür etdir
    Müqəddəs ibadətimiz 2004
  • İanə verməkdən duyulan sevinc
    Gözətçi qülləsi 2003
  • Siz gəlirinizin onda birini təşkilata verirsiniz?
    Tez-tez verilən suallar
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/3 s. 27—32

“Minnətdar olun”

“Məsihin sülhü, ürəklərinizdə hakim olsun... Minnətdar olun” (KOLOSLULARA 3:15, İ–93).

1. Məsihçi yığıncağı Şeytanın nəzarəti altında olan dünyadan nə qədər fərqlənir?

YEHOVANIN ŞAHİDLƏRİNİN bütün dünya üzrə 94 600 yığıncağında minnətdarlıq ruhu görünür. Hər görüş, özünə Yehovaya minnətdarlıq sözləri daxil edən dua ilə başlanır və qurtarır. Gənclərdən və yaşlılardan, çoxdan və ya təzəlikcə Şahid olanlardan — Allaha ibadət və sevincli ünsiyyət üçün toplaşanların hamısından tez-tez “sağ olun” və “buyurun” kimi xoş sözlər eşitmək olar (Məzmur 133:1). Bu, “Allahı tanımayan və... Müjdəyə itaət etməyənlər” arasında yayılmış eqoistlikdən necə də fərqlənir! (2 Saloniklilərə 1:8). Biz naşükür dünyada yaşayırıq. Və əgər bu dünyanın tanrısının kim olduğunu xatırlasaq, bu, təəccüblü deyil. Məğrurluğu və üsyankar ruhu bütün bəşər cəmiyyətinə hopmuş Şeytan İblis eqoistliyin təcəssümüdür! (Yəhya 8:44; 1 Yəhya 5:19; 2 Korinflilərə 4:4).

2. Hansı xəbərdarlığa diqqət yetirməliyik və hansı sualları nəzərdən keçirəcəyik?

2 Bizi Şeytanın dünyası əhatə etdiyi üçün ehtiyatlı olmaq lazımdır ki, onun ruhuna yoluxmayaq. Birinci əsrdə həvari Pavel Efes məsihçilərinə xatırladırdı: “Bir zamanlar bu günahlara görə hərəkət etdiniz, bu dünyanın gedişinə, havadakı hakimiyyətin, yə’ni indi itaətsiz insanlarda fəal olan ruhun hökmranına uydunuz. Bir zamanlar bizim hamımız da cismani təbiətimizin ehtiraslarına uyaraq, bədənin və əqlin istəklərini yerinə yetirərək bu cür insanların arasında yaşadıq və digərləri kimi təbiətən Allahın qəzəbinə mə’ruz idik” (Efeslilərə 2:2, 3). Bu sözlər bu gün də çox insanlara aiddir. Biz minnətdarlıq ruhunu necə qoruyub saxlaya bilərik? Yehova hansı köməkliyi təklif edir? Həqiqətən də minnətdar olduğumuzu əməldə necə göstərə bilərik?

Minnətdar olmaq üçün səbəblər

3. Yehovaya nələrə görə minnətdarıq?

3 İlk növbədə Yehova Allaha — Yaradanımıza və Həyatverənimizə, xüsusilə də bizə səxavətlə verdiyi hədiyyələrə görə minnətdar olmağa borcluyuq (Yaqub 1:17). Sağ olduğumuza görə hər gün Yehovaya minnətdarlıq edirik (Məzmur 36:9). Bizi, Yehovanın günəş, ay, ulduzlar kimi gözə çarpan çoxsaylı əl işləri əhatə edir. Torpaq qatındakı mineralların zəngin yataqları, atmosferdəki həyati vacib qazların tarazlaşdırılmış tərkibi, təbiətdəki maddələrin mürəkkəb dövriyyəsi — bütün bunlar sevən səmavi Atamıza borclu olduğumuzu göstərir. Davud padşah oxuyurdu: “Ya Rəbb Allahım, yaratdığın xariqələr və bizim üçün düşüncələrin çoxdur; Sənə bənzəyən yoxdur. Onları e’lan edib söyləmək istəsəm, saya gəlməz” (Məzmur 40:5).

4. Yığıncaqlarımızdakı sevincli mühitə görə Yehovaya nə üçün minnətdarlıq etməliyik?

4 Bu gün həqiqi Cənnət olmasa da, Yehovanın xidmətçiləri ruhani Cənnətdəki həyata sevinirlər. Padşahlıq Zallarımızda və konqreslərdə Allahın ruhunun həmimanlılarımıza necə tə’sir göstərdiyini və gətirdiyi səmərəni görürük. Bunu nəzərə alaraq, bə’zi Şahidlər heç bir dinin fəal tərəfdarları olmayan insanlara təbliğ edərkən, Pavelin qalatiyalılara yazdığı məktubundakı sözlərə istinad edirlər. Əvvəlcə onlar diqqəti “cismani təbiətin əməlləri”nə yönəldir və müsahiblərindən buna bənzər əməlləri müasir cəmiyyətdə görüb-görmədiklərini soruşurlar (Qalatiyalılara 5:19-23). Əksəriyyəti dərhal razılaşır ki, bu gün belə əməllər insanların səciyyəvi xüsusiyyətləridir. İnsanlara Allahın ruhunun gətirdiyi səmərənin təsvirini göstərəndə və onları bu səmərəni öz gözləri ilə görmələri üçün yerli Padşahlıq Zalına də’vət edəndə, çoxları həvəslə e’tiraf edirlər: “Allah həqiqətən aranızdadır!” (1 Korinflilərə 14:25). Və bu vəziyyət yalnız yerli Padşahlıq Zalında müşahidə edilmir. Hara getsək də, Yehovanın altı milyondan artıq Şahidindən kiminlə görüşsək də, həmin xoşbəxt, sevincli ruhu görəcəyik. Bu cür gözəl insan cəmiyyətinin mövcudluğu — bütün bunları Öz ruhu ilə mümkün edən Yehovaya minnətdarlıq etmək üçün səbəbdir (Tsefanya 3:9; Efeslilərə 3:20, 21).

5, 6. Allahın böyük hədiyyəsi olan fidiyə üçün minnətdarlığımızı necə bildirə bilərik?

5 Yehovanın bizə verdiyi ən böyük və ən kamil hədiyyə, Oğlu İsa Məsihin fidiyə qurbanlığıdır. Həvari Yəhya yazırdı: “Sevimlilərim, əgər Allah bizi belə sevdisə, biz də bir-birimizi sevməliyik” (1 Yəhya 4:11). Fidiyəyə görə minnətdar olduğumuzu Yehovaya yalnız məhəbbət və minnətdarlığımızı bildirməklə deyil, həmçinin başqalarına məhəbbət təzahür etdirərək həyat tərzimizlə göstəririk (Matta 22:37-39).

6 Yehovanın qədim İsrail xalqı ilə necə davrandığını nəzərdən keçirməklə, minnətdarlıq bildirmək barədə daha çox şey öyrənə bilərik. Musanın vasitəsilə bu xalqa verdiyi Qanunun köməyi ilə Allah çoxlu ibrət dərsi vermişdi. Qanundakı “elmin və həqiqətin əsasına” vararaq, Pavelin “minnətdar olun” məsləhətinə riayət etməyə kömək edən çox şey öyrənə bilərik (Romalılara 2:19; Koloslulara 3:15, İ–93).

Musanın qanunundan üç ibrət dərsi

7. Ondalıq haqqındakı qanun israillilərə Yehovaya olan minnətdarlıqlarını bildirməyə necə imkan verirdi?

7 Yehovanın yaxşılığına görə səmimi minnətdarlıqlarını bildirə bilsinlər deyə, Musanın qanununda Yehova üç üsula diqqət yönəltmişdi. Birincisi, ondalıq haqqındakı qanun idi. Torpağın məhsulu “mal-qaranın və qoyunun ondalığı” ilə birlikdə “Rəbbə müqəddəs” olmalı idi (Levililər 27:30-32). İsraillilər itaətkarlıq göstərəndə Yehova onlara çoxlu xeyir-dua verirdi. “Ondalığın hamısını anbar evinə gətirin də, evimdə yemək olsun və məni indi bununla sınayın, orduların Rəbbi deyir, göylərin pəncərələrini sizə açmayacağammı və yetəcək qədərdən artıq üzərinizə bərəkət tökməyəcəyəmmi?” (Malaki 3:10).

8. Könüllü qurbanlar ondalıqdan nə ilə fərqlənirdi?

8 İkincisi, ondalıq haqqındakı qanundan əlavə, Yehova israillilər üçün könüllü qurbanlar gətirmək imkanı da yaratmışdı. O, Musaya tapşırdı ki, israillilərə belə desin: “Sizi aparmaqda olduğum diyara girdiyiniz zaman, elə olacaq ki, o diyarın çörəyindən yeyincə Rəbbə bir qaldırma təqdiməsi ərz edəcəksiniz”. Onlar ‘xəmirin ilkindən qaldırma təqdiməsi olaraq’ nəsilləri boyu ‘kökə ərz etməli idilər’. Diqqət yetirək ki, gətirilən ilk bəhrələrə aid konkret miqdar göstərilmirdi (Saylar 15:18-21). Lakin israillilər təqdiməni minnətdarlıq hissindən gətirdikdə, onlar Yehovanın xeyir-dua verəcəyinə əmin olurdular. Buna bənzər halı Hezekielin mə’bədlə bağlı rö’yasında görürük. Orada deyilir: “Hər şeyin bütün nübarlarının ilki və bütün qaldırma təqdimələrinizdən hər şeyin hər qaldırma təqdiməsi kahinlərin olacaq, evinizə bərəkət qonsun deyə, xəmirlərinizin ilkini kahinə verəcəksiniz” (Hezekiel 44:30).

9. Məhsulun qalığı barəsindəki qanunun vasitəsilə Yehova nə öyrədirdi?

9 Üçüncüsü, Yehova məhsulun qalığı barədə qanun vermişdi. Allah buyurmuşdu: “Diyarınızın əkinini biçdiyiniz zaman, tarlanın künclərini büsbütün biçməyəcəksən və əkindən düşən sünbülləri yığmayacaqsan. Və bağın üzümlərini büsbütün yığmayacaqsan və bağının yerə düşən meyvəsini yığmayacaqsan; onları fağır və qərib üçün saxlayacaqsan; mən Allahınız Rəbbəm” (Levililər 19:9, 10). Yenə də konkret miqdar göstərilmirdi. Hər bir israilli, ehtiyacı olanlar üçün nə qədər saxlayacağını özü qərara alırdı. Burada müdrik padşah Süleymanın sözləri tətbiq ediləndir: “Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, çünki onun əvəzi Rəbdən gələr” (Süleymanın məsəlləri 19:17, MKŞ). Beləliklə Yehova kasıblara şəfqət və diqqət göstərməyi öyrədirdi.

10. Minnətdarlıq hissini itirdikdə, İsrail xalqının başına nələr gəldi?

10 İsraillilər itaətkarlıqla ondalıq gətirəndə, könüllü qurbanlar təqdim edəndə və kasıblar üçün nə isə saxlayanda, Yehova onlara xeyir-dua verirdi. Lakin minnətdarlıq hissini itirməklə, İsrail xalqı Yehovanın lütfündən məhrum oldu. Bu, bədbəxtliyə və nəticədə sürgünə gətirib çıxartdı (2 Tarixlər 36:17-21). Bunda bizim üçün hansı ibrət dərsləri var?

Biz minnətdarlığımızı necə bildirə bilərik?

11. Yehovaya minnətdarlığımızı hansı əsas üsulla bildirə bilərik?

11 Yehovanı mədh edib, Ona minnətdarlıq bildirə biləcəyimiz əsas üsul da “qurbanlarla” bağlıdır. Ehtimal ki, biz, məsihçilər kimi, Musanın qanunu altında deyilik və heyvanları və ya məhsulun bir hissəsini qurban gətirmək məs’uliyyəti daşımırıq (Koloslulara 2:14). Buna baxmayaraq, həvari Pavel yəhudi məsihçilərini təşviq edirdi: “Bu səbəbdən, həmişə... Allaha həmd qurbanını, yə’ni Onun adını iqrar edən dodaqların bəhrəsini təqdim edək” (İbranilərə 13:15). Təbliğ xidmətində və ya həmimanlılarımızın ‘yığıncaqlarında’ Yehovaya həmd qurbanı təqdim etmək üçün qabiliyyət və imkanlarımızdan istifadə etməklə, sevən səmavi Atamız Yehova Allaha səmimi minnətdarlığımızı ifadə edə bilərik (Məzmur 26:12). İsraillilərin Yehovaya minnətdarlıqlarını bildirmək imkanlarından biz nə öyrənirik?

12. Məsihçi məs’uliyyətimizə dair ondalıq haqqındakı qanundan nə öyrənirik?

12 Hər şeydən əvvəl, gördüyümüz kimi, ondalığı gətirmək hər bir israillinin borcu idi. Biz məsihçilər də, xidmətdə iştirak etmək və məsihçi görüşlərinə gəlmək məs’uliyyəti daşıyırıq. Bununla məşğul olub-olmamaq qərarı bizim ixtiyarımıza verilməyib. Sonun vaxtı haqqındakı böyük peyğəmbərliyində İsa aydın surətdə bildirdi: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir” (Matta 24:14, İ–93; 28:19, 20). Məsihçi görüşlərinə dair həvari Pavel Allahdan ilham alaraq bunları yazmışdır: “Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq. Bə’zilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək. Amma xüsusən, o Günün yaxınlaşdığını gördüyümüz nisbətdə bir-birimizi daha çox ürəkləndirək” (İbranilərə 10:24, 25). Təbliğ etmək, öyrətmək və qardaşlarımızla yığıncaq görüşlərinə müntəzəm olaraq toplaşmaq məs’uliyyətimizi sevinclə qəbul etməklə, bunu üstün və şərəfli saymaqla Yehovaya minnətdarlığımızı bildirmiş oluruq.

13. Könüllü qurbanlar və məhsulun qalığı barədəki qanundan nə öyrənirik?

13 İsraillilərin öz minnətdarlıqlarını bildirə biləcəkləri digər iki üsul — könüllü qurbanlar və məhsulun qalığı ilə əlaqəli olan üsullar üzərində düşünmək də faydalıdır. Qanun ondalığa aid konkret tələblər verdiyi halda, nə qədər könüllü ianə etməyə və məhsulu yığandan sonra tarlada nə qədər məhsul saxlamağa dair dəqiq göstərişlər vermirdi. Daha doğrusu, Yehovanın xidmətçisinin ürəyi, onun minnətdarlığının nə qədər dərin olduğunu göstərməli idi. Buna bənzər tərzdə, xidmətdə və məsihçi yığıncaqlarında iştirak etmək Yehovanın hər bir xidmətçisinin birinci dərəcəli məs’uliyyəti olduğunu başa düşsək də, özümüzdən soruşa bilərdik: bu vəzifəmizi ürəkdən və hazırlıq ruhu ilə yerinə yetiririkmi? Bunu, Yehovanın bizə etdiyi hər bir şey üçün ürəkdən minnətdarlıq etmək imkanı sayırıqmı? Bu işlərdə imkanlarımızın yol verdiyi qədər ürəkdən iştirak edirikmi? Yoxsa biz bu işlərlə yalnız borc hissindən irəli gələrək məşğul oluruq? Ehtimal ki, bu suallara biz özümüz cavab verməliyik. Həvari Pavel izah edirdi: “Qoy hər kəs öz işini sınasın və o zaman başqası ilə deyil, özü ilə iftixara səbəb olsun” (Qalatiyalılara 6:4).

14. Yehova, Ona xidmətimizlə əlaqədar bizdən nə gözləyir?

14 Yehova Allah bizim vəziyyətlərimizi yaxşı bilir. İmkanlarımızın hüdudları Ona bəllidir. O, xidmətçilərinin həvəslə gətirdiyi, böyük və ya kiçik qurbanları qiymətləndirir. O gözləmir ki, biz hamımız eyni ölçüdə qurbanlar gətirəcəyik, biz bunu edə bilmərik də. Maddi ianələr haqqındakı məsələni müzakirə edərək, həvari Pavel Korinf məsihçilərinə ya­zırdı: “Əgər şövq varsa, insanda olmayan mala görə deyil, olan mala görə məqbuldur” (2 Korinflilərə 8:12). Bu prinsip bizim Allaha xidmətimizə də eyni tərzdə tətbiq ediləndir. Xidmətimizin Yehovanın gözündə məqbul olması etdiyimizin həcmi ilə deyil, onu sevinclə və ürəkdən yerinə yetirməyimizlə müəyyən olunur (Məzmur 100:1-5; Koloslulara 3:23).

Pioner ruhu inkişaf etdirin və onu qoruyub saxlayın

15, 16. a) Pioner xidməti ilə minnətdarlıq arasında hansı əlaqə var? b) Pioner kimi xidmət edə bilməyənlər pioner ruhunu necə əks etdirə bilərlər?

15 Yehovaya minnətdarlıq etməyin gözəl üsulu tammüddətli xidmətə başlamaqdır. Yehovaya məhəbbətdən və Onun mərhəmətinə minnətdarlıq hissindən irəli gələrək bir çox həsr olunmuş xidmətçilər həyatlarında böyük dəyişikliklər etmişlər ki, Yehovaya xidmətə daha çox vaxt ayıra bilsinlər. Bə’ziləri xoş xəbəri təbliğ edərək və insanlara həqiqəti öyrədərək pioner kimi ay ərzində orta hesabla 70 saat xidmət edə bilirlər. İmkanları müxtəlif şəraitlərlə məhdudlaşan digərləri isə vaxtaşırı olaraq köməkçi pioner kimi xidmət edərək ay ərzində 50 saat təbliğ edirlər.

16 Bəs Yehovanın nə pioner, nə də köməkçi pioner kimi xidmət edə bilməyən çoxsaylı xidmətçiləri necə? Onlar öz minnətdarlıqlarını, pioner ruhu inkişaf etdirməklə və qoruyub saxlamaqla bildirə bilərlər. Necə? Pionerləri ruhlandırmaqla, uşaqlarında tammüddətli xidmətçilər olmaq həvəsini oyandırmaqla və imkanları yol verdiyi qədər təbliğdə sə’y göstərməklə. Xidmətdə etdiklərimiz, əsas e’tibarı ilə Yehovanın bizim üçün keçmişdə və indi etdiklərinə və gələcəkdə edəcəklərinə ürəyimizdəki minnətdarlığın nə qədər dərin olmasından asılıdır.

Malımızla minnətdarlıq edirik

17, 18. a) Biz malımızla necə minnətdarlıq edə bilərik? b) İsa dul qadının ianəsini necə qiymətləndirdi və nəyə görə?

17 Süleymanın məsəlləri 3:9 ayəsində deyilir: “Malınla və bütün məhsulunun nübarı ilə, Rəbbə ehtiram et”. Yehovanın xidmətçiləri artıq ondalıq gətirməli deyillər. Pavel Korinfdəki yığıncağa yazırdı: “Hər kəs ürəyində niyyət etdiyi kimi versin, kədərlə, yaxud məcburi yox; çünki Allah gülər üzlə verəni sevir” (2 Korinflilərə 9:7). Padşahlıq haqqındakı ümumdünya təbliğ işini dəstəkləmək üçün könüllü ianələr etməklə biz də öz minnətdarlığımızı bildiririk. Səmimi minnətdarlıq bizi bunu müntəzəm olaraq etməyə təşviq edir, ehtimal ki, biz hətta erkən məsihçilərin etdikləri kimi, hər həftə müəyyən məbləği kənara qoyacağıq (1 Korinflilərə 16:1, 2).

18 Yehovaya minnətdarlığımız nə qədər ianə etməyimizlə yox, bunu hansı əhval-ruhiyyə ilə etməyimizlə təzahür olunur. Buna, öz hədiyyələrini mə’bədin ianə qutusuna atan insanları müşahidə edən İsa diqqət yönəltmişdir. İsa, ehtiyacı olan, lakin qutuya “iki lepton” atan dul qadını görüb dedi: “Həqiqəti sizə deyirəm ki, bu yoxsul dul qadın hamıdan çox pul atdı. Çünki onların hamısı öz varlarının artıqlığından Allaha hədiyyə verdilər, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində olan bütün pulunu verdi” (Luka 21:1-4).

19. Öz minnətdarlığımızı necə bildirməyimiz üzərində bir daha düşünmək nəyə görə faydalıdır?

19 Qoy bu müzakirə bizi, öz minnətdarlığımızı necə bildirdiyimiz üzərində bir daha düşünməyə təşviq etsin. Məsələn, Yehovaya həmd qurbanlarımızı və ümumdünya işinə maddi yardımımızı artıra bilərikmi? Əgər belə davranarıqsa, əmin ola bilərik ki, səxavətli sevən Atamız Yehova, bizim minnətdarlığımızı bu tərzdə bildirməyimizdən razı qalacaq.

Xatırlayırsınızmı?

• Biz hansı səbəblərdən Yehovaya minnətdar olmalıyıq?

• Ondalıq, könüllü ianələr və məhsulun qalığı barəsindəki qanunlardan biz hansı ibrət dərslərini götürürük?

• Pioner ruhunu necə inkişaf etdiririk?

• Biz öz malımızla Yehovaya minnətdarlığımızı necə bildirə bilərik?

[29-cu səhifədəki şəkillər]

“Hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan... gəlir”.

[30-cu səhifədəki şəkillər]

Burada Qanundan hansı üç ibrət dərsini görürük?

[31-ci səhifədəki şəkillər]

Biz hansı qurbanları gətirə bilərik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş