Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/5 s. 4—7
  • Qəddarlığın sonu gələcəkmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qəddarlığın sonu gələcəkmi?
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Qəddarlığın arxasında əslində kim durur?
  • Dəyişilmək nəyin sayəsində mümkündür?
  • Tezliklə qəddarlığa son qoyulacaq
  • Qəddar dünya
    Gözətçi qülləsi 2007
  • Jurnalları necə təklif etmək olar?
    Müqəddəs ibadətimiz 2007
  • Müqəddəs Yazılara aid suallara cavab
    Gözətçi qülləsi 2015
  • Nəyə görə dünya əzab-əziyyətlə doludur?
    Müqəddəs Kitab təlimləri
Gözətçi qülləsi 2007
w07 1/5 s. 4—7

Qəddarlığın sonu gələcəkmi?

ÇOXLARI razılaşarlar ki, dünyadakı qəddarlığın əsas səbəbi xudbinlikdir. Onilliklər öncə yaşayan xudbin nəslin səpdiyi toxumlardan yalnız özlərini düşünən insanların çoxluq təşkil etdiyi cəmiyyət cücərdi. Çoxları istədiklərinə nail olmaq üçün hər şeyə, əksər hallarda isə qəddarlığa belə əl atırlar. Bunu yalnız ayrı-ayrı insanlar deyil, bütöv xalqlar haqqında da demək olar.

İnsan həyatı artıq qiymətdən düşüb. Bə’ziləri qəddarlıq etməkdən hətta zövq alır. Onlar buna əyləncə kimi baxır, başqalarına yalnız həzz almaq üçün zərər yetirdiklərini e’tiraf edən cinayətkarlardan xoşları gəlir. Bəs zorakılıq və qəddarlıqla dolu filmləri sevən milyonlarla adamlar haqda nə demək olar? Kino sənayesi onların marağını görərək belə filmlər çəkir və yüksək gəlir əldə edir. Əyləncəli verilişlərdə və xəbərlərdə qəddarlıq daima göstərildiyi üçün bir çoxları hissiyyatsız olmuşlar.

Qəddarlıq çox vaxt insana psixoloji zərər vurur və onun da başqaları ilə eyni cür rəftar etməsinə gətirib çıxarır. Meksika Milli Müstəqil Universitetində dərs deyən Noemi Dias Marrokin qəddarlıqdan doğan zorakılıq haqqında qeyd edir: «İnsanlar zorakılıq etməyi öyrənirlər, bu, mədəniyyətimizin bir hissəsidir... Zorakılığa icazə veriləndə və ona təşviq ediləndə biz zorakılıq etməyi öyrənirik». Deməli, çox ehtimal ki, pis rəftarın qurbanı olanlar başqaları ilə özlərinin mə’ruz qaldığı qəddarlıqla rəftar edəcəklər.

Digər hallarda isə içkidən və narkotikdən sui-istifadə edənlər vəhşiliyə yol verə bilərlər. Əhalinin qeydinə qalmadığı üçün hökumətdən narazı olanlar haqqında da eyni şeyi demək olar. Onlardan bə’ziləri öz fikirlərini tanıtmaq məqsədilə, çox vaxt günahsızların qanı bahasına başa gələn qəddarlığa və terrorizmə əl atırlar.

Sizi bir fikir də narahat edə bilər: «İnsanlar qəddarlığı haradan öyrəniblər? Hazırkı vəziyyətin səbəbi nədədir?»

Qəddarlığın arxasında əslində kim durur?

Müqəddəs Kitab Şeytan İblisi «bu əsrin tanrısı» adlandıraraq, onun dünya üzərində güclü tə’sirə malik olduğunu göstərir (2 Korinflilərə 4:4). O, kainatda mövcud olan ən xudbin və qəddar şəxsiyyətdir. İsa, münasib olaraq, onu «insan qatili» və ‘yalanın atası’ kimi təsvir etmişdi (Yəhya 8:44).

Adəm və Həvvanın itaətsizlik yolu tutduqları vaxtdan bəri bəşəriyyət Şeytanın güclü tə’siri altına düşüb (Yaradılış 3:1-7, 16-19). İlk insanların Yehovaya arxa çevirməsindən təxminən 15 əsr sonra üsyankar mələklər yerdə insan kimi yaşayaraq qadınlarla cinsi əlaqəyə girdilər və onların Nefilim adlanan övladları dünyaya gəldi. Nefilimlərin səciyyəvi xüsusiyyəti nə idi? Adları bu suala cavab verir. Bu ad «başqalarını vurub yıxan» deməkdir. Nefilimlər elə qəddarlıq və pozğunluqlar edirdilər ki, bütün bunlara ancaq Allahın göndərdiyi Daşqın son qoya bildi (Yaradılış 6:4, 5, 17, KM). Onların hamısı Daşqında qırılsa da, ataları gözəgörünməz cinlər kimi ruhani aləmə qayıtdılar (1 Peter 3:19, 20).

Üsyankar mələklərin qəddarlığı İsanın günlərində cin tutmuş oğlanın hadisəsindən açıq-aydın görünür. Cin hər dəfə uşağı tutanda o qıc olurdu, cin onu həlak etmək üçün gah oda, gah da suya atırdı (Mark 9:17-22). Bəli, ‘pis ruhi qüvvələr’ qəddar başçıları Şeytan İblis kimi rəhmsizdirlər (Efeslilərə 6:12).

Müqəddəs Kitabın peyğəmbərlik etdiyi kimi, cinlər bizim günlərdə də insanlar arasında qəddarlığı yaymağa davam edirlər: «Axır günlərdə çətin anlar gələcəkdir. Çünki insanlar xudbin,.. lovğa, təkəbbürlü,.. nankor, qüdsiyyətdən məhrum, şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, azğın, rəhmsiz, yaxşılığın düşməni, xain, ehtiyatsız, məğrur olacaq, zövqü Allahdan çox sevəcək. Allah yolunda imiş kimi görünəcək, amma o yolun qüdrətini inkar edəcəklər» (2 Timoteyə 3:1-5).

Müqəddəs Kitab peyğəmbərlikləri göstərir ki, yaşadığımız günlər xüsusilə çətindir, çünki İsa Məsihin başçılıq etdiyi Allahın Padşahlığı 1914-cü ildə qurulanda Şeytan və onun cinləri göydən qovuldular. Müqəddəs Kitab bəyan edir: «Yerə və dənizə vay olsun! Çünki iblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi» (Vəhy 12:5-9, 12).

Bu o deməkdir ki, vəziyyət heç cür yaxşılaşa bilməz? Yuxarıda adı çəkilən Dias Marrokinin sözlərinə görə, insanlar tədricən xoşagəlməz davranışı tərgidə bilərlər. Ancaq Şeytanın bu gün bütün dünyaya tə’sir etdiyini nəzərə alsaq, insan düşüncə tərzinə və davranışına fərqli və daha üstün qüvvənin tə’sir etməsinə yol verməsə, çətin ki zorakılığı tərgidə bilsin. Bu hansı qüvvədir?

Dəyişilmək nəyin sayəsində mümkündür?

Allahın müqəddəs ruhu mövcud olan ən qüdrətli qüvvədir və o, cinlərin istənilən tə’sirinə üstün gələ bilər. O, insanlar arasında məhəbbətə və onların firavanlığına səbəb olur. Yehovanı razı salmaq istəyən hər kəs Onun ruhunu almaq üçün qəddarlığa oxşayan hərəkətlərdən də uzaq durmalıdır. Bu o deməkdir ki, insan Allahın iradəsinə uyğun olmaq üçün öz şəxsiyyətini dəyişdirməlidir. Bəs Allahın iradəsi nədən ibarətdir? Bizim üçün bu, mümkün olan qədər Allahı təqlid etməkdir. Belə ki, biz insanlara Allahın gözü ilə baxmalıyıq (Efeslilərə 5:1, 2; Koloslulara 3:7-10).

Allahın işlərini öyrənəndə əmin olacaqsınız ki, Yehova adamlara heç vaxt laqeyd yanaşmayıb və onlara, hətta heyvanlara belə münasibətində ədalətsizliyə yol verməyiba (Qanunun təkrarı 22:10; Məzmur 36:7; Süleymanın məsəlləri 12:10). O, nə qəddarlığı, nə də qəddarlıq edənləri qəbul edir (Süleymanın məsəlləri 3:31, 32). Yehovanın məsihçilərdən geyinməyi tələb etdiyi yeni mənlik başqalarını özlərindən üstün saymağa və insanlara hörmətlə yanaşmağa kömək edir (Filipililərə 2:2-4). Yeni məsihçi mənliyini geyinən ‘şəfqətli, xeyirxah, təvazökar, həlim və səbirli’ olur. O, həmçinin «kamil birliyin bağı olan məhəbbəti» də təzahür etdirir (Koloslulara 3:12-14). Sizcə, çoxları burada yazılan kimi olmağa can atsaydı, dünya başqa cür olmazdımı?

Ancaq insanın yaxşıya doğru həmişəlik dəyişilməsi sizin üçün inanılmaz ola bilər. Gəlin bir həyati nümunəyə nəzər salaq. Martinb uşaqlarının gözü qarşında həmişə arvadının üstünə qışqırar, onu bərk döyərdi. Bir dəfə vəziyyət o dərəcədə pis oldu ki, uşaqlar kömək üçün qonşulara qaçası oldular. Bir neçə ildən sonra onlar Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə ailəvi olaraq öyrənməyə başladılar. Martin öyrəndi ki, necə insan olmalıdır və başqaları ilə necə rəftar etməlidir. O dəyişilə bildimi? Onun yoldaşı cavab verir: «Əvvəllər ərim özündən çıxanda tamamilə başqa adam olurdu. Buna görə də, uzun müddət ərzində evimiz döyüş meydanına bənzəyib. Martinə dəyişilməyə kömək etdiyi üçün Yehovaya minnətdarlığımı bildirməyə söz tapa bilmirəm. İndi o, qayğıkeş ata və çox yaxşı ərdir».

Bu olmuş hadisələrdən yalnız biridir. Bütün yer üzündə, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənən milyonlarla insan qəddarlığa son qoymuşdur. Bəli, dəyişilmək mümkündür.

Tezliklə qəddarlığa son qoyulacaq

Artıq göylərdə qurulmuş, mərhəmətli hökmdar İsa Məsihin başçılıq etdiyi Allahın Padşahlığı yaxın zamanda bütün yer üzünü idarə edəcək. O, artıq göyləri qəddarlığın mənbəyi olan Şeytandan və onun cinlərindən təmizləyib. Tezliklə Allahın Padşahlığı özünün yer üzündəki sülhsevər təbəələrinin bütün ehtiyaclarını ödəyəcəkdir (Məzmur 37:10, 11; Yeşaya 11:2-5). Yalnız bu Padşahlıq dünyanın problemlərini həll edəcək. Bəs o vaxtacan siz özünüz qəddarlığın qurbanı olsanız, onda necə?

İntiqam almağın heç bir faydası yoxdur, bu daha çox qəddarlıq doğuracaq. Müqəddəs Kitab bizi Yehovaya bel bağlamağa çağırır, O öz vaxtında ‘hər kəsə əməllərinə görə, işlərinin bəhrəsinə görə əvəz verəcək’ (Yeremya 17:10). («Qəddarlıqla üzləşəndə nə etməli?» adlı çərçivəyə baxın.) Bəlkə də siz cinayətin qurbanı olduğunuz üçün əziyyət çəkirsiniz (Vaiz 9:11). Ancaq Allah istənilən qəddarlığın nəticələrini, hətta ölümü belə aradan qaldıra bilər. Onun və’dinə əsasən, vəhşicəsinə qətlə yetirilənlər həyata qayıdacaqlar (Yəhya 5:28, 29).

Baxmayaraq ki, qəddarlığın qurbanı olmaq təhlükəsi hələ də qalmaqdadır, Allahla yaxın münasibətlər və Onun və’dlərinə möhkəm inam bizə təsəlli verə bilər. Məsələn, Sara iki oğlunu atasız boya-başa çatdırıb, onlara yaxşı təhsil vermişdi. Oğulları qoca yaşında onu atıb, nə maddi kömək göstərdilər, nə də xəstə vaxtında qayğısına qaldılar. Lakin hal-hazırda Yehovanın Şahidi olan Sara deyir: «Hərdən məni qəm-qüssə bürüyür, amma Yehova heç vaxt məni tərk etmir. Ruhani bacı-qardaşlarımın daima qayğıma qalmasında Onun köməyini görürəm. Mən əminəm ki, Allah tezliklə yalnız mənim yox, qüvvəsinə bel bağlayan və əmrlərinə riayət edən bütün insanların problemlərini həll edəcək».

Saranın haqqında danışdığı ruhani bacı-qardaşlar kimlərdir? Onlar Saranın həmimanlıları, Yehovanın Şahidləridir. Ümumdünya qardaşlığı təşkil edən bu mərhəmətli insanlar möhkəm inanırlar ki, tezliklə qəddarlığın sonu gələcək (1 Peter 2:17). Nə qəddarlığa görə əsas məs’uliyyəti daşıyan Şeytan İblis, nə də onun kimi davranan insanlar sağ qalacaqlar. Bir yazıçının «zalım era» adlandırdığı bu dövr keçmişdə qalacaq. Nə üçün Yehovanın Şahidləri ilə əlaqə saxlayaraq bu ümid haqqında daha çox öyrənməyəsiniz?

[Haşiyələr]

a Allahın xüsusiyyətlərini və şəxsiyyətini daha dərindən anlamaq üçün Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Yehovaya yaxınlaş» (rus.) kitabına baxın.

b Bə’zi adlar dəyişdirilib.

[6-cı səhifədəki çərçivə]

Qəddarlıqla üzləşəndə nə etməli?

Allahın Kəlamı qəddarlıqla üzləşəndə nə etməli olduğumuza dair məsləhətlər verir. Bu hikmətli kəlamları necə tətbiq edə biləcəyiniz üzərində düşünün:

«Demə “bu pisliyin əvəzini çıxacağam” Rəbbi gözlə, qoy O səni xilas etsin» (Süleymanın məsəlləri 20:22).

«Əgər görürsən ki... yoxsullara zülm edilir, ədalət və salehlik ayaq altında tapdalanır, gördüyünə təəccüb etmə. Çünki hər vəzifə sahibinə özündən yuxarıda bir nəzarətçi qoyulub» (Vaiz 5:8).

«Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar» (Matta 5:5).

«Buna görə, insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Matta 7:12).

«Heç kimə pislik əvəzinə pislik etməyin, lakin bütün insanların qarşısında yaxşı şeylərə diqqət yetirin. Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun. Ey sevimlilər, qisas almayın, ancaq Allahın qəzəbinə yol verin. Çünki yazılmışdır: “Rəbb deyir: Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”» (Romalılara 12:17-19).

«Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək... Söyülərkən, cavabında söymədi; əzab çəkərkən, təhdid etmədi, əksinə ədalətlə mühakimə Edənə Özünü təslim etdi» (1 Peter 2:21-23).

[7-ci səhifədəki şəkillər]

Yehova çoxlarına qəddarlıqdan əl çəkməyi öyrədib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş