Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/7 s. 21
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2007
  • Oxşar material
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2002
  • Nəyə görə Həvva ilə danışmaq üçün Şeytan ilandan istifadə etdi?
    Gözətçi qülləsi 2011
  • Sizə aidiyyəti olan qədim peyğəmbərlik
    Gözətçi qülləsi 2022
  • İnsan nə üçün ölür?
    Yer üzündəki həyata əbədiyyən sevin!
Gözətçi qülləsi 2007
w07 1/7 s. 21

Oxucuların sualları

Həvva ilə danışan ilanın ayaqları var idimi?

Yaradılış 3:14 ayəsinə əsasən, Yehova Allah Eden bağında Həvvanı aldadan ilana müraciət etmişdi. Allah demişdi: «Sən bunu etdiyin üçün bütün ev heyvanları və çöl heyvanları arasında lə’nət qazanırsan. Qarnın üstündə sürünəcəksən, bütün ömrün boyu torpaq yeyəcəksən». Müqəddəs Kitabda konkret olaraq deyilmir ki, Həvvanı yoldan çıxartmaq üçün istifadə olunan heyvanın əvvəlcə ayaqları var idi, sonra isə onları itirdi. Yaradılış 3:14 ayəsinin yazı üslubu bə’zilərində belə fikir yaratsa da, lə’nətlənməzdən əvvəl ilanların ayaqları olduğu qənaətinə gəlməyə əsas yoxdur. Nə üçün?

Əsas səbəb odur ki, əslində Yehova adi heyvandan pis niyyətlə istifadə edən ruhani varlıq — Şeytan haqqında hökm çıxarmışdı. Müqəddəs Kitabda Şeytan ‘yalanın atası’ və ‘köhnə ilan’ adlanır. Çox güman ki, bu ifadələrin hər ikisi Həvvanı Allahın əmrindən çıxmağa sövq etmək üçün Şeytanın həqiqi ilanın ağzı ilə danışmasına işarə edir (Yəhya 8:44; Vəhy 20:2).

İlanları Allah yaradıb. Görünür, Şeytanın hiyləsindən qabaq Adəm onlara da ad vermişdi. Həvva ilə danışan şüursuz heyvanı günahlandırmaq olmazdı. İlan nə Şeytanın ondan istifadə etdiyini, nə də Allahın üsyankarlara çıxardığı hökmləri başa düşürdü.

Bəs onda nə üçün Allah ilanın alçaldılması haqqında danışırdı. İlanın təbii mühitdə hərəkətləri, qarnının üstündə sürünməsi, sanki torpağı yalayırmış kimi dilini bayıra çıxarması Şeytanın alçaldılmış vəziyyətini çox münasib şəkildə təmsil edir. Əvvəllər Allahın mələkləri sırasında olmaq kimi yüksək mövqeyə malik olan Şeytan alçaldılaraq ruhani qaranlığa məhkum edildi (2 Peter 2:4).

Bundan başqa, necə ki ilan insanın dabanını çala bilər, eləcə də Şeytan alçaldılmış vəziyyətində Allahın ‘Zürriyyətini’ dabanından sancacaqdı (Yaradılış 3:15, KM). Həmin Zürriyyətin əsas hissəsi Şeytanın tərəfdarlarının əlindən müvəqqəti olaraq əziyyət çəkən İsa Məsih oldu. Ancaq Məsih və dirilmiş məsh olunmuşlar simvolik ilanın başını əvvəl-axır həmişəlik əzəcəklər (Romalılara 16:20). Beləliklə, Allahın həqiqi ilanı lə’nətləməsi gözəgörünməz ‘köhnə ilanın’ alçaldılmasını və məhv edilməsini çox gözəl təmsil edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş