Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/8 s. 8—12
  • İsa Allahın salehliyini ucaldır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Allahın salehliyini ucaldır
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Şeytan Allahın ədalət və salehliyini şübhə altına aldı
  • İsanın vəftizinin mənası
  • Ölənədək sadiqliyini qorudu
  • İsanın ölümü sayəsində nəyə nail olundu?
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab təlimləri
  • Allah bəşəriyyətin xilası üçün hansı tədbiri gördü?
    Əbədi həyata aparan bilik
Gözətçi qülləsi 2010
w10 15/8 s. 8—12

İsa Allahın salehliyini ucaldır

«Allah, Məsihi Öz qanına iman vasitəsilə günah əfv etdirən qurban təqdim etdi. Bu isə, Allahın ədalətini [«salehliyini», YD] göstərmək üçün idi» (ROM. 3:25).

1, 2. a) Müqəddəs Kitab bəşəriyyətin vəziyyəti ilə bağlı nə öyrədir? b) Bu məqalədə hansı suallar müzakirə olunacaq?

EDEN bağında qaldırılan və Müqəddəs Kitabda qələmə alınan üsyan hamıya yaxşı tanışdır. Növbəti ayədə izah olunduğu kimi, Adəmin günahının təsirini hər birimiz öz üzərimizdə hiss edirik: «Necə ki, günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir» (Rom. 5:12). Nə qədər doğru olanı etməyə çalışsaq da, səhvlərə yol veririk, buna görə də Allahın əfvinə ehtiyac duyuruq. Hətta həvari Pavel də təəssüflənərək deyirdi: «İstədiyim yaxşı şeyi etmirəm, lakin istəmədiyim pis işi görürəm. Nə zavallı adamam!» (Rom. 7:19, 24).

2 Bu məqalədə növbəti vacib sualları müzakirə edəcəyik: bütün insanlar günahlı olduğu halda, necə oldu ki, nazaretli İsa günahı miras almadı və o, nəyə görə vəftiz olundu? İsanın həyat tərzi Yehovanın salehliyini necə ucaldırdı? Ən vacibi isə, Məsihin ölümü sayəsində nələrə nail olundu?

Şeytan Allahın ədalət və salehliyini şübhə altına aldı

3. Şeytan Həvvanı yoldan necə çıxartdı?

3 Ulu valideynlərimiz Adəmlə Həvva ağılsızcasına Allahın ali hökmranlığını rədd etməklə «İblis və şeytan adlanan... qədim ilan»ın rəhbərliyini seçdilər (Vəhy 12:9). Gəlin bunun necə baş verdiyinə nəzər salaq. Şeytan Yehova Allahın salehliyini, yəni ədalətlə idarə etməsini şübhə altına aldı. O, Həvvadan soruşdu: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» Həvva Allahın verdiyi aydın göstərişi təkrarlayaraq dedi ki, yalnız bir ağaca toxunsalar, öləcəklər. Sonra da Şeytan Allahı yalançılıqda ittiham edib dedi: «Yox, əsla ölməzsiniz». O, yalanına davam edərək Həvvanı Allahın onlardan nə isə yaxşı bir şey gizlətdiyinə inandırdı, həmçinin bu meyvədən yeyərsə, seçim azadlığına sahib olaraq Allah kimi olacağını dedi (Yar. 3:1—5).

4. Necə oldu ki, bəşəriyyət Şeytanın hakimiyyəti altına düşdü?

4 Əslində, Şeytan demək istəyirdi ki, bəşəriyyət Allahdan asılı olmasa, daha xoşbəxt olar. Adəm Allahın ədalətli hakimiyyətini dəstəkləmək əvəzinə, arvadına qulaq asdı və ona qoşulub qadağan olunmuş meyvədən yedi. Bununla da Adəm Yehovanın gözündə kamilliyi itirdi və bizi günahın və ölümün köləliyinə sürüklədi. Eyni zamanda, bəşəriyyət «bu əsrin tanrısı» — Şeytan İblisin hakimiyyəti altına düşdü (2 Kor. 4:4; Rom. 7:14).

5. a) Yehova sözlərinin doğru olduğunu necə sübuta yetirdi? b) Allah Adəmlə Həvvanın nəslinə hansı ümidi verdi?

5 Öz sözünə sadiq qalaraq Yehova Adəmlə Həvvaya hökm çıxardı (Yar. 3:16—19). Lakin bu o demək deyil ki, Allahın niyyəti boşa çıxdı! Yehova Adəmlə Həvvaya hökm çıxararkən onların gələcək nəsli üçün ümid yeri qoydu: O, ‘övladın’ peyda olacağını və Şeytanın onun dabanından sancacağını bəyan etdi. Lakin vəd olunmuş Övladın dabanındakı yara sağalacaq və o, Şeytanın «başından vuracaq»dı (Yar. 3:15). Müqəddəs Kitab bu mövzuya aydınlıq gətirərək İsa Məsih haqqında növbəti sözləri deyir: «Allahın Oğlu... buna görə zühur etdi ki, iblisin əməllərini puç etsin» (1 Yəh. 3:8). Bəs İsanın həyat tərzi və ölümü Allahın salehliyini necə ucaldırdı?

İsanın vəftizinin mənası

6. Haradan bilirik ki, İsa Adəmin günahını miras almamışdı?

6 İsa böyüyüb yetkin insan olanda eynilə Adəm kimi kamil olmalı idi (Rom. 5:14; 1 Kor. 15:45). Bunun üçün o, dünyaya kamil insan kimi gəlməli idi. Bəs bu necə mümkün ola bilərdi? Cəbrayıl mələk bunu İsanın anası Məryəmə aydın surətdə izah etdi: «Müqəddəs Ruh sənin üzərinə gələcək və Haqq-Təalanın qüdrəti üstünə kölgə salacaqdır; buna görə də, səndən doğulacaq Müqəddəsə Allahın Oğlu deyiləcəkdir» (Luka 1:35). Ehtimal ki, İsa uşaq olanda Məryəm ona dünyaya gəlməsi ilə əlaqədar müəyyən məqamları açıqlamışdı. Buna görə də, anası Məryəmlə ögey atası Yusif onu Allahın məbədində tapanda İsa onlardan soruşdu: «Bilmirdinizmi ki, Mən Atamın evində olmalıyam?» (Luka 2:49). Buradan görünür ki, İsa uşaqlıqdan Allahın Oğlu olduğunu bilirdi. Buna görə də, Allahın salehliyini ucaltmaq onun üçün böyük məna kəsb edirdi.

7. İsanın malik olduğu ən dəyərli şeylər nə idi?

7 İsa müntəzəm olaraq ibadət görüşlərində iştirak etməklə ruhani şeylərə dərin maraq göstərirdi. Mükəmməl zəkaya sahib olan İsa, çox ehtimal ki, eşitdiklərini və İbranicə Müqəddəs Yazılardan oxuduqlarını əla mənimsəyirdi (Luka 4:16). O eləcə də başqa bir qiymətli şeyə — bəşəriyyət uğrunda qurban verəcəyi kamil insan bədəninə malik idi. Vəftiz olunan zaman İsa dua edir və ola bilsin, Məzmur 40:6—8 ayələrində yazılan peyğəmbərlik sözlərinin üzərində düşünürdü. (Luka 3:21; İbranilərə 10:5—10 ayələrini oxua.)

8. Nəyə görə Vəftizçi Yəhya İsanın vəftiz olunmasına maneə olmaq istəyirdi?

8 Vəftizçi Yəhya əvvəlcə İsanı vəftizdən çəkindirmək istəyirdi. Çünki Yəhya yəhudiləri Qanunu qarşı işlətdikləri günahlarından tövbə etmələrinin rəmzi olaraq vəftiz edirdi. Yəhya İsanın yaxın qohumu olduğu üçün, yəqin, onun günahsız olduğunu və tövbəyə ehtiyacı olamadığını bilirdi. İsa Yəhyanı əmin etdi ki, onun vəftiz olunması düzgündür. O izah etdi: «Beləcə saleh olan hər şeyi icra etmək bizə yaraşar» (Mat. 3:15).

9. İsanın vəftizi nəyin rəmzi idi?

9 Yəqin, İsa bilirdi ki, kamil olduğu üçün, Adəm kimi, onun da kamil övladları ola bilər. Lakin İsa heç vaxt belə bir şeyi arzulamırdı, çünki bu, Yehovanın onun üçün olan niyyətinə daxil deyildi. Allah İsanı yer üzünə vəd olunmuş Övlad, yəni Məsih rolunu icra etmək üçün göndərmişdi. İsa öz kamil insan həyatını qurban verməli idi. (Yeşaya 53:5, 6, 12 ayələrini oxu.) Əlbəttə, İsanın vəftizi bizim vəftizimizlə eyni məna daşımır. Bura Yehovaya həsr olunmaq daxil deyildi, çünki İsa Allaha həsr olunmuş İsrail xalqının üzvü idi. İsanın vəftizi özünü Allahın iradəsini yerinə yetirməyə təqdim etməyin rəmzi idi, yəni Müqəddəs Yazılarda deyildiyi kimi, o, Məsih üçün ayrılan rolu icra etməli idi.

10. Məsih üçün Allahın iradəsi nədən ibarət idi və İsa buna necə yanaşırdı?

10 Yehova istəyirdi ki, İsa Onun Padşahlığı haqqında xoş xəbəri insanlara təbliğ etsin, şagird hazırlasın və şagird hazırlamaq işini öz davamçılarına da öyrətsin. İsanın özünü təqdim etməsi, həmçinin Yehova Allahın ədalətli hökmranlığını dəstəkləyərək təqiblərə tab gətirməyə və amansızcasına öldürülməyə hazır olması demək idi. İsa səmavi Atasını çox sevdiyi üçün Allahın iradəsini yerinə yetirməkdən və öz bədənini qurban kimi təqdim etməkdən məmnunluq duyurdu (Yəh. 14:31). Eyni zamanda bizi günah və ölümün əsarətindən qurtarmaq üçün kamil həyatının dəyərini Allaha təqdim etmək imkanının olduğunu bilmək onun üçün çox xoş idi. İsanın bu böyük məsuliyyətləri icra etmək üçün özünü təqdim etməsi Allaha məqbul idimi? Əlbəttə!

11. Yehova İsanı vəd olunmuş Məsih kimi qəbul etdiyini necə göstərdi?

11 Müjdəni yazanların dördü də təsdiq edir ki, İsa İordan çayında vəftiz olunanda Yehova ondan məmnun olduğunu aydın surətdə ifadə etmişdi. Vəftizçi Yəhya deyir: «Ruhun göydən göyərçin kimi endiyini və Onun [İsanın] üzərinə qonduğunu gördüm... Mən də görüb: “Allahın Oğlu Budur”, — deyə şəhadət etdim» (Yəh. 1:32—34). Bundan əlavə, Yehova bəyan etdi: «Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam» (Mat. 3:17; Mark 1:11; Luka 3:22).

Ölənədək sadiqliyini qorudu

12. İsa vəftiz olunduqdan sonra üç il yarım ərzində nə etdi?

12 İsa həyatının növbəti üç il yarımını insanlara Atası və Onun ədalətli hökmranlığı haqqında öyrətməyə həsr etdi. Bu müddət ərzində o, Vəd edilmiş diyarı qarış-qarış gəzib-dolaşdı; bəzən yorulsa da, həqiqətə ətraflı şəhadətlik etməkdən onu heç nə çəkindirmirdi (Yəh. 4:6, 34; 18:37). İsa başqalarına Allahın Padşahlığı haqqında öyrədirdi. Möcüzəvi şəkildə xəstələri sağaltmaqla, ac izdihamı doyuzdurmaqla, hətta ölüləri diriltməklə İsa Padşahlığın gələcəkdə bəşəriyyət üçün nələr edəcəyini nümayiş etdirdi (Mat. 11:4, 5).

13. İsa dua ilə bağlı nə öyrədirdi?

13 İsa təlim və şəfa vermək bacarığı ilə qürrələnmək əvəzinə, Yehovanı izzətləndirməkdə gözəl təvazökarlıq nümunəsi qoydu (Yəh. 5:19; 11:41—44). O həmçinin hansı vacib şeylər barədə dua etməli olduğumuzu da göstərdi. Biz dualarımıza Yehova Allahın ‘adının müqəddəs tutulması’, o cümlədən «göydə olduğu kimi, yerdə də» iradəsinin olması üçün Onun ədalətli hökmranlığının Şeytanın pis rəhbərliyini əvəz etməsi barədə xahişləri də daxil etməliyik (Mat. 6:9, 10). Eləcə də İsa bizi dualarımıza uyğun davranaraq Allahın Padşahlığını və Onun salehliyini axtarmağa təşviq etdi (Mat. 6:33).

14. Kamil olmasına baxmayaraq, Allahın niyyətindəki rolunu icra etmək üçün nəyə görə İsadan səy tələb olunurdu?

14 Canını qurban verməyin vaxtı yaxınlaşdıqca İsa üzərinə düşən məsuliyyətin nə qədər ciddi olduğunu anlayırdı. Atasının niyyətinin həyata keçməsi və adının izzətlənməsi İsanın ədalətsiz məhkəməyə və amansız ölümə tab gətirməsindən asılı idi. Ölümünə beş gün qalmış İsa: «İndi canım çox sıxılır; və nə deyim? Ey Ata, Məni bu saatdan qurtarmı deyim? Elə bu saat üçün gəldim», — deyə dua edirdi. Bu təbii insani hisslərini ifadə etdikdən sonra o, diqqətini daha vacib şeyə yönəldərək davam etdi: «Ey Ata, adını izzətləndir!» Yehova da dərhal: «Həm izzətləndirdim, həm də izzətləndirəcəyəm», — deyə cavab verdi (Yəh. 12:27, 28). Bəli, İsa heç bir insanın qarşılaşmadığı ən ağır sınaqlarda belə nöqsansızlığını qorumağa hazır idi. Bundan əlavə, səmavi Atasının sözləri onu daha da əmin etdi ki, o, Yehovanın hökmranlığını ucaltmağa və ona bəraət qazandırmağa müvəffəq olacaq. O, həqiqətən də, buna nail oldu!

İsanın ölümü sayəsində nəyə nail olundu?

15. Ölümündən qabaq İsa nəyə görə: «Tamam oldu!» — deyə nida etdi?

15 İsa işgəncə dirəyində can verərək: «Tamam oldu!» — deyə nida etdi (Yəh. 19:30). O, vəftiz olunduqdan ölənə qədər, üç il yarım ərzində Allahın köməyilə, həqiqətən də, böyük işlər görməyə müvəffəq olmuşdu! İsanın ölümündən sonra güclü zəlzələ oldu. Onun edamında iştirak edən və ehtimal ki, Allahın Oğlu olduğunu iddia etdiyinə görə başqalarının ona rişxənd etdiyini görən Roma zabiti: «Doğrudan da Bu, Allahın Oğlu idi», — deyə etiraf etdi (Mat. 27:54). Çəkdiyi bütün iztirablara baxmayaraq, İsa nöqsansızlığını qorudu və Şeytanın əsil yalançı olduğunu sübut etdi. Şeytan Əyyubun günlərində Allahın hökmranlığının tərəfini tutan hər bir insan haqqında belə bir ittiham irəli sürmüşdü: «İnsan canına görə hər şeyini verər» (Əyy. 2:4). İsa sadiq qalmaqla göstərdi ki, Adəmlə Həvva qarşılaşdıqları asan sınaq altında sadiqliklərini qoruya bilərdilər. Ən vacibi isə, İsanın həyatı və ölümü Yehovanın ədalətli hökmranlığını ucaldaraq ona bəraət qazandırdı. (Süleymanın məsəlləri 27:11 ayəsini oxu.) Bəs İsanın ölümü sayəsində daha nələrə nail olundu?

16, 17. a) Məsihdən öncə yaşayan xidmətçilərini Yehova nəyin əsasında saleh sayırdı? b) Yehova sadiqliyinə görə İsanı necə mükafatlandırdı və Oğul hal-hazırda sadiq insanlar üçün nə edir?

16 İsadan öncə yer üzündə Yehovanın çoxlu sadiq xidmətçiləri yaşamışdır. Onlar Allahın gözündə saleh sayılır və dirilməyə ümid edirdilər (Yeşaya 25:8; Dan. 12:13). Bəs müqəddəs Allah — Yehova günahlı insanları nəyin əsasında xeyir-dualandırırdı? Müqəddəs Kitabda izah olunur: «Allah, Məsihi Öz qanına iman vasitəsilə günah əfv etdirən qurban təqdim etdi. Bu isə, Allahın ədalətini göstərmək üçün idi. Çünki Allah səbirli olaraq, əvvəlcə işlədilən günahlara diqqət yetirməmişdi ki, indiki zamanda Öz ədalətini izhar etsin ki, Özü adil olsun və İsaya iman edənə bəraət versin» (Rom. 3:25, 26)b.

17 Yehova İsanı dirildərək yer üzünə gəlməzdən öncə sahib olduğundan üstün mövqe verməklə onu mükafatlandırdı. Hal-hazırda İsa izzətli ölməz ruhani varlıqdır (İbr. 1:3). Baş kahin və Padşah olan Ağamız İsa Məsih davamçılarına Allahın salehliyini ucaltmaqda kömək edir. Biz səmavi Atamız Yehovaya çox minnətdarıq ki, Oğulu təqlid edərək Onun salehliyini ucaldan və sədaqətlə xidmət edənləri mükafatlandırır. (Məzmur 34:3; İbranilərə 11:6 ayələrini oxu.)

18. Növbəti məqalədə söhbət nədən gedəcək?

18 Habilin günlərindən ta bu günə qədər sadiq insanlar Yehovanın vəd etdiyi Övlada iman edib onun gələcəyinə əmin olduqları üçün Allahla sıx münasibətlərə malik idilər. Yehova Oğlunun sonadək sadiq qalacağını və öz ölümü ilə «dünyanın günahını» tamamilə aradan qaldıracağını bilirdi (Yəh. 1:29). İsanın ölümü insanlara bu gün də fayda gətirir (Rom. 3:26). Bəs İsanın fidyə qurbanlığı sənə hansı xeyir-duaları gətirə bilər? Bu sual növbəti məqalədə araşdırılacaq.

[Haşiyələr]

a Həvari Pavelin burada yunanca Septuaqintaya əsasən sitat gətirdiyi Məzmur 40:6—8 ayələrində «Mənə bədən hazırladın» ifadəsi işlənir. Qədim İbranicə Müqəddəs Yazıların hal-hazırda mövcud olan əlyazmalarında bu ifadəyə rast gəlinmir.

b 6 və 7-ci səhifələrdəki «Oxucuların sualları»na baxın.

Necə cavab verərdiniz?

• Şeytan Allahın salehliyini necə şübhə altına aldı?

• İsanın vəftizi nəyi təmsil edirdi?

• İsanın ölümü sayəsində nələrə nail olundu?

[9-cu səhifədəki şəkil]

İsanın vəftizinin nəyi təmsil etdiyini bilirsinizmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş