Xidməti görüşlərin cədvəli
Fevralın 10-dan başlanan həftə
Mahnı 4.
10 dəq. Yerli e’lanlar. “Bizim Padşahlıq Xidmətimiz”dən seçilmiş e’lanlar. Fevralın 24-dən başlanan həftədə xidməti görüşdə müzakirə etmək üçün hamını, “Sınaqlar zamanı sadiq qalanlar. Yehovanın Şahidləri Sovet İttifaqında” filminə baxmağa təşviq et.
35 dəq. “Təbliğ edib şahidlik edin”a. Xidməti nəzarətçinin nitqi. İmkanı yol verən hər bir kəsi mart və aprel aylarında köməkçi pioner kimi xidmət etməyə təşviq et. Keçən il Xatirə Gecəsi ərəfəsində köməkçi pioner kimi xidmət edənlərdən öz fikirlərini söyləmələrini xahiş et. Onlar öz xidmətlərini necə təşkil edirdilər? Hansı sə’yləri göstərməli və hansı addımları atmalı olmuşlar? Onlar hansı sevinc və xeyir-dualara nail olmuşlar? 4-cü səhifədəki qrafiki nəzərdən keçir. Xatırlat ki, köməkçi pioner kimi xidmət etmək istəyənlər görüşdən sonra ərizə ala bilərlər.
Mahnı 30 və yekun dua.
Fevralın 17-dən başlanan həftə
Mahnı 48.
10 dəq. Yerli e’lanlar. Maliyyə hesabatı. Mart ayında təklif olunacaq ədəbiyyatı e’lan et. “Bizim Padşahlıq Xidmətimiz”in 2002-ci il yanvar sayının əlavə vərəqəsindən istifadə edərək, “Bilik” kitabı üçün məsləhət görülən bir-iki təqdimə söylə. Vurğula ki, məqsədimiz — Müqəddəs Kitab öyrənməsi başlamaqdır.
15 dəq. “Öz evini təqdim edə bilərsənmi?” Kitaböyrənmə nəzarətçisinin nitqi. 2001-ci ilin aprel ayında dərc olunan “Suallar qutusu”ndan (rus.) götürülmüş fikirləri daxil et. Hal-hazırda yığıncağın nəzdində olan kitaböyrənmələrin və bütün kitaböyrənmələrdə orta hesabla iştirak edənlərin sayını bildir. Bir-iki təbliğçidən xahiş et ki, evlərində kitaböyrənmə keçirilməsinin onlara və ya ailə üzvlərinə gətirdiyi fayda haqqında danışsınlar. Qoy öz evlərini görüşlər üçün təqdim etmək istəyənlər bu barədə sədrlik edən nəzarətçiyə bildirsinlər.
20 dəq. “Sən nəyə üstünlük verirsən?”b. Əvvəlcədən bir və ya iki təbliğçidən xahiş et ki, xidmətdə daha artıq fəaliyyət göstərməyə necə nail olduqları barədə danışsınlar.
Mahnı 57 və yekun dua.
Fevralın 24-dən başlanan həftə
Mahnı 74.
10 dəq. Yerli e’lanlar. Təbliğçilərə fevral ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat. 8-ci səhifədə verilən məsləhətdən istifadə edərək səhnəcik hazırla. Bu səhnəcikdə “Gözətçi Qülləsi”nin 1 mart sayını təqdim etməyin üsulu göstərilir.
10 dəq. “Vaxtında göstərilən kömək”. Ağsaqqalın nitqi. Qeyd et ki, qeyri-fəal olanlara yardım proqramı, Yehovanın öz xalqı üçün göstərdiyi qayğının təzahürüdür.
25 dəq. “Maarifləndirən və ruhlandıran film!” Dərc olunmuş sualların köməyi ilə “Sınaqlar zamanı sadiq qalanlar” filminin müzakirəsinə başla. Vaxtı dəqiq bölüşdür ki, sonuncu suala bir neçə təbliğçinin cavab vermək imkanı olsun.
Mahnı 56 və yekun dua.
Martın 3-dən başlanan həftə
Mahnı 14.
10 dəq. Yerli e’lanlar. “Padşahlıq Zallarındakı kitabxanalara dair yenilik” məqaləsini qısaca olaraq nəzərdən keçir. Sizin Padşahlıq Zalınızda kitabxanaçı kimi xidmət edəcək qardaşın adını e’lan et.
15 dəq. Yerli tələbatlar.
20 dəq. “Sonun yaxınlaşdığı vaxtda ağıllı olaq”c. 3 və 4-cü abzasları müzakirə edərkən, təbliğçilərə, hal-hazırda nail olmaq istədikləri ruhani məqsədlər barədə danışmağı təklif et.
Mahnı 127 və yekun dua.
[Haşiyələr]
a Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.
b Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.
c Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.