Xidməti görüşlərin cədvəli
İyunun 14-dən başlanan həftə
Mahnı 168.
10 dəq. Yerli e’lanlar. “Bizim Padşahlıq Xidmətimiz”dən seçilmiş e’lanlar. 4-cü səhifədə verilən təqdimə sizin yığıncağın sahəsinə münasibdirsə, onun əsasında səhnəcik hazırla. Bu səhnəcikdə “Gözətçi Qülləsi”nin 1 iyul sayını təqdim etməyin üsulu göstərilir. Səhnəcikdə təbliğçinin işgüzar sahədə necə təbliğ etdiyini göstər. Digər real səhnəciklər də hazırlamaq olar.
20 dəq. “Yehova Ona güvənən kəslərə yardım edir”a. 4-cü abzası müzakirə edərkən “Bizim Padşahlıq Xidmətimiz”in (rus.) 1999-cu il dekabr sayının 4-cü səhifəsindəki 8-ci və 9-cu abzaslarda və “Xidmət Məktəbi” kitabının (rus.) 67-ci səhifəsindəki 2-ci abzasda olan fikirləri daxil et.
15 dəq. Narkotikdən nəyə görə imtina etmək lazımdır? Dinləyicilərlə “Gənclərin sualları” kitabının (rus.) 272-278-ci səhifələrinin əsasında müzakirə. Çox vaxt narkotikdən “həzz almaq” üçün istifadə edirlər. Çoxları iddia edir ki, narkotikdən bu cür istifadə heç də zərər gətirmir; bə’ziləri, hətta narkotiklərin qanuniləşdirilməsi üçün çıxış edirlər. Bu cür insanlarla necə mülahizə yürütmək lazım gəldiyini müzakirə et. 8 noyabr 1999-cu il tarixli “Oyanın!” jurnalının (rus.) 10-cu səhifəsində yerləşən çərçivədəki fikirləri daxil et.
Mahnı 179 və yekun dua.
İyunun 21-dən başlanan həftə
Mahnı 29.
10 dəq. Yerli e’lanlar.
15 dəq. “Mələklər bizə kömək edir”b. Əgər vaxt yol verirsə, iştirak edənlərə gətirilmiş Müqəddəs Kitab ayələrinə dair şərh verməyi təklif et.
20 dəq. Yuxarıdan nazil olan hikmət dərrakəlidir (Yaq. 3:17, YD). “Xidmət Məktəbi” kitabının (rus.) 251-ci və 252-ci səhifələrinə əsaslanan mə’ruzə və dinləyicilərlə müzakirə. Dərrakəli olmaq nə deməkdir? Xidmətimiz üçün nəyə görə vacibdir? Həvari Pavelin nümunəsindən biz nə öyrənə bilərik? Sahədə yaşayan insanların hansı mühit və mədəniyyətə aid olduqlarını təbliğçi necə nəzərə ala bilər? Müqəddəs Kitabı öyrənən insanın dərrakəli olmasına necə kömək edə bilərik? Əvvəlcədən bir-iki təbliğçidən xahiş et ki, məsələyə dərrakə ilə yanaşmanın gətirdiyi faydanı göstərən bir neçə hadisə danışsınlar.
Mahnı 53 və yekun dua.
İyunun 28-dən başlanan həftə
Mahnı 139.
12 dəq. Yerli e’lanlar. Maliyyə hesabatı. Təbliğçilərə iyun ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat. 4-cü səhifədə verilən məsləhətdən istifadə edərək səhnəcik hazırla. Qoy səhnəcikdə təbliğçi təbliğ edəcəyi adamı qısaca olaraq və mehribanlıqla salamlasın. Qeyd et ki, bu, həmsöhbətimizi cəlb etməyə kömək edir.
15 dəq. Yerli tələbatlar.
18 dəq. “Yığıncağın kitaböyrənməsinə nə üçün ehtiyac duyuruq”c. Çap edilmiş sualları ver. “Bizim Padşahlıq Xidmətimiz”in 2002-ci il noyabr sayının 1-ci səhifəsində dərc edilən “Üzvü olduğun kitaböyrənmənin nəzarətçisi ilə əməkdaşlıq et” məqaləsindən olan fikirləri daxil et.
Mahnı 20 və yekun dua.
İyulun 5-dən başlanan həftə
Mahnı 3.
10 dəq. Yerli e’lanlar.
15 dəq. Broşüraları necə təklif edəcəksən? Mə’ruzə və dinləyicilərlə müzakirə. Biz iyul və avqust aylarında broşüraları paylayacağıq. Təbliğçilərin fikrincə, sizin sahənizdə hansı broşüralar daha faydalıdır. “Bizim Padşahlıq Xidmətimiz”in (rus.) 1998-ci il iyul saylı buraxılışının 8-ci səhifəsində dərc edilmiş, yaxud digər köhnə buraxılışlardan bə’zi təqdimələri nəzərdən keçir. Diqqət yetir ki, hər bir təqdimə özünə 1) sual, 2) Müqəddəs Kitab ayəsi və 3) nəşrdən hansısa bir fikri daxil etməlidir. Bir-iki təqdimə hazırla. Hamını xidmətdə Müqəddəs Kitabdan istifadə etməyə təşviq et.
20 dəq. Uşağına həqiqəti aşıla. “Ailə xoşbəxtliyinin sirri” kitabının 55-59-cu səhifələrinə əsaslanan mə’ruzə və dinləyicilərlə müzakirə. Uşaqlara, Müqəddəs Kitabın hansı prinsiplərinin həqiqi ibadətin əsasını təşkil etdiyini və valideynlərin uşaqların tərbiyə prosesində hansı vacib rolu oynadıqlarını başa düşmək vacibdir. Valideynlərin uşaqlara nümunə, dost olmasının, onlarla ünsiyyət etməsinin və onları öyrətməsinin nəyə görə vacib olduğunu müzakirə et. Bir-iki valideyndən bu məsləhətləri necə tətbiq etdikləri barədə danışmalarını xahiş et.
Mahnı 65 və yekun dua.
[Haşiyələr]
a Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.
b Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.
c Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.