«Hər cür adam»a təbliğ et
1. Xidmətdə səmərəli olan təbliğçi ilə məharətli sənətkar arasında hansı oxşarlıq var?
1 Mahir sənətkarın çoxlu alətləri olur və onların hər birindən nə vaxt və necə istifadə etməli olduğunu yaxşı bilir. Eynilə, bizim də təbliğ işini tam yerinə yetirə bilməyimiz üçün müxtəlif alətlərimiz var. Məsələn, çoxlu sayda çap olunan müxtəlif nəşrlər bizə «hər cür adam»a təbliğ etməyə kömək edir (1 Kor. 9:22). Əlavə vərəqədə bəzi broşüraların siyahısı gətirilir, onların kimin üçün nəzərdə tutulduğu izah olunur və həmin broşüraları xidmətdə istifadə etmək üçün təqdimələr gətirilir.
2. Xidmətdə broşüra vermək nə zaman münasibdir?
2 Broşüralardan nə zaman istifadə etməli? Adətən, sənətkar istənilən alətdən ona lazım olanda istifadə edir. Bunun kimi, biz də broşüraları təkcə «Bizim Padşahlıq Xidmətimiz» vərəqələrində göstərilən ayda yox, kiməsə fayda gətirəcəyini düşündüyümüz vaxtlarda da təklif edə bilərik. Məsələn, əgər həmin ay öyrənmə üçün nəzərdə tutulan kitab təqdim olunursa və biz insanların Müqəddəs Kitaba az maraq göstərdiyi ərazidə təbliğ ediriksə, bu zaman münasib broşüra təklif etmək, insanın marağını artırdıqdan sonra isə həmin kitaba keçmək yaxşı olardı.
3. Nəyə görə təbliğ alətlərimizdən məharətlə istifadə etməyi öyrənməliyik?
3 Müqəddəs Yazılar işində mahir olan adamın tərifəlayiq olduğunu deyir (Sül. məs. 22:29). Əlbəttə, bu gün Allahın xoş xəbəri ilə bağlı müqəddəs iş qədər vacib iş yoxdur (Rom. 15:16). Buna görə də, biz «alnıaçıq bir işçi» olmaq üçün əlimizdəki alətlərdən məharətlə istifadə etməyə çalışmalıyıq (2 Tim. 2:15).