Maraqlanan insana jurnalların köhnə buraxılışlarını və ya istənilən broşüranı təklif et
Bu ay ərzində Müqəddəs Kitabı öyrənmək üçün nəzərdə tutulmuş vəsaiti təklif edəcək və ilk başçəkmədən öyrənmə başlamağa çalışacağıq, ev sahibində həmin kitabın olmasından və öyrənmək istəyib-istəməməsindən asılı olmayaraq, biz ona jurnalların köhnə buraxılışlarını və ya hər hansı broşüranı təklif etməyə təşviq olunuruq. Nəyə görə?
Broşüralarda və jurnalların köhnə nəşrlərində müxtəlif aktual mövzular müzakirə olunur. Bilmək olmaz, bəlkə, onlardan hansısa ev sahibinin ürəyinə təsir etdi. Buna görə də, xidmətə hazırlaşanda çantana bir neçə broşüra və jurnal qoy. Əgər özündə yoxdursa, yığıncaqdan götürə bilərsən. Ev sahibində Müqəddəs Kitab öyrənmək üçün nəzərdə tutulmuş kitab varsa və o, öyrənmək istəmirsə, sən ona üstündə olan jurnallardan və broşüralardan bir neçəsini göstərə və onu maraqlandıranı götürməyi təklif edə bilərsən. Sonra onun marağını artırmaq üçün təkrar baş çək. Bəlkə, nəticədə o, Müqəddəs Kitabı öyrənməyə razı olacaq.