Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/12 s. 2—3
  • İnsanlara Allaha qulaq asmağa kömək edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnsanlara Allaha qulaq asmağa kömək edin
  • Müqəddəs ibadətimiz 2012
  • Oxşar material
  • «İlahi müjdə» broşüründən necə istifadə etməliyik?
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • «İlahi müjdə» broşürasından necə istifadə etmək olar?
    Müqəddəs ibadətimiz 2013
  • «Hər cür adam»a təbliğ et
    Müqəddəs ibadətimiz 2012
  • Bu broşüralardan istifadə etmisənmi?
    Müqəddəs ibadətimiz 2012
Əlavə
Müqəddəs ibadətimiz 2012
km 7/12 s. 2—3

İnsanlara Allaha qulaq asmağa kömək edin

1. «Qoy Allahın Padşahlığı gəlsin!» vilayət konqresində hansı broşüralar işıq üzü gördü və onları faydalı vəsait edən nədir?

1 «Qoy Allahın Padşahlığı gəlsin!» vilayət konqresində «Allahın sözünə qulaq as və əbədiyyən yaşa», eləcə də onun sadələşdirilmiş forması olan «Allahın sözünə qulaq as» adlanan iki broşüra işıq üzü gördü. Bu broşüraların mətni az olduğu üçün onları asanlıqla və tez tərcümə etmək olar. Həmin vaxt «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşürasının tərcüməsinə 431 dildə icazə verilmişdi.

2. Bu broşüralar kimlər üçün yararlı olacaq?

2 Bu broşüralar xüsusilə kimlər üçün yararlı olacaq? Təbliğ zamanı bütün dünyada tez-tez yaranan növbəti vəziyyətlərə diqqət yetirin:

• Təbliğçi ilk və ya təkrar başçəkmə zamanı görür ki, ev sahibi oxuya bilmir və ya oxuma qabiliyyəti zəifdir.

• Təbliğçi nəşrlərimizin az və ya ümumiyyətlə tərcümə olunmadığı dildə danışan insanlara təbliğ edir. Yaxud da həmin ərazidə yaşayan insanların əksəriyyəti səlis danışdığı dildə oxumağı bacarmır.

• Təbliğçi lal-kar insanlara jest dilində şahidlik verir.

• Valideyn hələ oxumağı bacarmayan balaca uşağına həqiqəti öyrətmək istəyir.

3. «Allahın sözünə qulaq as» broşürası necə tərtib olunub?

3 Broşüraların tərtibatı. «Allahın sözünə qulaq as» broşürasının mətni çox azdır. Demək olar ki, hər səhifənin aşağı hissəsində əsas fikirləri vurğulayan sadə cümlə və bir Müqəddəs Kitab ayəsi gətirilib. Nəyə görə? Təsəvvür edin ki, sizə bilmədiyiniz dildə və ya əlifbada yazılan broşüra təklif edirlər. Gözəl şəkilləri olmasına baxmayaraq, o, sizin üçün maraqlı olacaq? Çox güman ki, yox. Eynilə, oxumağı bacarmayan insanlar mətni olan nəşrləri görəndə özlərini narahat hiss edirlər. Bu səbəbdən hər səhifədə insanın nəzərinə ilk öncə diqqətlə hazırlanmış şəkillər çarpır və hər şəkildə növbəti şəkilə yönəldən ox işarəsi var.

4. «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşürası necə tərtib olunub?

4 «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşürasındakı şəkillər «Allahın sözünə qulaq as» broşürasındakı şəkillərlə eynidir. Bu broşüra pis oxuyan və ya oxumağı təzə-təzə öyrənən insanlar üçün nəzərdə tutulub. «Allahın sözünə qulaq as» broşürasının köməyilə başqasına dərs keçən təbliğçi «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşürasından müəllim vəsaiti kimi istifadə edə bilər. İki səhifə bir dərsdir və yuxarıdakı sol küncdə cavabı həmin səhifələrdə verilən sual yerləşir. Şəkillər ayə və şərhlərlə müşayiət olunur. Əksər dərslərin sonunda əlavə fikir və Müqəddəs Kitab ayələrinin yerləşdiyi çərçivə var. Həmin fikir və sualları şagirdin bacarıqları nəzərə alınaraq müzakirə oluna bilər.

5. Biz bu broşüraları nə zaman və necə təklif edə bilərik?

5 İstifadə qaydaları. Siz bu broşüraları münasib sandığınız hallarda, hətta onlar həmin ayda paylanan ədəbiyyatlar siyahısında olmayanda belə evdən-evə təbliğ edərkən təklif edə bilərsiniz. («Onları necə təklif etmək olar?» çərçivəsinə baxın.) Həmin broşüranı təqdim etmək üçün təkrar başçəkmə zamanı maraqlanan insana deyə bilərsiniz ki, sizdə onun üçün maraqlı ola biləcək məlumat var, sonra da broşüranı ona vermək olar.

6. Biz bu iki broşüranın köməyilə insanlara Müqəddəs Kitabı necə öyrədəcəyik?

6 «Allahın sözünə qulaq as» broşürasında çap olunmuş suallar olmadığı üçün müzakirə «Müqəddəs Kitab öyrədir» kitabının öyrənilməsi kimi sual-cavab şəklində olmayacaq. Hər mədəniyyətdə insanlar hekayələrə qulaq asmağı xoşlayırlar. Buna görə də broşüradakı şəkillərin köməyilə Müqəddəs Kitab hekayələrini danış. Şəkildə təsvir olunan hadisələri izah et. Bunu şövqlə et. Həmsöhbətindən öz fikirlərini və gördüklərini danışmağı xahiş et. Səhifələrin sonundakı ayələri oxu və onların əsasında mülahizə yürüt. Həmsöhbətini söhbətə cəlb etmək üçün suallar ver və ona materialı anlamağa kömək et. Əgər o, «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşürasından istifadə edirsə, şəkilləri müzakirə edərkən şərhləri və ayələri birgə oxuyun.

7. Müqəddəs Kitabı öyrətdiyimiz insanlara ruhən inkişaf etməyə necə kömək edə bilərik?

7 Müqəddəs Kitabı öyrənənlərə ruhən inkişaf etməyə kömək et. Ümidvarıq ki, müzakirə həmsöhbətinizi oxumağı öyrənməyə təşviq edəcək və o, sərbəst şəkildə Yehova haqqında özü bilik əldə etməyə davam edəcək (Mat. 5:3; Yəh. 17:3). Buna görə də əgər siz müzakirələrinizi «Allahın sözünə qulaq as» broşürası əsasında edirsinizsə, münasib vaxtda ona yazıb-oxumağı öyrətməyi təklif edə bilərsiniz və sonra «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşürasına keçmək olar. Hansı broşüradan istifadə etməyinizdən asılı olmayaraq, onu keçib qurtarandan sonra şagird hələ vəftizə hazır deyil. Şagirdin daha ətraflı Müqəddəs Kitab biliklərinə yiyələnməsi üçün ona «Müqəddəs Kitab öyrədir» kitabından və ya bu kimi digər münasib vəsaitdən keçmək lazımdır.

8. Nəyə görə biz yeni vəsaitlərə görə minnətdarıq?

8 İnsanlar əbədi yaşamaq üçün Kainatın Ali Hökmdarına qulaq asmalıdırlar (Yeşaya 55:3). Yehovanın iradəsi odur ki, oxumağı bacarmayan insanlar da daxil olmaqla, «hər cür insan» Ona qulaq asmağı öyrənsin (1 Tim. 2:3, 4). Biz necə də minnətdarıq ki, əlimizdə insanlara Allaha qulaq asmağı öyrətməyə kömək edən belə gözəl vəsaitlər var!

[3–cü səhifədəki çərçivə]

Onları necə təklif etmək olar?

Ev sahibinə 2 və 3-cü səhifələri göstərin və soruşun: «Siz belə dünyada yaşamaq istərdinizmi? [Cavab verməsinə izin verin.] Müqəddəs Yazılarda [və ya bu müqəddəs kitabda] vəd olunur ki, Allah tezliklə Yer kürəsinin heç kəsin xəstəlikdən və ya kasıbçılıqdan əziyyət çəkmədiyi gözəl və sakit bir yerə çevirəcək. Görün orada yaşamaq üçün bizdən nə tələb olunur. [3-cü səhifənin yuxarı başında sitat gətirilən Yeşaya 55:3 ayəsini oxuyun.] Bu ayə bizi Allahın yanına gəlib Ona qulaq asmağa təşviq edir. Bəs biz Allaha necə qulaq asa bilərik?» 4 və 5-ci səhifələri açın və cavabı onunla birgə müzakirə edin. Əgər onun vaxtı yoxdursa, broşüranı ona verin və növbəti dəfə gəlib sualı müzakirə etmək üçün vaxt təyin edin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş