Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb24 sentyabr s. 14—15
  • 28 oktyabr — 3 noyabr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 28 oktyabr — 3 noyabr
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
mwb24 sentyabr s. 14—15

28 OKTYABR — 3 NOYABR

ZƏBUR 103, 104

Nəğmə 30 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. «Torpaq olduğumuzu unutmur»

(10 dəq.)

Yehova şəfqətdən irəli gələrək bizə güzəştə gedir (Zb 103:8; w23.07 s. 21, abz. 5)

Biz səhvlər edəndə üstümüzdən xətt çəkmir (Zb 103:9, 10; w23.09 s. 6—7, abz. 16—18)

Gücümüz çatandan artığını gözləmir (Zb 103:14; w23.05 s. 26, abz. 2)

Qadın hisslərini bölüşür, əri isə diqqətlə ona qulaq asır.

DÜŞÜNÜN: «Həyat yoldaşımla münasibətdə Yehovadan örnək alaraq anlayışla davranıram?»

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 104:24. Bu ayə Yehovanın cürbəcür və möhtəşəm şeylər yaratmağa qadir olduğu barədə bizə nə deyir? (cl-E s. 55, abz. 18)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 104:1—24 (th dərs 11)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) İCTİMAİ ŞAHİDLİK. (lmd dərs 3, bənd 4)

5. Təkrar söhbət

(4 dəq.) EV-EV TƏBLİĞ. Müqəddəs Kitab dərsi keçməyə razılaşan biri ilə «Müqəddəs Kitab dərsi ilə tanışlıq» adlı videonu müzakirə et (th dərs 9).

6. Nitq

(5 dəq.) lmd əlavə 1, bənd 6. Mövzu: Ər «arvadını özünü sevdiyi kimi» sevməlidir (th dərs 1).

MƏSİHİ HƏYATI

Nəğmə 44

7. Məhdudiyyətlərinizi bilirsiniz?

(15 dəq.). Müzakirə.

Yehova üçün əlimizdən gələn hər şeyi edəndə həm Onun könlünü şad edirik, həm də özümüz sevinirik (Zb 73:28). Lakin məhdudiyyətlərimizi nəzərə almadan daha çox şey etməyə çalışsaq, yersiz narahatlıq və məyusluq keçirə bilərik.

«Real məqsədlər qoyaraq daha çox şey edə bilərik» adlı videodakı gənc bacı.

«Real məqsədlər qoyaraq daha çox şey edə bilərik» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Yehova bizdən nə gözləyir? (Mi 6:8)

  • «Real məqsədlər qoyaraq daha çox şey edə bilərik» adlı videodan bir fraqment. Gənc bacı rəfiqəsi ilə birlikdə kafedə oturub Müqəddəs Kitab şagirdi ilə söhbət edir.
  • Məqsədinə çatmağa çalışan bir bacı narahatlığını nəyin sayəsində azalda bildi?

MƏHDUDİYYƏTLƏRİMİZİ NECƏ MÜƏYYƏN EDƏ BİLƏRİK?

  • Özünüzü başqaları ilə müqayisə etməyin (Qt 6:4). Düşüncə və davranışınızı başqalarının idarə etməsinə yol verməyin. Bəlkə də, siz həmyaşıdınızdan, yaxud ailə vəziyyəti sizinki ilə oxşar olan insandan daha çoxunu və ya daha azını etməyə qadirsiniz.

  • Rahatlığınızı pozmaqdan qorxmayın, yeniliklərə açıq olun (Rm 12:1; 1Kr 7:31). İlk baxışdan sizə çətin görünən və ya sevinc duymayacağınızı düşündüyünüz xidmət növündə iştirak etməkdən qorxmayın (Ml 3:10).

  • Kiçik məqsədlər qoyaraq məhdudiyyətlərinizi müəyyən edin. Məsələn, öncüllük edə bilərsiniz? Niyə də bir neçə ay ərzində xidmətə daha çox vaxt sərf etməyi və ya köməkçi öncül kimi xidmət etməyi sınaqdan keçirməyəsiniz? Bəs bir il öncül kimi xidmət edə bilərsiniz? Hətta görsəniz ki, öncüllük edə bilmirsiniz və ya cəmi bir il öncüllük edə bilirsiniz, əmin olun ki, peşman olmayacaqsınız. Çünki kiçik məqsədlərinizə çatmış olacaqsınız (Vz 6:9).

  • Uyğunlaşmağa hazır olun. Vəziyyətimiz və məhdudiyyətlərimiz dəyişir. Odur ki, məqsədlərinizi vaxtaşırı gözdən keçirin.

8. Müqəddəs Kitab dərsi

(30 dəq.) bt fəs. 17, abz. 8—12, s. 137, çər.

Yekun sözlər (3 dəq.) | Nəğmə 55 və dua

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş