MÜTALİƏ ÜÇÜN TÖVSİYƏ
Mütaliə zamanı öyrəndiklərinizi başqaları ilə bölüşün
Mütaliə bizə təravət verir. Tapdığımız dəyərli inciləri başqaları ilə bölüşəndə isə daha çox təravət taparıq. Bu proses Məsəllər 11:25 ayəsində məcazi dillə belə təsvir olunub: «Su verənə su verilər».
Tapdığımız maraqlı fikirləri kiməsə danışanda onları daha yaxşı dərk edirik və yadda saxlaya bilirik. Həmçinin bu fikirlər başqalarına da fayda gətirdiyi üçün onları bölüşməkdən sevinc duyuruq (Həv. 20:35).
Məsləhət. Növbəti həftə öyrəndiklərinizi kiminləsə bölüşməyə fürsət axtarın. Bunları ailə üzvünüzə, yığıncaqdan kiməsə, iş və ya sinif yoldaşınıza, qonşunuza, yaxud təbliğdə rast gəldiyiniz insana deyə bilərsiniz. Çalışın, məlumatı öz sözlərinizlə, sadə və aydın şəkildə çatdırasınız.
Unutmayın. Öyrəndiklərinizi insanlarda təəssürat yaratmaq üçün yox, onları ruhlandırmaq üçün bölüşün (1 Kor. 8:1).