Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wt fəs. 3 s. 23—31
  • Allahın Kəlamından möhkəm yapışın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Kəlamından möhkəm yapışın
  • Vahid həqiqi Allaha ibadət edin
  • Başlıqlar
  • Oxşar material
  • İnsanlara Müqəddəs Kitabı anlamağa və dəyərləndirməyə kömək edin
  • Müqəddəs Kitabı oxumaq vacibdir
  • Müqəddəs Kitabı oxumaqda məqsədimiz
  • Müqəddəs Kitabı oxumaq faydalı və xoşdur
    Gözətçi qülləsi 2000
  • Oxumaqla məşğul ol
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Allahın Kəlamından zövq al
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Müqəddəs Kitabı oxumaqdan zövq alın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Vahid həqiqi Allaha ibadət edin
wt fəs. 3 s. 23—31

Fəsil 3

Allahın Kəlamından möhkəm yapışın

1. a) Qədimdə israillilər Allahın sözlərinin doğruluğuna necə əmin oldular? b) Bunun bizə hansı aidiyyəti var?

«BÜTÜN qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi» (Yeşua 23:14-16). Yeşua bu sözləri, israillilər vəd edilmiş diyarda məskunlaşdıqdan sonra xalqın ağsaqqallarına demişdi. Bəli, Yehovanın bütün vədləri dəqiqliklə yerinə yetmişdi. Müqəddəs Kitabdakı bu və digər hadisələr «ümidimiz olsun» deyə, bizim üçün qorunub saxlanılmışdır (Romalılara 15:4).

2. a) Müqəddəs Kitab hansı mənada ‘Allahdan ilham almışdır’? b) Müqəddəs Kitabın Allahdan ilham aldığını bilmək üzərimizə hansı məsuliyyəti qoyur?

2 Müqəddəs Kitabın yazılmasında təxminən 40 adam iştirak etmişdir. Buna baxmayaraq, onun Müəllifi Yehova Allahdır. Belə çıxır ki, Allah Müqəddəs Kitabda yazılanların hamısına birbaşa rəhbərlik etmişdir? Bəli. O bunu Öz fəal qüvvəsi olan güclü müqəddəs ruhu vasitəsilə etmişdir. Həvari Pavel demişdir: ‘Hər Müqəddəs Yazı Allahdan ilham almışdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin’. Dünyanın hər yerində buna inanan insanlar Müqəddəs Kitabda yazılanlara diqqət yetirir və oradakı təlimlərə müvafiq yaşayırlar (2 Timoteyə 3:16, 17; 1 Saloniklilərə 2:13).

İnsanlara Müqəddəs Kitabı anlamağa və dəyərləndirməyə kömək edin

3. Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna inanmayanların bir çoxuna necə kömək edə bilərik?

3 Söhbət etdiyimiz insanların əksəriyyəti Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna inanmır. Biz onlara necə kömək edə bilərik? Çox vaxt ən yaxşısı Müqəddəs Kitabı açıb, orada yazılanları həmsöhbətimizə göstərməkdir. «Allahın kəlamı canlı və təsirli, hər cür ikiağızlı qılıncdan itidir... ürəyin düşüncə və niyyətlərini ayırd edir» (İbranilərə 4:12). «Allahın kəlamı» ölü tarix deyil, o canlıdır! Müqəddəs Kitabda yazılmış vədlərin icrası yaxınlaşır və buna heç nə mane ola bilməz. Müqəddəs Kitabdakı xoş xəbər insanın ürəyinə bizim sözlərimizdən qat-qat güclü təsir göstərə bilər.

4. Müqəddəs Kitabdan hansı həqiqətlərin izahı insanların bu kitaba münasibətini dəyişib və nə üçün?

4 Bir çoxları Müqəddəs Kitabda Allahın adını görəndən sonra bu kitabı dərindən araşdırmaq istəmişlər. Digərlərinə həyatın və baş verənlərin mənasını, Allahın pisliyə nə üçün yol verdiyini və həmçinin, yerüzü Cənnətdə əbədi həyata dair Müqəddəs Kitabda yazılanları göstərdikdə, onlar Allahın Kəlamını öyrənmək qərarına gəlmişlər. Bəzi ərazilərdə pis ruhların insanları narahat etməsinə səbəb olan dini adətlər geniş yayılıb. Belə yerlərdə yaşayanlar Müqəddəs Kitabın bu haqda nə dediyini və pis ruhlardan azad olmağın yolunu göstərdiyini biləndə Allahın Kəlamına güclü maraq göstərirlər. Bu cür mövzular səmimi insanları nə üçün cəlb edir? Çünki belə vacib məsələlərlə bağlı etibarlı məlumatı yalnız Müqəddəs Kitab verir (Məzmur 119:130).

5. a) İnsanın Müqəddəs Kitaba inanmamasının səbəbi nə ola bilər? b) Belə adamlara necə kömək edə bilərik?

5 Bəs kimsə Müqəddəs Kitaba inanmadığını deyirsə nə etməliyik? Söhbətə son qoymalıyıq? Əgər adam məntiqlə düşünməyə hazırdırsa, söhbəti davam etdirmək olar. Ola bilər, insan düşünür ki, Müqəddəs Kitab Xristian dünyasının kitabıdır. Tarix boyu Xristian dünyasının riyakarlığı, siyasətə qarışması və daim pul yığmaqla məşğul olması ola bilsin, insanlarda Müqəddəs Kitaba qarşı mənfi rəy yaradıb. Bəlkə söhbət etdiyin adam da məhz bu səbəbdən Müqəddəs Kitab haqqında mənfi fikirdədir. Xristian dünyasında görülən işlərin Müqəddəs Kitabda mühakimə edildiyini və həqiqi məsihçiliklə Xristian dünyası arasındakı fərqi ona izah etsən, ehtimal ki, həmin adamda maraq oyana bilər (Mikeya 3:11, 12; Matta 15:7-9; Yaqub 4:4).

6. a) Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna səni nə əmin edir? b) İnsanların Müqəddəs Kitabın həqiqətən Allahdan olduğunu anlayıb dəyərləndirmələri üçün daha hansı dəlilləri gətirmək olar?

6 Bəzi adamlara Müqəddəs Kitabın Allahdan ilham aldığını təsdiqləyən dəlillər müsbət təsir göstərə bilər. Bəs Müqəddəs Kitabın Yehova Allahın Kəlamı olduğuna səni nə əmin edir? Bəlkə bu kitabın öz mənşəyi haqqında verdiyi məlumat? Yaxud Müqəddəs Kitabın müəllifinin insan olmadığına səni əmin edən gələcək haqqında təfsilatı ilə xəbər verən çoxsaylı peyğəmbərliklərdir? (2 Peter 1:20, 21). Yoxsa 40 adam tərəfindən 1 600 il ərzində yazılmasına baxmayaraq, heyrət doğuran daxili uyğunluğu? Bəlkə o dövrün kitablarından fərqli olaraq, elmlə uzlaşması? Yaxud onu yazanların dürüstlüyü? Ya da ki, onu məhv etmək istəyənlərin cəhdlərinə baxmayaraq, qorunub saxlanılması? Səni inandıran dəlillər başqaları üçün də inandırıcı ola biləra.

Müqəddəs Kitabı oxumaq vacibdir

7, 8. a) Müqəddəs Kitab bizə nə üçün verilib? b) Müqəddəs Kitabı oxumaqdan savayı daha nəyə ehtiyacımız var? c) Sən Yehovanın niyyətlərini necə dərk etmisən?

7 Başqalarında Müqəddəs Kitaba qarşı etibar yaratmaq hələ işin yarısıdır. Biz özümüz də bu kitabı müntəzəm oxumalıyıq. Bunun üçün xüsusi vaxt ayırmaq lazımdır. Sənin belə vərdişin varmı? Bəşər tarixində dərc edilmiş bütün kitablardan ən diqqətəlayiqi Müqəddəs Kitabdır. Əlbəttə onu yalnız evdə oxumaqla iş bitmir. Müqəddəs Yazılar başqalarından təcrid olunmamağı məsləhət görür. Biz düşünməməliyik ki, bütün suallara özümüz cavab tapa biləcəyik. Tarazlı məsihçi olmaq üçün həm şəxsi öyrənmə, həm də Allahın xalqının yığıncaq görüşlərində müntəzəm iştirak etmək vacibdir (Süleymanın məsəlləri 18:1; İbranilərə 10:24, 25).

8 Müqəddəs Yazılardan Yeşaya peyğəmbərin sözlərini oxuyan həbəşistanlı məmurun nümunəsinə nəzər salaq. Mələyin göstərişi ilə müjdəçi Filip bu adamdan soruşdu: «Oxuduğunu heç anlayırsanmı?» Həbəşistanlı təvazökarlıqla cavab verdi: «Mənə yol göstərən olmasa necə anlaya bilərəm?» O, Filipdən xahiş etdi ki, Müqəddəs Yazılardan oxuduğu parçanı ona izah etsin. Filip bu peyğəmbərliyi öz bildiyi kimi şərh etmədi. O, Müqəddəs Yazıları özbaşına oxumurdu. Filip Allahın görünən təşkilatı ilə sıx bağlı idi. Buna görə də, o, Yehovanın Öz təşkilatı vasitəsilə verdiyi təlim sayəsində öyrəndiklərini həbəşistanlı məmurla bölüşərək ona kömək edə bildi (Həvarilərin işləri 6:5, 6; 8:5, 26-35). Bu gün də heç kim Yehovanın niyyətlərini özbaşına düzgün anlaya bilməz. Hər birimiz Yehovanın Öz görünən təşkilatının vasitəsilə verdiyi sevgi dolu köməyə ehtiyac duyuruq.

9. Müqəddəs Kitabı oxumaq üzrə hansı proqram hamımıza fayda gətirə bilər?

9 Yehovanın təşkilatı Müqəddəs Kitabı başa düşməyimizə kömək etmək üçün, onun əsasında müxtəlif nəşrlər dərc edir. Üstəlik, bütün dünyada Yehovanın Şahidlərinin yığıncaqlarında keçirilən Teokratik Xidmət Məktəbinin proqramı üzrə Müqəddəs Kitabı müntəzəm oxumaq qrafiki də mövcuddur. Müqəddəs Yazıların şəxsi araşdırılmasından böyük fayda əldə etmək olar (Məzmur 1:1-3; 19:7, 8). Allahın Kəlamını müntəzəm oxumaq üçün var gücünlə çalış. Oxuduğunu tam anlamasan da, Müqəddəs Kitab haqqındakı ümumi təsəvvür sənə fayda gətirəcək. Məsələn, gündə dörd-beş səhifə oxumaqla Müqəddəs Kitabı bir il ərzində başa vura bilərsən.

10. a) Siz Müqəddəs Kitabı nə vaxt oxuyursunuz? b) Müqəddəs Kitabı kimlərlə oxuya bilərsiniz və bu işdə müntəzəmlik nə üçün vacibdir?

10 Müqəddəs Kitabı nə vaxt oxumaq olar? Bunun üçün gün ərzində cəmi 10-15 dəqiqə ayırsan böyük fayda əldə edərsən. Belə imkanın yoxdursa, müntəzəm həftəlik oxu qrafiki tutub ona riayət etməyə çalış. Evlilər Müqəddəs Kitabı bir-birinə oxuya bilərlər. Əgər ailədə oxumağı bacaran uşaqlar varsa, qoy onlar Müqəddəs Kitabı ucadan növbə ilə oxusunlar. Müqəddəs Kitabı oxumaq həyatımızda qida qəbulu kimi vərdişə çevrilməlidir. Hamıya məlumdur ki, yaxşı qidalanma vərdişi olmayanda insanın səhhəti pozulur. Buna bənzər tərzdə, bizim ruhani sağlamlığımız və nəticədə əbədi yaşamaq imkanımız ‘Allahın ağzından çıxan hər bir sözlə’ müntəzəm qidalanmaqdan asılıdır (Matta 4:4).

Müqəddəs Kitabı oxumaqda məqsədimiz

11. Müqəddəs Kitabı hansı məqsədlə oxumalıyıq?

11 Müqəddəs Kitabı hansı məqsədlə oxumalıyıq? Sadəcə bir-neçə səhifə oxumaqla kifayətlənmək olmaz. Məqsədimiz Allahı daha yaxından tanımaqdır. Belə olduqda, Yehovaya məhəbbətimiz artacaq və Ona məqbul tərzdə ibadət edəcəyik (Yəhya 5:39-42). Biz «ya Rəbb, yollarını mənə göstər, ardınca getməyi mənə öyrət» deyən məzmurçunun əhval-ruhiyyəsini təqlid etməliyik (Məzmur 25:4).

12. a) Dəqiq bilik nəyə görə vacibdir və ona nail olmaq üçün nə etmək lazımdır? b) Müqəddəs Kitabı oxuyarkən hansı dörd bəndin üzərində düşünmək faydalı olardı? (30-cu səhifədəki çərçivəyə bax.) c) Abzasdakı suallara bu bəndlərə əsasən cavab ver. Sitat gətirilməyən ayələri oxu.

12 Yehovadan təlim alarkən, biz ‘tam dərrakəyə’, başqa sözlə dəqiq biliyə yiyələnməyə çalışmalıyıq. Çünki dəqiq bilik olmadan Allahın Kəlamını həyatımızda tam tətbiq etmək və ya başqalarına düzgün izah etmək mümkün deyil (Koloslulara 3:10; 2 Timoteyə 2:15). Dəqiq biliyə yiyələnmək üçün Müqəddəs Kitabı diqqətlə oxumaq lazımdır. Çətin hissələri başa düşməyəndə onları təkrarən oxumaq olar. Oxuduğumuz materialın üzərində hərtərəfli və dərindən düşünmək üçün vaxt ayırmağın da bizə faydası olacaq. Bu işdə 30-cu səhifədə göstərilən dörd vacib bənd yardımçı ola bilər. Müqəddəs Kitabı oxuyarkən bu bəndlərdən biri və ya bir neçəsi üzərində düşünmək faydalı olar. Növbəti səhifələrdəki suallara cavab verərkən bunu təcrübədən keçirə bilərsiniz.

1) Çox vaxt Müqəddəs Yazılarda oxuduqlarımız Yehovanın şəxsiyyətinin müəyyən cəhətini göstərir. Misal üçün, Məzmur 139:13, 14 ayələrində Allahın hələ dünyaya gəlməmiş insana bəslədiyi qayğıdan söz açılır: «Mənə ana bətnindən quruluş vermisən. Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm». Yehovanın işləri necə də heyrətamizdir! İnsan bədəninin quruluşu Allahın böyük məhəbbətinin bariz nümunəsidir.

Yəhya 14:9, 10 ayələrindən aydın olur ki, Müqəddəs Kitabda İsanın adamlarla rəftarı haqqında oxuyarkən, əslində Yehovanın hərəkət tərzini görmək olar. Bunu nəzərə alaraq, Luka 5:12, 13 və 7:11-15 ayələrində təsvir edilmiş hadisələrdən Yehova haqqında nə öyrənirik?

2) Oxuduğun hissənin Müqəddəs Kitabın əsas mövzusu — vəd edilmiş Övlad İsa Məsihin rəhbərlik etdiyi Padşahlıq vasitəsilə Yehovanın hakimiyyətinə bəraət qazandırılması və adının müqəddəs tutulması mövzusu ilə bağlılığı üzərində düşün.

«Yezekel» və «Daniel» kitablarında Müqəddəs Kitabın əsas mövzusu necə vurğulanır? (Yezekel 38:21-23; Daniel 2:44; 4:17; 7:9-14).

İsanın vəd edilmiş Övlad olduğunu Müqəddəs Kitab necə göstərir? (Qalatiyalılara 3:16).

Padşahlıq mövzusu «Vəhy» kitabında öz zirvəsinə necə çatır? (Vəhy 11:15; 12:7-10; 17:16-18; 19:11-16; 20:1-3; 21:1-5).

3) Fikirləş: oxuduqlarını şəxsən özünə necə tətbiq edə bilərsən? Məsələn, «Çıxış»dan «Qanunun təkrarı»na kimi israillilərin əxlaqsız hərəkətləri və üsyankarlığı barədə bəhs edilir. Biz bilirik ki, onların əhval-ruhiyyəsi və hərəkətləri acı nəticələrə gətirib çıxartdı. Buna görə də, heç vaxt israillilər kimi davranmamalı, əksinə, Yehovanı razı salmağa səy göstərməliyik. «Bütün bunlar ibrət olaraq onların başına gəlirdi; son əsrlərə çatan bizlər üçün də məsləhət olaraq qeyd edildi» (1 Korinflilərə 10:11).

Qabilin Habili öldürməsindən bəhs edən hadisədən hansı ibrət dərsini alırıq? (Yaradılış 4:3-12; İbranilərə 11:4; 1 Yəhya 3:10-15; 4:20, 21).

Müqəddəs Kitabda göylər ümidi olan məsihçilərə verilən məsləhətlər yerdə əbədi yaşamağa ümid edənlərə də aiddirmi? (Saylar 15:16; Yəhya 10:16).

Biz yetkin məsihçi kimi tanınsaq da, yaxşı bildiyimiz Müqəddəs Kitab məsləhətlərini daha necə tətbiq etməyin üzərində nə üçün düşünməliyik? (2 Korinflilərə 13:5; 1 Saloniklilərə 4:1).

4) Fikirləş: başqalarına kömək etmək üçün oxuduqlarından necə istifadə edə bilərsən? Bütün insanları onların sağlamlığı narahat edir. Buna görə də İsanın yerdə gördüyü işlərdən onlara oxuya bilərik. Misal üçün, Matta 15:30 ayəsində deyilir: «Onun yanına böyük bir izdiham gəldi və aralarında topallar, korlar, dilsizlər, çolaqlar və daha başqa bir çoxları var idi... və İsa onları sağaltdı». Bu cür ayələri oxumaqla, onlara İsanın səmavi Padşahlığın Padşahı kimi daha böyük miqyasda görəcəyi işləri göstərəcəyik.

Yairin qızının dirilməsindən bəhs edən hadisə kimlərə təsəlli verə bilər? (Luka 8:41, 42, 49-56).

13. Müqəddəs Kitabı Yehovanın təşkilatının təqdim etdiyi proqram əsasında müntəzəm oxuyub öyrənmək hansı bəhrələri gətirir?

13 Müqəddəs Kitabı oxuyarkən yuxarıdakı dörd bəndin üzərində düşünmək bizə bol xeyir-dua gətirə bilər! Düzdür, Müqəddəs Kitabı oxumaq heç də asan iş deyil. Amma onun bizə ömür boyu faydası ola bilər, çünki Müqəddəs Yazıları oxuyarkən biz ruhani cəhətdən möhkəmlənirik. Müqəddəs Kitabı müntəzəm oxumaq bizi sevən Atamız Yehova və həmimanlılarımızla daha da yaxınlaşdıracaq və bizə ‘həyat kəlamını möhkəm tutun’ çağırışına hay verməyə kömək edəcək (Filipililərə 2:15).

[Haşiyə]

a Müqəddəs Kitabın diqqətə layiq olduğuna dair məlumatı Yehovanın Şahidləri tərəfindən nəşr edilmiş «Hamı üçün olan kitab» adlı broşüradan oxumaq olar.

Təkrar üçün suallar

• Müqəddəs Kitabın yazılmasının və günlərimizə qədər qorunmasının səbəbi nədir?

• Başqalarına Müqəddəs Kitabı başa düşüb dəyərləndirməyə necə kömək edə bilərik?

• Müqəddəs Kitabı müntəzəm oxumaq nəyə görə faydalıdır? Oxuduqlarımız üzərində düşünərkən hansı dörd bəndi nəzərə almaq yaxşı olardı?

[30-cu səhifədəki çərçivə]

MÜQƏDDƏS KİTABI OXUYARKƏN DÜŞÜN: BU HİSSƏ...

...Yehovanın şəxsiyyəti haqqında nə öyrədir?

...Müqəddəs Kitabın əsas mövzusu ilə necə bağlıdır?

...həyatına necə təsir göstərə bilər?

...başqalarına necə kömək edə bilər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş