Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w00 1/12 s. 15—19
  • Müqəddəs Kitabı oxumaq faydalı və xoşdur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabı oxumaq faydalı və xoşdur
  • Gözətçi qülləsi 2000
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabı oxumaq, nəzarətçilər üçün tələbdir
  • Həm gənclər, həm də yaşlılar üçün vacibdir
  • Müqəddəs Kitabı oxumaq, ən vacib məşğuliyyətlərdən biridir
  • Müqəddəs Kitabı oxumaq vərdişiniz nəyi göstərir?
  • Müqəddəs Kitabı oxumaq tərzi
  • Müqəddəs Kitabın oxunmasını zövqlü edin
  • Oxumaqla məşğul ol
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Allahın Kəlamından zövq al
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Allahın Kəlamından möhkəm yapışın
    Vahid həqiqi Allaha ibadət edin
  • Müqəddəs Kitabı oxumaqdan zövq alın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi 2000
w00 1/12 s. 15—19

Müqəddəs Kitabı oxumaq faydalı və xoşdur

“Gecə gündüz onu düşünəcəksən” (YEŞU 1:8).

1. Ümumiyyətlə oxu, xüsusilə də Müqəddəs Kitabı oxumaq hansı faydanı verir?

DİQQƏTƏLAYİQ materialın oxunması faydalı məşğuliyyətdir. Fransız maarifçisi, hüquqşünas və filosof Şarl Lui Monteskyö yazırdı: “Həyat qayğılarının yorğunluğu ilə mübarizə aparmaqda, mənim üçün həmişə ən yaxşı vasitə oxumaq olub. Bir saat ərzində oxuduqdan sonra, aradan qaldırılması mümkün olmayan elə bir mə’yusluq hiss etməmişəm”. Bunu, şübhəsiz olaraq, Müqəddəs Kitabı oxumağa da aid etmək olar. Allahdan ilham almış məzmurçu belə sözlər deyirdi: “RƏBBİN şəriəti kamildir; canı təzələyir; RƏBBİN şəhadəti sadiqdir; təcrübəsiz adama hikmət verir. RƏBBİN buyuruğu doğrudur; ürəyi sevindirir” (Məzmur 19:7, 8).

2. Yeqova nəyə görə əsrlər ərzində Müqəddəs Kitabı qoruyub saxlayıb və O, öz xalqından nə gözləyir?

2 Müqəddəs Kitabın Müəllifi olan Yeqova Allah, dini və dini olmayan düşmənlərin əsrlər ərzində bu kitaba qarşı göstərdikləri amansız müqavimətlərə baxmayaraq, onu qoruyub saxlayıbdır. Allah istəyir ki, “bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər”, buna görə də öz Kəlamının bütün bəşəriyyət üçün əlçatan olmasının qeydinə qalıbdır (1 Timoteyə 2:4). Hesablamalara görə, Yer kürəsinin təxminən 80 faiz əhalisi ilə 100 dilin köməkliyilə ünsiyyətdə olmaq mümkündür. Müqəddəs Kitabın tam mətni 370 dilə tərcümə olunub, onun ayrı–ayrı hissələrini isə 1 860 dildə və dialektdə oxumaq olar. Yeqova istəyir ki, xalqı Onun Kəlamını oxusun. Allah, Onun Kəlamına diqqət yetirən - bəli, onu gündəlik oxuyan xidmətçilərinə xeyir-dua verir (Məzmur 1:1, 2).

Müqəddəs Kitabı oxumaq, nəzarətçilər üçün tələbdir

3, 4. Yeqova İsrailin padşahlarından nə tələb edirdi və bu tələblərin bugünkü məsihçi ağsaqqalları üçün də vacib olmasının səbəbləri hansılardır?

3 İsrail xalqının, özünə insanlardan padşah seçəcəyi vaxtı nəzərdə tutaraq, Yeqova dedi: “Krallığının taxtı üzərinə oturduğu zaman, kahinlərin, Levililərin önündə olandan bu şəriətin bir nüsxəsini bir kitaba yazacaq; və yanında olacaq və həyatının bütün günlərində ondan oxuyacaq, ta ki, Allahı RƏBDƏN qorxmağı, bu şəriətin bütün sözlərini və bu qanunları yerinə yetirmək üzrə onları tutmağı öyrənsin; qardaşları üzərində ürəyi yüksəlməsin və əmrdən sağa və sola sapmasın; ta ki, özü və oğulları, İsrailin ortasında, ölkəsində çox yaşasınlar” (Təsniyə 17:18—20).

4 Yeqovanın, İsrailin gələcək padşahlarından Qanunun hər gün oxunmasını hansı səbəbdən tələb etdiyinə diqqət yetirin: 1) “ta ki, Allahı RƏBDƏN qorxmağı, bu şəriətin bütün sözlərini və bu qanunları yerinə yetirmək üzrə onları tutmağı öyrənsin”, 2) “qardaşları üzərində ürəyi yüksəlməsin” və 3) “əmrdən sağa və sola sapmasın”. Məgər bugünkü məsihçi nəzarətçilərinə Yeqovadan qorxmaq, Onun qanunlarına tabe olmaq, qardaşları üzərində yüksəlməkdən və Yeqovanın əmrlərindən kənara çıxmaqdan çəkinmək lazım deyilmi? Şübhəsiz ki, Müqəddəs Kitabı gündəlik oxumaq, İsrailin padşahları üçün vacib olduğu kimi, onlara da vacibdir.

5. Rəhbərlik şurası, Müqəddəs Kitabın oxunması barədə filialların Komitə üzvlərinə bu yaxınlarda nə yazmışdır və bu məsləhətə riayət etmək bütün məsihçi ağsaqqallarına nə üçün faydalı olardı?

5 Bugünkü məsihçi ağsaqqallarının işləri həmişə çoxdur və Müqəddəs Kitabı gündəlik oxumaq onlara bir o qədər də asan deyil. Məsələn, Yeqovanın Şahidlərinin Rəhbərlik şurası və filialların Komitə üzvləri çox məşğul adamlardır. Buna baxmayaraq, Rəhbərlik şurasının bu yaxınlarda bütün filialların Komitələrinə göndərdiyi məktubunda, Müqəddəs Kitabın gündəlik oxunmasının və müntəzəm olaraq öyrənilməsinin vacibliyi qeyd olunurdu. Məktubda qeyd olunduğu kimi, bu, Yeqovaya və həqiqətə məhəbbətimizi artırmağa, eləcə də “imanı, sevinci və səbiri izzətli sona qədər qorumağa” bizə kömək edər. Yeqovanın Şahidlərinin yığıncaqlarındakı bütün ağsaqqallar bunun gərəkli olduğunu anlayırlar. Müqəddəs Yazıların gündəlik oxunması, “müdrik davranmaqda” onlara kömək edəcək (Yeşu 1:7, 8, YD). Müqəddəs Kitabın oxunması ağsaqqallara “tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün” xüsusilə yararlıdır (2 Timoteyə 3:16).

Həm gənclər, həm də yaşlılar üçün vacibdir

6. Nun oğlu Yeşu, Yeqovanın Qanunundakı bütün sözləri toplaşan İsrail qəbilələri və qəriblərin qarşısında nə üçün oxudu?

6 Qədim zamanlarda, insanlarda Müqəddəs Yazıların şəxsi nüsxəsi yox idi, buna görə də Müqəddəs Kitabı toplaşan xalqın qarşısında oxuyurdular. Yeqova, Nun oğlu Yeşuya Ay şəhəri üzərində qələbə verdikdən sonra, Yeşu İsrail qəbiləsini Ebal və Gerizim dağının ətəyinə topladı. Baş verən hadisə haqda oxuyuruq: “Şəriətin bütün sözlərini, bərəkəti və lə’nəti, şəriət kitabında yazılmış olanın hamısına görə oxudu. İsrailin bütün camaatının və qadınların və uşaqların və aralarında yeriməkdə olan qəriblərin qarşısında Musanın bütün əmr etdiklərindən Yeşunun oxumadığı bir söz qalmadı” (Yeşu 8:34, 35). Hansı davranışın Yeqovanın xeyir-duasına, hansının isə Onun mühakiməsinə səbəb olacağını gənclər və yaşlılar, israillilər və qəriblər ürəklərinə və zehinlərinə həkk etməli idilər. Müqəddəs Kitabın gündəlik oxunması, şübhəsiz ki, bunda bizə də kömək edəcək.

7, 8. a) Bu gün “qəriblərə” kimlər bənzəyir və onlara nə üçün Müqəddəs Kitabı oxumaq lazımdır? b) Yeqovanın xalqı arasında olan “uşaqlar” İsanın nümunəsini necə təqlid edə bilərlər?

7 Bu gün, Yeqovanın milyonlarla xidmətçisi ruhani mə’nada “qəriblərə” bənzəyirlər. Əvvəllər onlar bu dünyanın normalarına əsasən yaşayırdılar, lakin sonradan yeni həyata başladılar (Efeslilərə 4:22—24; Koloslulara 3:7, 8). Yeqovanın yaxşı və pis saydığı şeyləri onlar özlərinə həmişə xatırlatmalıdırlar (Amos 5:14, 15). Bu işdə onlara Allahın Kəlamını gündəlik oxumaq kömək edir (İbranilərə 4:12; Yaqub 1:25).

8 Yeqovanın xalqı arasında, Onun normalarına valideynləri tərəfindən öyrədilmiş çoxlu “uşaqlar” da var. Amma, Allahın iradəsinin düzgünlüyünə həmin uşaqların özləri əmin olmalıdırlar (Romalılara 12:1, 2). Onlar bunu necə edə bilərlər? İsraildə kahinlərə və ağsaqqallara göstəriş verilirdi: “Bu şəriəti bütün İsrailin qarşısında, qulaqları ilə eşitsinlər deyə onlara oxuyacaqsan. Xalqı, kişiləri və qadınları və uşaqları və şəhərlərində olan sənin qəribini topla, ta ki, eşitsinlər və öyrənsinlər və Allahınız RƏBDƏN qorxsunlar; və bu şəriətin bütün sözlərini yerinə yetirmək üçün tutsunlar; bilmiş olmayan oğulları da eşitsinlər; və... Allahınız RƏBDƏN qorxmağı öyrənsinlər” (Təsniyə 31:11—13). İsa, Musanın qanunlarına tabe olaraq yaşayırdı və artıq 12 yaşında olarkən, Atasının qanunlarını anlamağa ciddi maraq göstərmişdir (Luka 2:41—49). Sonralar, Müqəddəs Yazıları sinaqoqda dinləmək və onun oxunmasında iştirak etmək İsanın adəti oldu (Luka 4:16; Həvarilərin işləri 15:21). İsanın nümunəsini təqlid etmək, yə’ni Allahın Kəlamını gündəlik oxumaq və Müqəddəs Kitabın oxunduğu və öyrənildiyi yığıncaq görüşlərinə müntəzəm olaraq getmək bugünkü uşaqlara da faydalı olar.

Müqəddəs Kitabı oxumaq, ən vacib məşğuliyyətlərdən biridir

9. a) Oxumaq üçün materil seçəndə biz nəyə görə ehtiyatlı olmalıyıq? b) Bu jurnalın redaktor-banisi Müqəddəs Kitabın öyrənilməsi üçün olan vəsaitlər barədə nə demişdir?

9 Müdrik padşah olan Süleyman yazırdı: “Çox kitablar tərtib etməyin sonu yoxdur; və çox oxumaq bədən yorğunluğudur” (Vaiz 12:12). Bu sözlərə əlavə etmək olar ki, bu gün nəşr edilən kitabların çoxunu oxumaq təkcə bədən yorğunluğu deyil, açıq desək, həm də zehin üçün təhlükəlidir. Buna görə də, oxumaq üçün material seçəndə ehtiyatlı olmaq vacibdir. Müqəddəs Kitabın öyrənilməsi üçün nəşr olunan ədəbiyyatlarımızdan əlavə, biz Müqəddəs Kitabın özünü də oxumalıyıq. Oxuduğunuz bu jurnalın redaktor-banisi aşağıdakı sözlərlə oxuculara müraciət etmişdir: “Heç zaman unutmayın ki, Müqəddəs Kitab bizim me’yarımızdır və Allahın bizə verdiyi “köməkçi” vəsaitlər nə qədər faydalı olsalar da, onlar sadəcə vəsait olaraq qalır və Müqəddəs Kitabı əvəz edə bilməzlər”a. Beləliklə, Müqəddəs Kitaba əsaslanan nəşrlərə e’tinasızlıq göstərmədən, biz Müqəddəs Kitabın özünü də oxumalıyıq.

10. “Sadiq və ağıllı qul” Müqəddəs Kitabı oxumağın zəruriliyini necə qeyd edir?

10 Bu təlabatı anlayaraq, “sadiq və ağıllı qul” artıq neçə ildir ki, bütün yığıncaqlarda keçirilən teokratik xidmət Məktəbinin proqramına Müqəddəs Kitabın oxunmasını da əlavə edir (Matta 24:45). Bu proqrama riayət edərək, Müqəddəs Kitabı bütünlüklə yeddi ilə oxumaq olar. Bu cədvəl hamıya, xüsusən də Müqəddəs Kitabı hələ bütünlüklə oxumayan yeni maraqlananlar üçün faydalıdır. Gilead Məktəbində və xidməti təkmilləşdirmə Məktəbində oxuyanlardan, eləcə də Beyt-el ailəsinin yeni üzvlərindən bir il ərzində Müqəddəs Kitabı əvvəldən axıra qədər oxumaq tələb olunur. İstər şəxsən, istərsə də ailəvi, hansı qrafikə riayət etmənizdən asılı olmayaraq, qrafikə əməl edə bilməniz üçün Müqəddəs Kitabın oxunmasına üstünlük vermək vacibdir.

Müqəddəs Kitabı oxumaq vərdişiniz nəyi göstərir?

11. Yeqovanın sözləri ilə necə və nə üçün hər gün qidalanmalıyıq?

11 Əgər siz, Müqəddəs Kitabın oxunması qrafikinə əməl edə bilmirsinizsə, yaxşı olar ki, özünüzdən soruşasınız: “Dünyəvi ədəbiyyatları oxumaq və televizora baxmaq vərdişim, Yeqovanın Kəlamını oxumaq bacarığıma necə tə’sir göstərir?” Musanın yazdığı və sonralar isə İsanın təkrar etdiyi, “insan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar” sözlərini xatırlayın (Matta 4:4; Təsniyə 8:3). Fiziki qüvvəmizi itirməmək üçün, bizə hər gün çörək və ya başqa qida lazım olduğu kimi, ruhani sağlamlığımızı da qoruyub saxlamaq üçün, bizə gündəlik olaraq Yeqovanın fikirlərini mənimsəmək gərəkdir. Allahın fikirlərini isə, Müqəddəs Yazıları hər gün oxumaqla mənimsəyə bilərik.

12, 13. a) Allahın Kəlamına olacaq həvəsimizi həvari Pavel hansı misalla göstərir? b) Pavelin süd barədə istifadə etdiyi misal, Peterin misalından nə ilə fərqlənir?

12 Əgər biz Müqəddəs Kitabı “bəşəri söz olaraq deyil, əslində olduğu kimi, Allahın kəlamı olaraq qəbul” ediriksə, körpə uşaq ana südünə can atdığı kimi, biz də bu Kəlama meyl göstərəcəyik (1 Saloniklilərə 2:13). Həvari Peter müqayisə apararaq yazırdı: “Anadan təzə olmuş körpələr kimi, hiyləsiz südü andıran kəlamı arzulayın ki, onunla böyüyüb qurtuluşa nail olasınız. Ona görə ki, Rəbbin xeyirxah olduğunu daddınız” (1 Peter 2:2, 3). Əgər şəxsi təcrübəmizdə “Rəbbin xeyirxah olduğunu” dadmışıqsa, bizdə Müqəddəs Kitabı oxumağa güclü istək olacaqdır.

13 Qeyd etmək lazımdır ki, Peter bu ayədə südlə müqayisəni, həvari Pavel kimi istifadə etmir. Yeni doğulan körpəyə süd bütün lazımi qida maddələrini verir. Peterin istifadə etdiyi əyani misal göstərir ki, “böyüyüb qurtuluşa nail” olmağımız üçün, bizə gərək olan hər şey Allahın Kəlamında var. Pavel isə, südə olan təlabat haqqındakı misalında göstərir ki, özlərini ruhən yetkin sananlardan bə’ziləri pis qidalanırlar. İbranilərdən olan məsihçilərə göndərdiyi məktubunda Pavel yazırdı: “Hərçənd siz indiyədək müəllim olmalı idiniz; ancaq hələ də buna möhtacsınız ki, kimsə sizə təkrarən Allahın sözlərinin ibtidai qaydalarını öyrətsin; və qüvvətli yeməyə deyil, südə möhtac olmusunuz. Çünki südlə bəslənən hər kəs salehlik haqqındakı kəlamda təcrübəsizdir; çünki o, körpə uşaqdır. Qüvvətli yemək isə kamillər üçündür. Çünki onların hissləri alışdırılaraq, xeyirlə şəri ayırd etmək üçün tərbiyə edilmişdir” (İbranilərə 5:12—14). Müqəddəs Kitabı diqqətlə oxumaq, “hisslərimizi” inkişaf etdirməkdə bizə çox kömək edəcək və ruhani qidaya iştahamızı artıracaq.

Müqəddəs Kitabı oxumaq tərzi

14, 15. a) Müqəddəs Kitabın Müəllifi bizə hansı köməyi təklif edir? b) Biz, Allahın müdrikliyindən necə faydalana bilərik? (Misallar gətirin.)

14 Müqəddəs Kitabın daha səmərəli oxunması, oxunun özündən yox, duadan başlanır. Dua - çox qiymətli bəxşişdir. Təsəvvür edin ki, maraqlı məsələ müzakirə olunan kitabı oxumağa başlayırsınız və oxuduğunuz məsələni anlamaqda kömək üçün müəllifə müraciət edirsiniz. Bu, böyük fayda verərdi! Müqəddəs Kitabın Müəllifi olan Yeqova, bizə məhz bu cür köməyi təklif edir. Birinci əsrin rəhbərlik şurasının bir üzvü qardaşlarına yazırdı: “Əgər sizlərdən birinin hikməti əksikdirsə, hər kəsə comərdliklə və gileylənməyərək verən Allahdan diləsin, ona veriləcəkdir. Amma qoy imanla diləsin, heç şübhə etməsin” (Yaqub 1:5, 6). Müasir Rəhbərlik şurası bizi daima təşviq edir ki, Müqəddəs Kitabı dua edərək oxuyaq.

15 Müdriklik, əldə edilən biliyi praktikada tətbiq etmək bacarığıdır. Buna görə də, Müqəddəs Kitabı açmazdan əvvəl, Yeqovadan xahiş edin ki, şəxsi həyatınızda riayət etməniz gərək olan prinsipləri görməkdə sizə kömək etsin. Yeni öyrəndiklərinizi, bildiklərinizlə əlaqələndirin. Qoy yeni öyrəndiyiniz, artıq mənimsədiyiniz “sağlam sözləri”n nümunəsinin bir hissəsi olsun (2 Timoteyə 1:13, İ—93). Yeqovanın keçmişdə yaşayan xidmətçilərinin həyatlarını təsvir edən hadisələr üzərində dərindən düşünün və özünüzə, mən belə şəraitlərdə necə davranardım, deyə sual verin (Təkvin 39:7—9; Daniel 3:3—6, 16—18; Həvarilərin işləri 4:18—20).

16. Müqəddəs Kitabın oxunmasını daha faydalı və səmərəli etməkdə hansı praktiki məsləhətlər bizə kömək edər?

16 Məqsədimiz, yalnız müəyyən sayda səhifə oxumaq olmamalıdır. Tələsmək lazım deyil. Oxuduğunuzun üzərində dərindən düşünün. Bir fikir sizə xüsusilə maraqlı görünəndə, əgər Müqəddəs Kitabınızda həmin fikrə paralel ayə göstərilirsə, ona da diqqət yetirin. Əgər fikir sizə tam aydın deyilsə, sonradan əlavə tədqiqat aparmaq üçün, onu qeyd edin. Oxuduğunuz zaman xüsusilə yadda saxlamaq istədiyiniz hissələrdə qeydlər edin, yaxud da onları köçürün. Siz həmçinin vərəqin kənarlarında qeydlər edib, əlavə paralel yerləri də göstərə bilərsiniz. Əgər bu və ya digər ayənin təbliğ və müəllimlik fəaliyyətində yararlı ola biləcəyini sanırsınızsa, əsas sözlərin Müqəddəs Kitabın sonundakı indeksdə olub olmadığını yoxlayınb.

Müqəddəs Kitabın oxunmasını zövqlü edin

17. Müqəddəs Kitabı oxumaq nəyə görə bizə zövq verməlidir?

17 Məzmurçu xoşbəxt insan barədə deyir: “Zövqü RƏBBİN şəriətindədir və gecə gündüz onun şəriətini dərin düşünür” (Məzmur 1:2). Müqəddəs Kitabın gündəlik oxunması xoşagəlməz bir iş olmamalıdır, əksinə, insana zövq verməlidir. Məsələn, bunun üçün öyrəndiyinizin dəyərini həmişə yadda saxlamaq olar. Müdrik padşah Süleyman yazırdı: “Hikmət tapan adam... nə xoşbəxtdir! Onun yolları sevimli yollardır və bütün yolları sülhdür. Onu tutanlar üçün bir həyat ağacıdır və onu möhkəm tutanlar xoşbəxtdir” (Süleymanın məsəlləri 3:13, 17, 18). Müdriklik əldə etmək, şübhəsiz ki, sərf edilən cəhdlərə dəyər, çünki müdriklik yolları xoşdur - sülh, xoşbəxtlik, axır nəticədə isə həyat gətirər.

18. Müqəddəs Kitabı oxumaqdan əlavə nə tələb olunur və növbəti mövzuda nəyi müzakirə edəcəyik?

18 Bəli, Müqəddəs Kitabı oxumaq həm fayda gətirir, həm də zövq verir. Amma bu kifayətdirmi? Xristian aləminin kilsə üzvləri Müqəddəs Kitabı əsrlərlə oxuyurlar, amma onlar “daim öyrənən, lakin əsla həqiqəti dərk edə bilməyən... adamlar”dırlar (2 Timoteyə 3:7). Müqəddəs Kitabı oxumaqdan fayda əldə etmək üçün, Müqəddəs Kitab biliyini həyatımızda necə tətbiq etməyin və onları təbliğdə, eləcə də şagirdlər hazırlamaqda necə istifadə etməyin üzərində düşünməliyik (Matta 24:14; 28:19, 20). Bunun üçün sə’y və yaxşı öyrənmə üsulları tələb olunur. Növbəti mövzudan görəcəyimiz kimi, bunlar da zövq verir və səmərələr gətirir.

[Haşiyələr]

a Gözətçi Qülləsi Cəmiyyətinin nəşr etdiyi “Yeqovanın Şahidləri - Allahın Padşahlığını e’lan edənlər” kitabına baxın, səhifə 241, ing.

b “Gözətçi Qülləsi”nin 1995-ci il 1 may nömrəsində “Müqəddəs Kitabı daha səmərəli oxumağın üsulları” adlı çərçivəyə baxın, səhifə 16, 17 (rusca).

Təkrar üçün suallar

• İsrail padşahlarına verilən hansı nəsihət bugünkü nəzarətçilərə tətbiq ediləndir və nə üçün?

• Bu gün “qəriblər” və “uşaqlar” kimləri təmsil edir və nə üçün onlara Müqəddəs Kitabı gündəlik oxumaq lazımdır?

• “Sadiq və ağıllı qul” tərəfindən verilən hansı praktiki məsləhətlər Müqəddəs Kitabı müntəzəm oxumaqda bizə kömək edər?

• Biz, Müqəddəs Kitabı oxumaqdan necə fayda və zövq ala bilərik?

[17-ci səhifədəki şəkil]

Müqəddəs Kitabı hər gün oxumaq, ağsaqqallara xüsusilə vacibdir

[18-ci səhifədəki şəkil]

Sinaqoqda Müqəddəs Yazıların oxunmasında iştirak etmək İsanın adəti idi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş