Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • T-27 s. 1—6
  • Bütün iztirablara tezliklə son qoyulacaq!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bütün iztirablara tezliklə son qoyulacaq!
  • Bütün iztirablara tezliklə son qoyulacaq!
  • Başlıqlar
  • Oxşar material
  • İztirablar nə üçün başlandı?
  • Hökmranlıq hüququ kimə məxsusdur?
  • İztirabların sonu yaxındır
  • Əzabların bizə faydası var
    Gözətçi qülləsi 2007
  • Allahın Padşahlığı - yerin yeni hökuməti
    Gözətçi qülləsi 2001
  • Təsəlli. İztirab çəkənlər üçün təsəlli
    Gözətçi qülləsi 2003
  • Allahın Padşahlığı nələr edəcəkdir?
    Gözətçi qülləsi 2001
Əlavə
Bütün iztirablara tezliklə son qoyulacaq!
T-27 s. 1—6

Bütün iztirablara tezliklə son qoyulacaq!

Yəqin ki, nə vaxtsa «bu qədər iztirablar nəyə görə mövcuddur?» deyə özünüzdən soruşmusunuz. Min illərdir ki, bəşər ailəsi müharibələr, yoxsulluq, təbii fəlakətlər, cinayət, xəstəliklər və ölüm ucbatından əziyyət çəkir. Ötən əsrdə insanların çəkdiyi iztirablar əvvəlkindən daha çox olmuşdur. Bütün bunlara nə vaxtsa son qoyulacaqmı?

Bəli qoyulacaq, özü də çox tezliklə! Allahın Kəlamı olan Müqəddəs Kitabda deyilir: «Pis yox olacaq... Məzlumlar ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq». Onlar bu cür şəraitdə nə qədər vaxt yaşayacaqlar? «Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:10, 11, 29).

Allah pisliyi və iztirabları aradan qaldırandan sonra Yer kürəsi Cənnətə çevriləcək. İnsanlar tamamilə sağlam olacaq və xoşbəxtlik içində əbədi yaşayacaqlar. Allahın Kəlamında qabaqcadan deyilmişdir: «Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).

Qarşıdan gələn yeni dünyada ölənlər də həyata qaytarılacaq və xoşbəxt həyata qovuşacaqlar: «Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15). Məhz buna görə İsa tövbə edən və ona iman gətirən günahkara «sən Mənimlə bərabər cənnətdə olacaqsan» demişdir (Luka 23:43).

İztirablar nə üçün başlandı?

Əgər Allah bəşəriyyət üçün belə gözəl gələcək nəzərdə tutmuşdursa, iztirabların başlanmasına və bu qədər vaxt davam etməsinə nəyə görə yol verdi?

Allah Adəmlə Həvvanı hər cəhətdən kamil yaratmış, gözəl Cənnət bağında yerləşdirmiş və onlara məmnunedici iş tapşırmışdı. Müqəddəs Kitabda deyilir: «Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır» (Yaradılış 1:31). Əgər onlar Allaha itaət etsəydilər, dünyaya gətirdikləri uşaqlar kamil olardı. Yer kürəsi isə insanların xoşbəxt və sülh içində əbədi yaşaya biləcəkləri Cənnətə çevrilərdi.

Allah Adəmlə Həvvaya iradə azadlığı kimi gözəl hədiyyə bəxş etmişdir. Onlar robota bənzər şüursuz varlıq deyildilər. Lakin xoşbəxtliklərini itirməmək üçün Adəmlə Həvva iradə azadlığından düzgün istifadə etməli, yə’ni Allahın qanunlarına riayət etməli idilər. Allahın Özü deyir: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, getdiyin lazım olan yolla səni aparıram» (Yeşaya 48:17). İradə azadlığından sui-istifadə etmək mütləq fəlakətə gətirib çıxarardı. Çünki Allah insanları elə yaratmamışdı ki, Ondan asılı olmadan müvəffəqiyyətli ola bilsinlər. Müqəddəs Kitabda deyilir: «İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək gedən adamın işi deyil» (Yeremya 10:23).

Təəssüflər olsun ki, ulu valideynlərimiz Allahın rəhbərliyi olmadan müvəffəqiyyətli olacaqlarını düşündülər. Onlar Allahın hökmranlığını rədd etdikdən sonra kamillikdən məhrum oldular. Tədricən sağlamlıqlarını itirdilər və axırda da qocalıb öldülər. Onların övladları olduğumuz üçün, qeyri-kamilliyi və ölümü miras almışıq (Romalılara 5:12).

Hökmranlıq hüququ kimə məxsusdur?

Bəs nəyə görə Allah Adəmlə Həvvanı məhv edib, başqa insan cütü ilə hər şeyi yenidən başlamadı? Çünki Allahın hökmranlıq hüququ şübhə altına qoyulmuşdu. Belə bir sual yaranmışdı: hökmranlıq hüququ kimə məxsusdur və kimin hökmranlığı düzgündür? Başqa sözlərlə, insanlar Allahın hökmranlığı olmadan daha yaxşı yaşaya bilərdilərmi? Bu suala inandırıcı cavab vermək üçün, Allah insanlara kifayət qədər vaxt verdi. Bu vaxt ərzində insanlar müstəqil olaraq müxtəlif siyasi, ictimai, iqtisadi və dini sistemləri sınaqdan keçirə bilərdilər.

Bu nəyə gətirib çıxardı? Bəşər tarixi göstərir ki, iztirablar get-gedə çoxalır. Sonuncu yüzillik ərzində bəşər ailəsi heç vaxt görmədiyi iztirablara mə’ruz qalmışdır. İkinci Dünya müharibəsi zamanı milyonlarla insan məhv edilmişdir. Digər müharibələrdə 100 milyondan artıq insan qətlə yetirilmişdir. Cinayət və zorakılıq baş alıb gedir. Dünya narkomaniya dalğasına qərq olub. Cinsi yolla ötürülən xəstəliklər yayılmaqdadır. Hər il on milyonlarla insan aclıq və xəstəlik ucbatından ölür. Hər yerdə ailə və əxlaq dəyərləri pisləşir. Heç bir hökumət bu problemləri həll etmək iqtidarında deyil. Onlardan heç biri qocalığın, xəstəliklərin və ölümün öhdəsindən gəlməyib.

Dünyada baş verənlər Müqəddəs Kitabda qabaqcadan deyilmişdir. Allahın Kəlamında bizim dövr ‘çətin anların gələcəyi’ ‘axır günlər’ adlanır. Müqəddəs Kitabın ‘pis adamların və saxtakarların getdikcə daha betər olacaqlarına’ dair dedikləri göz qarşısındadır (2 Timoteyə 3:1-5, 13).

İztirabların sonu yaxındır

İnsanların Allahdan asılı olmadan müvəffəqiyyətə nail olmaq cəhdləri ancaq pis nəticələrə gətirib çıxarmışdır. Hər şey bu dövrün sona yaxınlaşdığını göstərir. Tarix sübut edir ki, insanların Allahdan asılı olmadan idarə etmək cəhdləri heç zaman baş tutmayacaq. Yalnız Allahın hökmranlığı sülh, xoşbəxtlik, mükəmməl sağlamlıq və əbədi həyat gətirə bilər. Bəli, Yehova pisliyə və iztirablara son qoymaq niyyətindədir. Allah tezliklə insanların işlərinə müdaxilə edəcək və onların qurduğu qeyri-mükəmməl sistemi tamamilə məhv edəcək.

Müqəddəs Kitab peyğəmbərliyində deyilir: «O padşahların [müasir hökumətlərin] dövründə göylərin Allahı [göydə] heç vaxt dağılmayan bir padşahlıq quracaq... O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Daniel 2:44). Allahın səmavi Padşahlığı sübut edəcək ki, Yehova Kainatın Hökmdarı olmaq hüququna malikdir. Bu, Müqəddəs Kitabın əsas tə’limidir. «Axır günlər» haqqında danışarkən İsa qeyd etmişdir: «Səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» (Matta 24:14).

Bu sistemə son qoyulanda, kimlər sağ qalacaq? Müqəddəs Kitab cavab verir: «Əməlisalehlər yer üzündə sakin olacaq, kamillər burada qalacaq. Pis adamlar bu torpaqdan atılacaq, xainlərin kökü buradan qoparılacaq» (Süleymanın məsəlləri 2:21, 22). Əməlisalehlər — Yehovanın iradəsini öyrənənlər və yerinə yetirənlərdir. İsa Məsih demişdir: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Bəli, «dünya... keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəhya 2:17).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş