Nəğmə 9
Həmd edək Yehova Allahımıza!
1. Həmd olsun Allahımıza!
Adını izzətləndirək!
Hamını xəbərdar edək,
«Rəbbin günü yaxındır», — deyək.
Vaxt gəlib artıq Oğlu hökm etsin,
Belə niyyət edir Tanrı.
Çatdırın, deyin, qoy hamı alsın
Sonsuz xeyir-duaları.
(NƏQARƏT)
Həmd olsun Allahımıza!
Qoy izzət versin ellər Ona!
2. Adını, əzəmətini,
Nəğməmizdə vəsf edirik!
Ürəkdən, səmimi-qəlbdən,
Cəsarətlə elan edirik!
Olsa da uca, işləri böyük,
Mülayimdir və xeyirxah.
Şəfqət, qayğı və sevgi göstərir,
Duanı eşidir Allah.
(NƏQARƏT)
Həmd olsun Allahımıza!
Qoy izzət versin ellər Ona!
(Həmçinin baxın: Məz. 89:27; 105:1; Yer. 33:11.)