NƏĞMƏ 10
Allahımız Yehovaya həmd edin!
Çap versiyası
	- 1. Allaha təriflər deyək, - Adını qoy hamı bilsin. - Həyəcan təbili çalaq, - Vəz edək: «Rəbbin günü yaxın». - Təyin eylədi Yehova vaxtı, - Bu gün şahdır Məsih İsa. - Söylə hər yerdə bu xoş xəbəri, - Yetişsin hamı xilasa. - NƏQARƏT - Allaha təriflər deyək, - Qüdrətlidir, qoy dünya bilsin. 
- 2. Xaliqi tərənnüm eylə, - Nəğmələr söylə adına. - Ürəkdən, səmimi-qəlbdən - Təriflər, həmdlər ucalt Ona. - Qüdrət sahibi olsa da Allah, - Xeyirxahdır, O lütf eylər. - Nəyə ehtiyac duyuruq bilir, - Salehin duasın dinlər. - NƏQARƏT - Allaha təriflər deyək, - Qüdrətlidir, qoy dünya bilsin. 
(Həmçinin baxın: Zəb. 89:27; 105:1; Ərm. 33:11.)