Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 28 s. 195—202
  • Niyə qızların məndən xoşu gəlmir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Niyə qızların məndən xoşu gəlmir?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • İlk növbədə, nə etməlisən?
  • Növbəti addım
  • Nəyi etməməlisən?
  • Niyə oğlanların məndən xoşu gəlmir?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Biz sadəcə dostuq, yoxsa... II hissə
    Gözətçi qülləsi 2012
  • Ədəb-ərkanlı olmağa dəyər?
    Gənclərin sualları
  • Əsil məhəbbəti necə müəyyən etməli?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 28 s. 195—202

Fəsil 28

Niyə qızların məndən xoşu gəlmir?

Yüz faiz əminəm, məndən xoşu gəlir. Özüm haqda hər şeyi ona danışdım: nələrim olduğunu, haraları gəzdiyimi, kimləri tanıdığımı. Yəqin, mənimlə görüşə çıxmaq üçün ürəyi gedir!

Lap boğaza yığıldım! Axı ondan xoşum gəlmədiyini niyə başa düşmür? Kobudluq etmədən ondan canımı necə qurtarım?

YƏQİN, artıq qızla görüşən vaxtındır. Ola bilsin, öz dinindən olan gözəl bir qızla tanış olmaq istəyirsən (1 Korinflilərə 7:39). Bəlkə də, hər dəfə kiminləsə münasibət qurmaq cəhdin boşa çıxdığından uğursuz bir adam olduğunu düşünürsən. Görəsən, problem nədədir? Qızlar yalnız yaraşıqlı oğlanlarımı bəyənir? Liza deyir: «Oğlan bir az qolu qüvvətli, bədənli olsa pis olmaz». Ancaq əksər qızların diqqətini cəlb edən təkcə xarici görünüş deyil. Gör 18 yaşlı Şəbnəm nə deyir: «Oğlanın yaraşıqlı olması heç də onun gözəl keyfiyyətlərə malik olduğunu göstərmir».

«Gözəl keyfiyyətlərə» nə daxildir? Əgər bir qızı yaxından tanımaq istəyirsənsə, nələrə fikir verməlisən? Müqəddəs Kitabın hansı prinsiplərini yadda saxlamalısan?

İlk növbədə, nə etməlisən?

Qızla münasibət qurmazdan öncə, bəzi vacib şeyləri öyrənməlisən. Bu, sənə həyatda başqa dostlar da qazanmağa kömək edəcək. Gəl aşağıdakılara nəzər salaq.

● Ədəb-ərkan qaydalarını öyrən. Müqəddəs Kitabda deyilir ki, məhəbbət «nalayiq davranmır» (1 Korinflilərə 13:5). Ədəb-ərkan qaydalarına riayət etməklə sən başqalarına hörmətlə yanaşdığını, Allahın yetkin xidmətçisi olduğunu və İsa peyğəmbəri təqlid etdiyini göstərmiş olursan. Ancaq ədəb-ərkan sənin üçün pencək deyil ki, başqalarında təəssürat oyatmaq üçün geyinəsən, evə gələndə isə çıxarasan. Özündən soruş: «Mən evdəkilərlə nəzakətlə davranırammı?» Əgər belə deyilsə, evdən kənarda başqalarına qarşı nəzakətli olmağa çalışanda onlar bunun süni olduğunu sezəcəklər. Unutma ki, düşüncəli qız əslində sənin necə insan olduğunu ailə üzvlərinlə rəftarından biləcək (Efeslilərə 6:1, 2).

Qızlar deyir: «Xırda və böyük məsələlərdə ədəb-ərkanla davranan oğlanlardan xoşum gəlir. Oğlanın mənə qapı açması, həm mənimlə, həm də ailə üzvlərimlə nəzakətlə rəftar etməsi mənə xoş təəssürat bağışlayır» (Tina).

«Təzəcə tanış olduğum oğlan: “Kiminləsə görüşürsən?” və ya “Hansı məqsədlərin var?” kimi şəxsi suallar verəndə özümü narahat hiss edirəm. Məncə, bu, hörmətsizlik və yersiz hərəkətdir» (Gülər).

«Başqalarının hissləri ilə oynamaq alçaqlıqdır! Oğlanlar qızların hisslərini heç veclərinə almırlar. Onlara elə gəlir ki, biz ərə getməkdən ötrü ölürük. Sanki, onların diqqətinə möhtacıq» (Aytac).

● Şəxsi gigiyenaya riayət et. Belə etməklə sən yalnız başqalarına yox, həm də özünə hörmət etdiyini göstərirsən (Matta 7:12). Əgər özünə hörmət etsən, başqaları da sənə hörmət qoyacaq. Ancaq yadda saxla ki, şəxsi gigiyenaya riayət etməsən, qızın ürəyini qazanmaq üçün çəkdiyin zəhmət özünə qalacaq.

Qızlar deyir: «Məndən xoşu gələn bir oğlan vardı, ağzından çox pis iy gəlirdi. Bu, dözülməz idi» (Kelli).

● Ünsiyyət etməyi öyrən. Sağlam və uzunömürlü münasibətlərin əsasını yaxşı ünsiyyət təşkil edir. Söhbətiniz yalnız səni maraqlandıran mövzular ətrafında dövr etməməlidir, qarşındakı insanın maraqlarını da nəzərə almalısan (Filipililərə 2:3, 4). Ona diqqətlə qulaq asmaq və fikirlərini qiymətləndirmək olduqca vacibdir.

“Qızlar deyir: «Oğlanda xoşuma gələn cəhət onun sərbəst söhbət etməyi, danışdığım şeyləri yadda saxlamağı və söhbəti canlı etmək üçün suallar verməyi bacarmasıdır» (Kristina).

«Məncə, oğlanlara gördükləri, qızlara isə eşitdikləri şeylər daha çox təsir bağışlayır» (Laura).

«Oğlanın hədiyyə verməsi yaxşıdır. Bununla bərabər, əgər o, xoş ünsiyyət etməyi, təsəlliverici və ruhlandırıcı sözlər deməyi bacarırsa... Belə oğlana söz ola bilməz!» (Emi).

«Nəzakətli və hər şeydə yerini bilən bir oğlanla tanışam. Biz onunla ciddi və mənalı söhbətlər edirik. O, heç vaxt mənə: “Ətrinin iyi superdir!” və ya “Bu gün efir görünürsən!” kimi sözlər demir. O, insana qulaq asmağı bacarır. Məncə, bununla hər bir qızın rəğbətini qazanmaq olar» (Turanə).

«Mən yumor hissi olan, eyni zamanda ciddi məsələlər barədə də danışmağı bacaran və sözün əsil mənasında səmimi oğlanla tanış olmaq istəyərdim» (Kelli).

● Məsuliyyətli ol. Müqəddəs Kitabda deyilir: «Hər kəs öz məsuliyyət yükünü daşıyacaq» (Qalatiyalılara 6:5). Qızların işləmək istəməyən, fikri-zikri ancaq əylənməkdə olan tənbəl oğlanlardan xoşları gəlmir.

Qızlar deyir: «İstərdim ki, oğlanlar daha çox məsuliyyətli olsunlar. Əks təqdirdə, onlar özlərini gözdən salırlar» (Şəbnəm).

«Bəzi oğlanların həyatda heç bir məqsədləri yoxdur. Onlar xoşları gələn qızdan hansı məqsədləri olduğunu soruşur, sonra da: “Ay da, elə mənim də məqsədim budur!” — deyirlər. Ancaq hərəkətləri bunun tam əksini göstərir» (Turanə).

Məsuliyyətli olmağı öyrənməklə yaxşı dostluq münasibətləri qurmağı bacaracaqsan. Bəs əgər bir qızla ciddi münasibət qurmağa hazır olduğunu düşünürsənsə, nə etməlisən?

Növbəti addım

● Təşəbbüs göstər. Əgər bəyəndiyin bir qızın sənə yaxşı həyat yoldaşı olacağını düşünürsənsə, ondan xoşun gəldiyini hiss etdir. Hisslərini çəkinmədən açıqca dilə gətir. Əlbəttə, «yox» cavabı alacağından qorxaraq narahatçılıq keçirə bilərsən. Buna baxmayaraq, sənin təşəbbüs göstərməyə hazır olmağın yetkinliyinin əlamətidir. Ancaq bir şeydə diqqətli ol: bu, evlənmə təklifi deyil. Bu səbəbdən, vəziyyətə uyğun sözlər seçməyə çalış. Həddən artıq ciddi olmağın və ya həddən artıq hisslərini büruzə verməyin qızı ürküdə bilər.

Qızlar deyir: «Mən fikirləri oxuya bilmirəm. Buna görə də, əgər kimsə mənimlə yaxından tanış olmaq istəyirsə, qoy dürüst olsun və mənimlə açıq danışsın» (Nina).

«Bir müddət dostluq etdikdən sonra münasibətlərin başqa mərhələyə keçməsi asan olmaya bilər. Amma oğlan açıq şəkildə sadəcə dost olmaq yox, məni daha yaxından tanımaq istədiyini deyərsə, ona hörmətlə yanaşaram» (Helen).

● Qızların qərarlarına hörmət et. Bəs əgər qız səninlə ciddi münasibət qurmaq istəmədiyini deyərsə, onda necə? Sən qızın «yox» cavabını, həqiqətən də, «yox» kimi qəbul edərək onun öz hisslərinə əmin olduğuna inandığını və qərarına hörmət etdiyini göstər. Amma əl çəkməyib bezdirsən, özünü yetkin olmayan bir insan kimi ələ verəcəksən. Qızın rədd cavabını qulaqardına vursan, hətta əsəbiləşsən, kimin mənfəətini düşünmüş olacaqsan: qızın, yoxsa özünün? (1 Korinflilərə 13:11).

Qızlar deyir: «Qəti şəkildə “yox” dediyim halda, oğlan əl çəkməyəndə lap əsəbiləşirəm» (Kamilə).

«Mən bir oğlana aydın başa saldım ki, o, məni maraqlandırmır, o isə təkidlə telefon nömrəmi istəyirdi. Kobudluq etməməyə çalışırdım, axı yaxınlaşıb mənə hisslərini bildirmək onun üçün heç də asan olmayıb. Ancaq sonda məcbur olub onunla daha sərt şəkildə danışdım» (Sara).

Nəyi etməməlisən?

Bəzi oğlanların fikrincə, qızların ürəyini fəth etmək su içmək kimi bir şeydir. Hətta onlar öz aralarında kimə daha çox qızın aşiq olacağına dair mərcə də girirlər. Ancaq bu, insafsızlıqdır, belə etməklə sən öz adını pisə çıxarırsan (Süleymanın məsəlləri 20:11). Aşağıda gətirilənləri yadda saxlayaraq bundan qaçınmaq olar.

● Flirt etmə. Eşqbazlıq edən oğlanlar şirin dilə basıb hərəkətləri ilə qızları yoldan çıxarırlar. Onların heç vaxt ciddi romantik münasibətlər qurmaq fikirləri olmur. Ancaq bu, Müqəddəs Kitabın «gənc qadınlarla bacın kimi təmiz niyyətlə davran» məsləhətinə ziddir (1 Timoteyə 5:2). Eşqbazlıq etmək möhkəm dostluğa və xoşbəxt evliliyə əngəl ola bilər. Ağıllı qızlar bunu yaxşı bilir.

Qızlar deyir: «Bu gün mənə dediklərini bir ay bundan qabaq başqasına dediyini bilmək adamı dəli edir» (Helen).

«Qrupumuzda yaraşıqlı bir oğlan var idi, o, mənimlə flirt etməyə başladı. Bütün günü özündən danışaraq özünü gözə soxmağa çalışırdı. Qrupa təzə qız gələndə onunla da elə davrandı. Sonra daha bir qız gəldi, yenə eyni hal təkrarlandı. Necə də iyrənc hərəkətdir!» (Tina).

● Qızların hissləri ilə oynama. Qızlarla dostluq oğlanlarla dostluq etməyə bənzəmir. Nəyə görə? Bir özün fikirləş: əgər dostuna yeni pencəyinin ona çox yaraşdığını deyirsənsə və ya etibar edib tez-tez onunla sirlərini bölüşürsənsə, çətin ki, sənin ona qarşı romantik hisslərin olduğunu düşünsün. Ancaq əgər qıza bu kimi kompliment etsən və ya onunla tez-tez dərdləşsən, çox güman ki, ondan xoşun gəldiyini düşünəcək.

Qızlar deyir: «Məncə, oğlanlar başa düşmürlər ki, qızlarla oğlan dostları kimi rəftar edə bilməzlər» (Şeril).

«Oğlan telefon nömrəmi alır, sonra da mesaj yazır. Nə istədiyini başa düşə bilmirəm. Bəzən bu cür yazışmaq bağlılıq yaradır. Məgər mesajlaşmaqla insanı yaxından tanımaq olar?» (Nigar).

«Oğlanlar qızların nə dərəcədə tez bağlandıqlarını başa düşmürlər, xüsusilə əgər oğlan diqqətcil və ünsiyyətcildirsə. Amma bu o demək deyil ki, qızlar kiminlə gəldi görüşməyə hazırdır. Sadəcə qızların əksəriyyəti sevib-sevilmək istəyir və öz ağ atlı şahzadəsini gözləyir» (Alisa).

ƏLAVƏ MƏLUMATI 2-Cİ CİLDİN 3-CÜ FƏSLİNDƏN OXU

NÖVBƏTİ FƏSİLDƏ

Əsil məhəbbətlə kor-koranə vurğunluq arasındakı fərqi necə izah edərdin?

AÇAR AYƏ

“Allahın iradəsi ilə həqiqi salehlik və sədaqət içində yaradılmış yeni şəxsiyyətə bürünməlisiniz” Efeslilərə 4:24

MƏSLƏHƏT

Yetkin insanlardan soruş gör, bir gənc, ilk növbədə, hansı xüsusiyyətlərə yiyələnməlidir. Sonra həmin sahənin üzərində işləməli olub-olmadığını müəyyən et.

BİLİRSƏN... ?

Daxili aləmin xarici görünüşündən daha vacibdir.

HƏRƏKƏT PLANI!

Ədəb-ərkan qaydaları ilə bağlı daha çox işləməli olduğum sahə: ․․․․․

Danışıq qabiliyyətimi yaxşılaşdırmaq üçün mən: ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Özünə hörmət etdiyini necə göstərə bilərsən?

● Qızların fikirlərinə və hisslərinə hörmət etdiyini necə göstərə bilərsən?

[198–ci səhifədəki yazı]

“Oğlanlar düşünürlər ki, xarici görünüşlərilə və ya geyinib-kecinməklə qızları cəlb edə bilərlər. Müəyyən mənada belə olsa da, məncə, qızlar daha çox oğlanların keyfiyyətlərinə fikir verirlər” Səbinə

[197–ci səhifədəki şəkil]

Ədəb-ərkan pencək deyil ki, başqalarında təəssürat oyatmaq üçün geyinəsən, evə gələndə isə çıxarasan

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş