Nəğmə 137
Bizə cəsarət ver
- Cəsarətlə car çəkirik - Padşahlıq müjdəsini. - Təqiblər bizi sarsıtmır, - Ucaldırıq ismini. - Biz qorxmarıq insandan, - Tabe olarıq əmrinə. - Sənə əl açırıq, Yehova, - Ruhunu lütf et quluna. - (NƏQARƏT) - Rəbbimiz, cəsur ürək ver, - Qorxuya üstün gələk. - Dəyanətlə, mətanətlə - Müjdəni bəyan edək. - Möhtəşəm gün astanada, - Qurtuluş günü yaxında. - Rəbbimiz, cəsur ürək ver, - Xidmət edək. 
- Sən bilirsən, biz torpağıq, - Ey uca Xaliqimiz. - Ürəkdə qorxu olsa da, - Sarsılmaz imanımız. - Gör düşmən tənəsini, - Eşit, ya Rəbb, səsimizi. - Şəhadət verək qoy isminlə, - Yenilməz, cəsur et bizi! - (NƏQARƏT) - Rəbbimiz, cəsur ürək ver, - Qorxuya üstün gələk. - Dəyanətlə, mətanətlə - Müjdəni bəyan edək. - Möhtəşəm gün astanada, - Qurtuluş günü yaxında. - Rəbbimiz, cəsur ürək ver, - Xidmət edək. 
(Həmçinin baxın: 1 Salon. 2:2; İbr. 10:35.)