Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/7 s. 19—23
  • Cəsarətlə təbliğ edərək İsanı təqlid edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Cəsarətlə təbliğ edərək İsanı təqlid edin
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Onlar ədavətə cəsarətlə sinə gərdilər
  • İsanı cəsarətlə təbliğ etməyə məhəbbət təşviq edirdi
  • Müqəddəs ruh bizə cəsarətlə təbliğ etməyə güc verir
  • Məsihçilər bu gün də cəsarətlə təbliğ edirlər
  • ‘Allahın sözünü cəsarətlə söylə’
    Gözətçi qülləsi 2010
  • Allahın sözünü cəsarətlə söyləməyə davam edin
    Müqəddəs ibadətimiz 2005
  • Cəsarət
    İnsanları sev. Şagird hazırla
  • Bu sualların cavabını tapın
    Yehovanın şahidlərinin rayon toplantısı 2018/19 (rayon nəzarətçisinin iştirakı ilə)
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/7 s. 19—23

Cəsarətlə təbliğ edərək İsanı təqlid edin

«Biz Allahımızdan cəsarət aldıq ki,.. sizə Allahın Müjdəsini elan edək» (1 SALON. 2:2).

1. Nəyə görə Padşahlıq haqqında xoş xəbər bu qədər cəlbedicidir?

YAXŞI xəbər eşitmək hamıya xoşdur! Ən yaxşı xəbər isə Allahın Padşahlığı haqqında xoş xəbərdir. Bu xoş xəbər bizə əzab-əziyyətin, xəstəliklərin, ağrı-acının və ölümün tezliklə aradan qaldırılacağına ümid verir. Bu xəbər onu qəbul edənlərə əbədi həyata yol açır, Allahın niyyətini açıqlayır və Onunla yaxın münasibətləri necə qura biləcəklərini göstərir. Ola bilsin, sən düşünürdün ki, xoş xəbər hamının sevincinə səbəb olacaq. Amma əfsuslar olsun ki, bu, belə deyil.

2. İsanın: «Mən... ayırmağa gəlmişəm» sözlərini izah edin.

2 İsa şagirdlərinə demişdi: «Fikirləşməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm; Mən sülh deyil, qılınc gətirməyə gəldim. Çünki Mən oğulu atadan, qızı anadan və gəlini qaynanadan ayırmağa gəlmişəm; və insanın düşmənləri öz evinin sakinləri olacaqdır» (Mat. 10:34-36). Xoş xəbəri sevinclə qəbul etmək əvəzinə, əksər insanlar onu rədd edir. Bəziləri, hətta yaxın ailə üzvləri belə bu xəbəri təbliğ edənlərə düşmən kəsilir.

3. Təbliğ etmək tapşırığını yerinə yetirmək üçün bizdən nə tələb olunur?

3 Biz İsanın bəyan etdiyi həqiqətləri təbliğ edirik. O vaxt olduğu kimi, bu gün də çoxları bu xəbərə eyni cür hay verir. Bu, təəccüblü deyil. Çünki İsa şagirdlərinə demişdi: «“Qul ağasından üstün deyildir”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər» (Yəh. 15:20). Bir çox ölkələrdə açıq-aşkar təqiblərlə üzləşməsək də, təbliğ etdiyimiz insanlar tərəfindən ədavət və laqeydliklə qarşılanırıq. Buna görə də xoş xəbəri cəsarətlə təbliğ etmək üçün bizdən iman və mətin olmaq tələb olunur. (2 Peter 1:5-8 ayələrini oxu.)

4. Təbliğ etmək üçün nəyə görə Pavelə «cəsarət» lazım idi?

4 Ola bilsin, bəzən xidmətdə iştirak etmək sənə çətindir və yaxud xidmətin bəzi sahələri səni qorxudur. Əgər belədirsə, yadda saxla ki, sən tək deyilsən. Həvari Pavel həqiqəti çox yaxşı başa düşən, cəsarətli və qorxmaz təbliğçi olsa da, təbliğ etmək bəzən onun üçün də çətin olurdu. O, Salonikdəki məsihçilərə yazmışdı: «Bildiyiniz kimi, qabaqca Filipidə əzab çəkib, təhqir olunduğumuz halda, biz Allahımızdan cəsarət aldıq ki, böyük müqavimətə baxmayaraq, sizə Allahın Müjdəsini elan edək» (1 Salon. 2:2). Həvari Pavel və əməkdaşı Sila Filipidə hakimlər tərəfindən dəyənəklə döyülərək, zindana atılıb qandallandılar (Həv. iş. 16:16-24). Buna baxmayaraq, Pavel və Sila ‘cəsarətlənib’ təbliğ etməyə davam etdilər. Bəs biz bunu necə edə bilərik? Bu suala cavab tapmaq üçün gəlin görək, qədim zamanlarda Allahın xidmətçiləri nəyin sayəsində Yehova haqqında həqiqətləri bəyan edə bilirdilər və onların nümunəsini biz necə təqlid edə bilərik.

Onlar ədavətə cəsarətlə sinə gərdilər

5. Nəyə görə Yehovaya sadiq olanlardan hər zaman cəsarətli olmaq tələb olunurdu?

5 Əlbəttə, ən böyük cəsarət və qorxmazlığı İsa Məsih göstərmişdir. Bununla belə, bəşər tarixinin ta başlanğıcından Yehovanın bütün sadiq xidmətçilərinin cəsarətə ehtiyacı olub. Nəyə görə? Eden bağında qaldırılan üsyandan sonra Yehova Öz xidmətçiləri ilə Şeytanın xidmətçiləri arasında düşmənçilik olacağını söylədi (Yar. 3:15). Bu düşmənçilik tez bir zamanda, saleh insan Habil qardaşı tərəfindən öldürüləndə özünü büruzə verdi. Sonralar Daşqından qabaq yaşamış sadiq Xanok da bu düşmənçiliyə tuş gəldi. O, peyğəmbərlik edirdi ki, Allah on minlərcə müqəddəsləri ilə gəlib allahsızlara hökm edəcək (Yəhuda 14, 15). Bu xəbər insanların əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmadı. İnsanlar Xanoka nifrət edirdilər və Yehova onun həyatına son qoymasaydı, çox ehtimal ki, onlar onu öldürəcəkdilər. Xanok necə də cəsarətli idi! (Yar. 5:21-24).

6. Nəyə görə fironla danışarkən Musaya cəsarət lazım idi?

6 Özünü təkcə allahların təmsilçisi yox, o cümlədən günəş tanrısı Ranın oğlu — allah hesab edən fironla danışan Musanın göstərdiyi cəsarət haqqında da fikirləşək. Ola bilsin ki, o, digər fironlar kimi, öz surətinə ibadət edirdi. Fironun sözü qanun idi; o yalnız əmr verirdi. Qüdrətli, məğrur və inadkar firon başqalarının dediyi ilə oturub-durmağa alışmamışdı. Həlim çoban olan Musa məhz belə bir insanın hüzuruna dəvət edilməmiş və arzuolunmaz qonaq kimi təkrar-təkrar gəlmək məcburiyyətində idi. Musa nə haqda xəbərdarlıq edirdi? Viranedici bəlalar haqqında. Bəs o hansı tələbi irəli sürürdü? O, fironun bir neçə milyonluq qulunun ölkədən buraxılmasını istəyirdi! Səncə, bunun üçün Musaya cəsarət lazım idi? Sözsüz ki! (Say. 12:3; İbr. 11:27).

7, 8. a) Allahın qədimdə yaşamış xidmətçiləri hansı sınaqlarla üzləşirdilər? b) Onlar həmin dövrdə təmiz ibadəti cəsarətlə dəstəkləmək üçün haradan güc alırdılar?

7 Sonrakı dövrlərdə yaşamış peyğəmbərlər və Allahın digər sadiq xidmətçiləri təmiz ibadəti cəsarətlə müdafiə etməyə davam edirdilər. Şeytan dünyasının onlara rəhmi gəlmirdi. Pavel deyir: «Onlar daşlandılar, mişarlanıb bölündülər, işgəncələrlə sınandılar, qılıncdan keçirilib öldürüldülər; qoyun dərisindən və keçi gönündən paltara bürünüb avara gəzdilər, yoxsulluğa, sıxıntıya və cəfaya məruz qaldılar» (İbr. 11:37). Allahın bu sadiq xidmətçilərinə möhkəm durmaqda nə kömək edirdi? Bir neçə ayə əvvəl həvari Pavel Habilin, İbrahimin, Saranın və başqalarının sınaqlara nəyin sayəsində tab gətirdiklərini qeyd edir. O deyir ki, ‘onlar vəd edilmiş şeyləri almadılar, amma bu şeyləri [imanla] uzaqdan görüb xoş qarşıladılar’ (İbr. 11:13). Şübhə yoxdur ki, İlyas, Yeremya və məsihçilikdən əvvəl yaşamış və cəsarətlə həqiqi ibadətin tərəfini tutmuş Allahın digər sadiq xidmətçiləri fikirlərini Yehovanın vədlərinə cəmlədikləri üçün mətin dura bilmişlər (Tit. 1:2).

8 Qədimdə yaşamış bu sadiq xidmətçilər parlaq və gözəl gələcəyə ümid edirdilər. Onlar dirilib kamilliyə qovuşacaq, həmçinin Məsih İsanın və onun 144 000 hakimiyyət şərikinin kahinlər kimi xidmət etmələri sayəsində ‘çürüklüyə olan köləlikdən azad olunacaqlar’ (Rom. 8:21). Bundan əlavə, Yehovanın Yeremyaya verdiyi vəddə əks olunan təminat da ona və Allahın qədimdə yaşamış digər xidmətçilərinə cəsarət verirdi: «“Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam” Rəbb belə bəyan edir» (Yer. 1:19). Allahın gələcəyimizə və bizi ruhani cəhətdən müdafiə edəcəyinə dair verdiyi vədlər üzərində düşünəndə biz də möhkəmlənirik. (Sül. məs. 2:7; 2 Korinflilərə 4:17, 18 ayələrini oxu.)

İsanı cəsarətlə təbliğ etməyə məhəbbət təşviq edirdi

9, 10. İsa cəsarətli olduğunu a) din rəhbərlərinin, b) əsgərlərin, c) baş kahinin, d) Pilatın qarşısında necə göstərdi?

9 Nümunəmiz olan İsa cəsarətini müxtəlif şəkildə təzahür etdirirdi. Məsələn, hakimiyyət və nüfuz sahibi olan insanlar ona nifrət etsələr də, o, Allahın insanlara çatdırmaq istədiyi xəbəri dəyişmədən, olduğu kimi söyləyirdi. O, nüfuzlu din rəhbərlərinin ikiüzlülüyünü və yalan təlimlərini qorxmadan ifşa edirdi. Həmin insanlar mühakimə olunmağa layiq idilər, buna görə də İsa sözü birbaşa onların üzünə deyirdi. Bir dəfə o demişdi: «Vay halınıza, din alimləri və fəriseylər, ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: çölü gözəl görünür, içi isə ölü sümükləri və hər cür murdarlıqla doludur. Siz də beləcə insanlara zahirən saleh görünürsünüz, daxilən isə ikiüzlülük və fəsadla dolusunuz» (Mat. 23:27, 28).

10 Bir dəstə əsgər İsanı tutmaq üçün Getsamani bağına gələndə o, cəsarətlə onların qarşısına çıxdı (Yəh. 18:3-8). Sonra o, Sinedriona gətirilib baş kahin tərəfindən sorğu-suala çəkildi. Hətta baş kahinin onu öldürmək üçün bəhanə axtardığını bilsə də, İsa qorxmadan Məsih və Allahın Oğlu olduğunu təsdiqlədi. Sözünə davam edərək əlavə etdi ki, onlar onun «Qadirin sağında oturduğunu və göyün buludları ilə gəldiyini» görəcəklər (Mark 14:53, 57-65). Tezliklə İsa onu azad etmək səlahiyyəti olan Pilatın qarşısında dayanmalı oldu. Amma ona qarşı irəli sürülən ittihamlara cavab vermədi (Mark 15:1-5). Bunun üçün böyük cəsarət tələb olunurdu.

11. Cəsarət məhəbbətlə necə bağlıdır?

11 İsa Pilata dedi: «Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim» (Yəh. 18:37). Yehova İsaya xoş xəbəri təbliğ etməyi tapşırmışdı və o, səmavi Atasını sevdiyi üçün bu tapşırığı yerinə yetirməkdən məmnunluq duyurdu (Luka 4:18, 19). İsa insanları da sevirdi. O, insanların həyatının çox ağır olduğunu bilirdi. Biz də Allaha və insanlara dərin məhəbbət bəslədiyimizdən cəsarətlə və qorxmadan şahidlik edirik (Mat. 22:36-40).

Müqəddəs ruh bizə cəsarətlə təbliğ etməyə güc verir

12. Erkən məsihçilərin sevincinə nə səbəb olmuşdu?

12 İsanın ölümündən bir neçə həftə sonra Yehovanın yeni xilas olanları onların sırasına qoşduğu üçün şagirdlər çox sevinirdilər. Hətta bir günün içində təxminən 3 000 adam — bir çox ölkələrdən Yerusəlimə Pentikost bayramını qeyd etmək üçün axışan yəhudilər və prozelitlər vəftiz olundu! Görünür, şəhərdə hamı bu haqda danışırdı! Müqəddəs Kitabda deyilir: «Hər adamın canına qorxu düşürdü. Və həvarilər vasitəsi ilə çox xariqələr və əlamətlər göstərilirdi» (Həv. iş. 2:41, 43).

13. Nəyə görə qardaşlar cəsarət üçün dua edirdilər və bundan sonra nə baş verdi?

13 Qəzəb içində olan din rəhbərləri Peter və Yəhyanı həbs edib onları bütün gecəni zindanda saxladılar və onlara İsa haqqında danışmağı qadağan etdilər. Azadlığa buraxıldıqdan sonra onlar başlarına gələnləri qardaşlara danışdılar və üzləşdikləri təqiblər haqqında dua edərək Yehovadan xahiş etdilər: «Ya Rəbb... Öz qullarına qüvvə ver ki, Sənin sözünü tam cəsarətlə söyləsinlər». Bəs sonra nə baş verdi? ‘Hamı Müqəddəs Ruhla doldu və Allahın sözünü cəsarətlə söyləməyə’ başladı (Həv. iş. 4:24-31).

14. Müqəddəs ruh təbliğ işində bizə necə kömək edir?

14 Fikir verin ki, şagirdlərə Allahın Kəlamını cəsarətlə danışmağa kömək edən Yehovanın qüdrətli müqəddəs ruhu idi. Həqiqəti başqalarına, hətta xoş xəbərə müqavimət göstərən insanlara belə danışmaq cəsarətini verən Yehovadır. Yehovadan müqəddəs ruh diləsək, onu verməyə qadir olduğuna və mütləq verəcəyinə əmin ola bilərik. Yehovanın köməyilə biz də cəsarətli olacaq və istənilən sınaqdan qalib çıxacağıq. (Məzmur 138:3 ayəsini oxu.)

Məsihçilər bu gün də cəsarətlə təbliğ edirlər

15. Bu gün həqiqət insanları bir-birindən necə ayırır?

15 Keçmişdə olduğu kimi, bizim günlərdə də həqiqət insanları bir-birindən ayırır. Bəziləri xoş xəbərə müsbət hay verdikləri halda, digərləri bizim Allaha nəyə görə məhz bu cür ibadət etdiyimizi ya başa düşmür, ya da mövqeyimizə hörmət etmirlər. İsanın dediyi kimi, bəziləri bizi tənqid edir, ələ salır, hətta nifrətlə yanaşırlar (Mat. 10:22). Bəzən biz kütləvi informasiya vasitələri ilə yayılan yalan məlumatın və qərəzli təbliğatın qurbanı oluruq (Məz. 109:1-3). Buna baxmayaraq, Yehovanın xalqı xoş xəbəri bütün yer üzündə cəsarətlə bəyan edir.

16. Hansı hadisə göstərir ki, xidmətdə cəsarətli olmağımız insanların baxışlarını dəyişə bilər?

16 Cəsarətli olmağımız insanların Padşahlıq haqqındakı xoş xəbərə münasibətini dəyişə bilər. Qırğızıstandan olan bir bacı başına gələnləri belə nəql edir: «Xidmətdə mənə bir nəfər dedi: “Mən Allaha inanıram, amma xristianların Allahına yox. Bir də bu qapıya gəlsəniz, itimi açıb üstünüzə buraxacağam!” Onun arxasında zəncirlənmiş böyük bir buldoq dayanmışdı. Ancaq “Padşahlıq haqqında xəbər” silsiləsindən olan “Yalan dinin sonu yaxındır!” adlı 37 №-li traktatın paylanması üzrə kampaniya keçiriləndə həmin kişinin digər ailə üzvlərindən kiminləsə söhbət etmək ümidilə onun qapısını bir daha döymək qərarına gəldim. Bu səfər də qapını həmin kişi açdı. Dərhal ürəyimdə Yehovaya dua edib, kişiyə dedim: “Salaməleyküm, üç gün əvvəlki söhbətimiz yadımdadır, itinizi də xatırlayıram. Ancaq evinizdən yan keçə bilmədim. Çünki mən də sizin kimi vahid həqiqi Allaha inanıram. Allah Onu rüsvay edən dinləri tezliklə yer üzündən siləcək. Siz bu haqda bu traktatdan daha çox öyrənə bilərsiniz”. Təəccüblü olsa da, kişi traktatı götürdü. Sonra mən başqa qapıya tərəf getdim. Bir neçə dəqiqədən sonra gördüm ki, kişi əlində traktat mənə yetişib dedi: “Mən bunu oxudum. Allahın qəzəbinə tuş gəlməmək üçün nə etməliyəm?”». Həmin kişi Müqəddəs Kitabı öyrənməyə və görüşlərə gəlməyə başladı.

17. Bir bacının cəsarəti ürəyində insan qorxusu olan qadını necə möhkəmləndirdi?

17 Bizim cəsarətli olmağımız başqalarını da cəsarətləndirə bilər. Rusiyada belə bir əhvalat baş vermişdir. Bir bacı avtobusda gedərkən yanındakı sərnişinə jurnal təklif etdi. Bu zaman bir kişi yerindən sıçrayıb jurnalı bacının əlindən aldı və əzib yerə atdı. Onun üstünə qışqıraraq təhqir etməyə başladı. Ondan ünvanını istədi və tələb etdi ki, bir daha bu kəndə ayaq basmasın. Bacı ürəyində dua edib İsanın sözlərini yadına saldı: «Bədəni öldürüb canı öldürə bilməyənlərdən... qorxmayın» (Mat. 10:28). O, sakitcə yerindən qalxıb kişiyə: «Sizə ünvan verən deyiləm, bu kənddə də təbliğ etməyə davam edəcəyəm»,— deyib avtobusdan düşdü. Bacı Müqəddəs Kitabı öyrətdiyi bir qadının da həmin avtobusda olduğundan xəbərsiz idi. Qadının ürəyində insan qorxusu olduğundan o, məsihçi görüşlərinə gəlmirdi. Bacımızın cəsarətini görən bu qadın bundan sonra yığıncaqlara getmək qərarına gəldi.

18. İsa kimi cəsarətlə təbliğ etməkdə sənə nə kömək edəcək?

18 Allahdan uzaq olan bu dünyada İsa kimi təbliğ etmək üçün cəsarət tələb olunur. Bu işdə sənə nə kömək edə bilər? Diqqətini gələcəyə cəmlə. Allaha və insanlara qarşı məhəbbətinin sönməsinə yol vermə. Duada Yehovadan cəsarət dilə. Həmişə yadda saxla ki, tək deyilsən — İsa səninlədir (Mat. 28:20). Müqəddəs ruh səni möhkəmləndirəcək. Yehova da, öz növbəsində, səni xeyir-dualandıracaq və köməyini səndən əsirgəməyəcək. Buna görə də gəlin daima cəsarətli olaq və deyək: «Rəbb mənə yardımçıdır, mən qorxmaram; insan mənə nə edə bilər?» (İbr. 13:6).

Necə cavab verərdiniz?

• Nəyə görə Allahın xidmətçiləri cəsarətli olmalıdırlar?

• Cəsarətli olmaq barədə...

Məsihdən öncə yaşamış sadiq insanlardan nə öyrəndiniz?

İsa Məsihdən nə öyrəndiniz?

erkən məsihçilərdən nə öyrəndiniz?

müasir məsihçilərdən nə öyrəndiniz?

[21-ci səhifədəki şəkil]

İsa din rəhbərlərini cəsarətlə ifşa edirdi

[23-cü səhifədəki şəkil]

Yehova təbliğ etməyimiz üçün bizə cəsarət verir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş