Nəğmə 147
Allahın məxsusi ümməti
Çap versiyası
	- Rəbb xəlq etdi ruhuyla - Yeni soy, yeni xilqət. - Onları məsh edibdir, - Qazanıblar rəğbət. - (NƏQARƏT) - Məxsusdur, Yehova, - Seçdiyin ümmət Sənə. - Bağlıdır, sadiqdir, - Onlar adına eylər səna. 
- Pak müqəddəs ümmətçün - Açdın həqiqət yolun. - Zülmətə Sən, Yehova, - Ələdin Öz nurun. - (NƏQARƏT) - Məxsusdur, Yehova, - Seçdiyin ümmət Sənə. - Bağlıdır, sadiqdir, - Onlar adına eylər səna. 
- Bax bu ümmət tabedir - Rəbbin əmrinə qəlbdən. - Vəz edirlər sevinclə - Müjdəni hər zaman. - (NƏQARƏT) - Məxsusdur, Yehova, - Seçdiyin ümmət Sənə. - Bağlıdır, sadiqdir, - Onlar adına eylər səna. 
(Həmçinin baxın: Məl. 3:17; Əşy. 43:20b, 21; Kol. 1:13.)