Nəğmə 152
Yehova gücümüz, ümidimiz, tək güvənc yerimiz
- Ey lütfkar Yehova, Sən bizə - Gerçək ümid verdin. - O, naçar qəlbə çarədir, - Gərək dünya bilsin. - Qayğılar artır günü-gündən, - Təlaşa səbəb olur. - Parlayan ümid də sanki, - Yavaş-yavaş sönür. - (NƏQARƏT) - Sən gücüm, ümidim, - Tək güvənc yerim. - Qoymazsan möhtac dar gündə. - Xidmətdə olanda - Arxayınam mən, - Qorxmaram Sənin sayəndə. 
- Ey Yehova, Sən oldun hayan - Bizə çətin anda. - Ovutdun bizi sevginlə, - Dinclik tapdıq Səndə. - Bir zaman sönən həmin ümid - Yenidən şölə saçır. - Qulların böyük səbatla - Adın bəyan edir. - (NƏQARƏT) - Sən gücüm, ümidim, - Tək güvənc yerim. - Qoymazsan möhtac dar gündə. - Xidmətdə olanda - Arxayınam mən, - Qorxmaram Sənin sayəndə. 
(Həmçinin baxın: Zəb. 72:13, 14; Məs. 3:5, 6, 26; Ərm. 17:7.)