NƏĞMƏ 152
Adını ucaldan məkan
(1 Padşahlar 8:27; 1 Salnamələr 29:14)
- 1. Uca Yaradan Rəbb Yehova, - Sığmazsan əngin göylərə, - Nə də yerdəki bu məskənə. - Amma lütf et ruhun bura. - Mömin bəndələr bəzəyidir, - Bu pak ibadət evinin. - Zövq verir bizə bir xalq kimi - Ucaltmaq mübarək ismin. - KEÇİD - Bizdəki hər şeyi - Lütf etdin Sən, Yehova. - Biz sənə qaytarırıq, - Bəxş etdiklərini. - NƏQARƏT - Yehova, Sənə minnətdarıq, - Verdin bu gözəl məkanı. - Arzumuz yetibdir yerinə, - Vəsf edək nəğmədə Səni! 
- 2. Yehova, bizə yetirmisən - Bu pak ibadət ocağın. - Elmini alsın cümlə-bəşər, - Haqq yolda daim yerisin. - Sənin Padşahlıq işini qoy, - İcra eyləsin bu məkan. - Qarşıda böyük işlər gözlər, - Bərəkət ver, olsun avand. - KEÇİD - Ən yaxşı şeyləri - Biz təqdim eyləyirik. - Çünki tək Sən layiqsən, - Ya Rəbb, ruzi Verən. - NƏQARƏT - Yehova, Sənə minnətdarıq, - Verdin bu gözəl məkanı. - Arzumuz yetibdir yerinə, - Vəsf edək nəğmədə Səni!