Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lmd d. 3
  • Xeyirxahlıq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xeyirxahlıq
  • İnsanları sev. Şagird hazırla
  • Başlıqlar
  • Oxşar material
  • İsa Məsihin qoyduğu nümunə
  • İsa Məsihdən nə öyrənirik?
  • İsa Məsih kimi davran
  • Diqqətcil olmaq
    İnsanları sev. Şagird hazırla
  • «Xeyirxahlıq qanunu» dilinizdə olsun
    Gözətçi qülləsi 2022
  • Ədavətli dünyada xeyirxahlıq göstərməyə çalışın
    Gözətçi qülləsi 2004
  • Allahın xidmətçiləri xeyirxahlığı sevməlidirlər
    Gözətçi qülləsi 2004
Əlavə
İnsanları sev. Şagird hazırla
lmd d. 3

SÖHBƏTƏ BAŞLAMAQ

Jesus gently approaching a blind man in order to heal him.

Yəh. 9:1—7

DƏRS 3

Xeyirxahlıq

Prinsip: «Məhəbbət... xeyirxahdır» (1 Kor. 13:4).

İsa Məsihin qoyduğu nümunə

İsa Məsih kor adamın gözlərini açmaq üçün ehmalca ona yaxınlaşır.

VİDEO: «İsa Məsih kor adamın gözlərini açır»

1. VİDEOYA bax və ya Yəhya 9:1—7 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1. a) İsa əvvəlcə nə etdi? Kor adama xoş xəbəri təbliğ etdi, yoxsa onun gözlərini açdı? (Yəhya 9:35—38 ayələrinə bax.)

  2. b) Səncə, nəyə görə həmin adam İsanın dediklərinə qulaq asdı?

İsa Məsihdən nə öyrənirik?

2. İnsan ona can yandırdığımızı hiss etsə, çatdırdığımız xəbərə daha həvəslə qulaq asar.

İsa Məsih kimi davran

3. İnsanın dərdini duy. Onun keçirdiyi hissləri anlamağa çalış.

  1. a) Düşün: Görəsən, onu nə narahat edir? Nəyin ona köməyi dəyər, nə ona xoş olar? Bu sənə kömək edəcək ki, insana ürəkdən xeyirxahlıq göstərəsən.

  2. b) insan onu narahat edən məsələlərdən və ya qarşılaşdığı problemlərdən danışırsa, onu dinlə, söhbəti dəyişmə. Belə etməklə onun dediklərinə biganə olmadığını göstərəcəksən.

4. Mehriban və hörmətcil danış. İnsanın dərdinə yandığın və ona can-dildən kömək etmək istəyin səs tonundan bilinəcək. Nə deyəcəyinə, necə deyəcəyinə fikir ver. Ehtiyatlı ol ki, insanın xətrinə dəyməyəsən.

5. Kömək əlini əsirgəmə. Fikirləş gör insana hansı üsullarla əməli kömək göstərə bilərsən. Xeyirxah əməl səmimi ünsiyyətə qapı açır.

H Ə M Ç İ N İ N  B A X

Rom. 12:15, 16; Qal. 6:10; İbr. 13:16

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş