Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/12 s. 4—7
  • Həlimlər yeri miras alacaqlar”. Bu necə mümkündür?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həlimlər yeri miras alacaqlar”. Bu necə mümkündür?
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Allahın Yer kürəsinə dair dəyişməz niyyəti
  • Dəyişməyən Allah
  • Və’d edilmiş mirası necə əldə etmək olar?
  • «Göydə olduğu kimi, yerdə də»
    Gözətçi qülləsi 2006
  • Həyatın böyük mə’nası var
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Allahın Yer kürəsinə dair niyyəti nədir?
    Allah bizdən nə tələb edir?
  • Allahın bəşəriyyət üçün niyyəti
    İlahi müjdə
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/12 s. 4—7

Həlimlər yeri miras alacaqlar”. Bu necə mümkündür?

“YƏQİN Kİ, siz İsa Məsihin “həlimlər yeri miras alacaqlar” kimi ruhlandırıcı sözləri ilə tanışsınız. Lakin insanların bir-birlərinə və Yerə olan münasibətlərini gördükdə sual yaranır: Həlimlər necə miras alacaqlar?” (Məzmur 37:11).

Yehovanın Şahidi olan Miryam adlı bir qadın Müqəddəs Kitab haqqında söhbətə belə bir sual ilə başlamışdır. Söhbətə başladığı kişi cavabında demişdir ki, əgər bu və’di İsa özü veribsə, onda Yer kürəsi həyat üçün yararsız xarabalıq deyil, şübhəsiz ki, yaxşı bir miras olacaqdır.

Onun cavabı nikbin səslənir. Bəs gələcəyə bu cür nikbinliklə baxmaq üçün əsasımız varmı? Sözsüz ki, var, çünki Müqəddəs Kitab bizi bu və’din yerinə yetəcəyinə əmin edir. Onun yerinə yetməsi Allahın bəşəriyyətə və Yer kürəsinə dair niyyəti ilə sıx bağlıdır, biz isə bilirik ki, Allah niyyət etdiyi hər şeyi yerinə yetirir (İşaya 55:11). Beləliklə, Allahın bəşəriyyətə dair ilk niyyəti nədən ibarət olmuşdur və O, bu niyyəti həyata necə keçəcəkdir?

Allahın Yer kürəsinə dair dəyişməz niyyəti

Yehova Allah Yer kürəsini xüsusi niyyətlə yaratmışdı. “Göyləri yaradan Rəbb, dünyaya şəkil verən və onu yaradan, onu möhkəmlədən və onu boşuna yaratmayan, üzərində yaşanılsın deyə ona şəkil verən Allah belə deyir: Rəbb mənəm; və başqası yoxdur” (İşaya 45:18). Gördüyümüz kimi, Yer üzü insanların yaşaması üçün yaradılmışdı. Bundan əlavə, Allah istəyir ki, insanlar yer üzündə əbədi yaşasınlar. Allah “yeri təməlləri üzərində qurdu; əbədiyyən sarsılmayacaqdır” (Məzmur 104:5; 119:90).

Allahın yer üzünə dair niyyəti, Onun ilk insanlara verdiyi tapşırıqda da öz əksini tapır. Yehova Adəmlə Həvvaya dedi: “Səmərəli olun və çoxalın və yer üzünü doldurun və ona sahib olun; və dənizin balıqlarına və göylərin quşlarına və yer üzərində hərəkət edən hər canlı şeyə hakim olun” (Təkvin 1:28). Allahın ilk insan cütünə e’tibar etdiyi yer üzü həm onlar üçün, həm də onların nəsilləri üçün əbədi yaşayış məskəni olmalı idi. Çox əsrlər sonra məzmurçu deyirdi: “Göylər Rəbbin göyləridir; fəqət yeri adəm oğullarına verdi” (Məzmur 115:16).

Gələcəyə dair olan bu gözəl ümidin həyata keçməsi üçün Adəm və Həvva, Yehova Allahı, Yaradanı və Həyatverəni, özlərinin Hökmdarı kimi tanımalı və Ona hazırlıqla tabe olmalı idilər. Bu, onların nəsillərinə də aid idi. Yehova ilk kişiyə belə bir göstəriş verdi: “Bağçanın hər ağacından istədiyin kimi ye; fəqət yaxşılığı və pisliyi bilmə ağacından yeməyəcəksən; çünki ondan yediyin gündə mütləq öləcəksən” (Təkvin 2:16, 17). Adəmlə Həvvanın Eden bağında yaşaya bilmələri üçün, onlara bu sadə və aydın göstərişə qulaq asmaq lazım idi. Belə etməklə onlar səmavi Atalarının onlar üçün etdiklərinə minnətdarlıqlarını bildirmiş olardılar.

Adəmlə Həvva onlara verilən göstərişi pozaraq, şüurlu surətdə Allaha qarşı çıxanda, əldə etdikləri hər şeyə görə borclu olduqları Kəsi rədd etmiş oldular (Təkvin 3:6). Beləliklə, onların gözəl Cənnət evləri həm onlar üçün, həm də onların nəsilləri üçün itirildi (Romalılara 5:12). İlk insanların itaətsizliyi Allahın yer üzünə dair niyyətinin həyata keçməsinə mane oldumu?

Dəyişməyən Allah

Allah Malaki peyğəmbərin vasitəsilə demişdir: “Mən, Rəbb, mən dəyişmərəm” (Malaki 3:6). Müqəddəs Kitab üzrə fransız alimi L. Fiyon qeyd etmişdir ki, bu ifadə Allahın və’dlərinin həyata keçməsi ilə sıx bağlıdır. Fiyon yazır: “Yehova itaətsiz insanları məhv edə bilərdi, lakin O, dəyişməz olaraq, Öz sözünə sadiq qaldığı üçün əvvəl verdiyi sözü istənilən şəraitdə yerinə yetirir”. Allah fərdi insana, millətə və ya bütün bəşəriyyətə verdiyi və’dini unutmur və həmin və’di Özü müəyyən etdiyi vaxtda yerinə yetirir. “Əbədi olaraq — min nəslə qədər əhdini, əmr etdiyi sözü... unutmaz” (Məzmur 105:8, 9, MKŞ).

Bəs biz nə üçün əmin ola bilərik ki, Yehova yer üzünə dair ilk niyyətini dəyişməyib? Ona görə ki, Allah tərəfindən ilham almış Yazılarda, yə’ni Müqəddəs Kitabda Allahın itaətkar bəşəriyyətə yer üzünü verəcəyi niyyəti barədə dəfələrlə deyilir (Məzmur 25:13; 37:9, 22, 29, 34). Bundan əlavə, Müqəddəs Kitabda deyilir ki, Yehovanın xeyir-duasını alan kəslər təhlükəsizlikdə yaşayacaq, “hər kəs öz asması altında və öz əncir ağacı altında oturacaq; və onları qorxudan olmayacaq” (Mika 4:4; Hezekiel 34:28). Yehovanın seçdikləri “evlər tikəcəklər və yaşayacaqlar; və bağlar salacaqlar və meyvəsini yeyəcəklər”. Onlar hətta çöl heyvanları ilə də sülh içində yaşayacaqlar (İşaya 11:6-9; 65:21, 25).

Müqəddəs Kitabda Allahın niyyətinin necə yerinə yetəcəyini başa düşməyə kömək edən nümunə var. Süleyman padşahın hakimiyyəti dövründə İsrail xalqı çiçəklənir və sülh içində yaşayırdı. O zaman “Süleymanın bütün günlərində Dandan Beer-şebaya qədər Yəhuda və İsrail, hər kəs öz asması və əncir ağacı altında, sülh içində yaşadılar” (1 Krallar 4:25). Müqəddəs Kitabda deyilir ki, İsa ‘Süleymandan daha böyükdür’ və məzmurçu Məsihin hakimiyyəti haqqında peyğəmbərcəsinə deyir: ‘Onun günlərində saleh çiçəklənəcək və ay yox oluncaya qədər, sülh bolluğu olacaq’. O zaman ‘yerdə, dağlar başında, buğda bolluğu olacaq’ (Luka 11:31; Məzmur 72:7, 16).

Öz sözünə sadiq olan Yehova Allah insanlara və’d edilmiş mirası, yə’ni yer üzünü nəinki verəcək, habelə onun ilk gözəlliyini də bərpa edəcəkdir. Vəhy 21:4 ayəsində deyilir ki, və’d edilmiş yeni dünyada “Allah onların [insanların] gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır”. Bax elə o zaman yer üzü əsl Cənnətə çevriləcəkdir (Luka 23:43).

Və’d edilmiş mirası necə əldə etmək olar?

Yer üzü, Padşahı İsa Məsih olacaq hakimiyyətin, yə’ni Padşahlığın dövründə Cənnətə çevriləcəkdir. Bu hakimiyyət göydən idarə edəcəkdir (Matta 6:9, 10). Əvvəlcə bu Padşahlıq “yeri tələf edənləri tələf” edəcəkdir (Vəhy 11:18; Daniel 2:44). Sonra İsa Məsihə, yə’ni ‘Sülhün Rəisinə’ dair bu peyğəmbərlik sözləri yerinə yetəcəkdir: “Rəisliyinin və sülhün artmasına son olmayacaq” (İşaya 9:6, 7). Bu Padşahlığın hakimiyyəti altında, dirilmə vasitəsilə həyata qaytarılanları da daxil etməklə, milyonlarla insanlar yeri miras ala biləcəklər (Yəhya 5:28, 29; Həvarilərin işləri 24:15).

Bu gözəl mirası kimlər ala bilər? İsanın sözlərinə diqqət yetirin: “Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar” (Matta 5:5). Həlim olmaq nə deməkdir? “Həlim” sözü adətən lüğətlərdə yumşaq, mülayim, itaətkar və sakit kimi müəyyən edilir. Lakin Müqəddəs Kitabda istifadə olunan yunan sözü daha dərin mə’na kəsb edir. Müqəddəs Kitab alimi Vilyam Barklinin qeyd etdiyi kimi, bu sözə “mülayimlik daxildir... lakin mülayimliyin arxasında polad möhkəmliyi durur” (“New Testament Wordbook”). Bu keyfiyyət, qəzəblənmədən və qisas almağı arzu etmədən, incikliklərin öhdəsindən gəlməyə kömək edən düşüncə tərzinə işarə edir. Bu, qüvvə mənbəyinə çevrilən, Allahla yaxşı münasibətlərin sayəsində mümkündür (İşaya 12:2; Filipililərə 4:13).

Həlim insan hər işdə təvazökarlıqla Allahın normalarını qəbul edir; o, özünün və yaxud başqa insanların nöqteyi-nəzərinə uyğun davranmaq üçün inadkarlıq göstərmir. Belə insan öyrənməyə qabiliyyətlidir və Yehova tərəfindən öyrədilməyi arzu edir. Məzmurçu Davud yazmışdır ki, Yehova “məzlumları [həlimləri] haqq yolu ilə aparır, Öz yolunu onlara öyrədir” (Məzmur 25:9, MKŞ; Süleymanın məsəlləri 3:5, 6).

Yeri miras alacaq “həlimlərin” arasında siz də olacaqsınızmı? Əgər siz Yehovanı və Onun iradəsini dərk edərək Allahın Kəlamını sə’ylə öyrənir və öyrəndiklərinizi həyatınızda tətbiq edirsinizsə, onda yer üzündə qurulacaq Cənnəti miras almağınıza və orada əbədi olaraq yaşamağınıza ümid var (Yəhya 17:3).

[5-ci səhifədəki şəkil]

Allahın Yer kürəsinə dair niyyəti Onun Adəmlə Həvvaya verdiyi tapşırığında əks olunurdu.

[6 və 7-ci səhifələrdəki şəkil]

Süleymanın hakimiyyəti dövründə hökm sürən sülh və təhlükəsizlik insanların alacaqları mirasın necə olacağına dair təsəvvür verir.

[İcazə ilə]

Sheep and background hill: Pictorial Archive (Near Eastern History) Est.; Arabian oryx: Hai-Bar, Yotvata, Israel; farmer plowing: Garo Nalbandian

[7-ci səhifədəki şəkil]

Qarşıda ədalətli yeni dünya durur. Siz də orada olacaqsınızmı?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş