Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/2 s. 8—12
  • Müqəddəs Kitabın əslində nə öyrətdiyini öyrədin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabın əslində nə öyrətdiyini öyrədin
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Allah qeydimizə qalırmı?
  • Biz nə üçün buradayıq?
  • İnsan öləndə nə baş verir?
  • Yeni kitab
  • Sənə göstərilən şərəfə görə minnətdar ol
  • Həqiqəti öyrənmək istəyirsinizmi?
    Həqiqəti öyrənmək istəyirsinizmi?
  • Allah haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allah əzablara nə üçün yol verir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • İnsanlara Müqəddəs Kitabın tə’limlərinə əməl etməyə kömək edin
    Gözətçi qülləsi 2007
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/2 s. 8—12

Müqəddəs Kitabın əslində nə öyrətdiyini öyrədin

«Bütün xalqları şagirdim edin, onları... öyrədin» (MATTA 28:19, 20).

1. Müqəddəs Kitab nə qədər geniş yayılıb?

YEHOVANIN KƏLAMI olan Müqəddəs Kitab dünyanın ən qədim və ən geniş yayılmış kitablarından biridir. O, tam və qismən 2 300-dən artıq dilə tərcümə olunub. Yer üzünün sakinlərinin 90 faizdən çoxu onu öz ana dilində oxuya bilər.

2, 3. a) Nə üçün Müqəddəs Kitab tə’limlərinə dair çaşqınlıq yaranıb? b) Biz hansı sualları araşdıracağıq?

2 Milyonlarla insan Müqəddəs Kitabı hər gün oxuyur. Bə’ziləri onu əvvəldən axıradək dəfələrlə oxumuşlar. Minlərlə dini qruplar tə’limlərinin Müqəddəs Kitaba əsaslandığını iddia etsələr də, aralarında razılığa gələ bilmirlər. Bundan başqa, eyni dinin üzvləri arasındakı ciddi fikir ayrılığı da çaşqınlığı artırır. Bə’ziləri Müqəddəs Kitaba e’tibar etmir, onun mənşəyinə və dəyərli olduğuna şübhə ilə yanaşırlar. Çoxlarının fikrincə isə, Müqəddəs Kitab sadəcə nikah mərasimində və ya məhkəmədə and içmək üçündür.

3 Əslində isə Müqəddəs Kitab Allahın tə’sirli kəlamı, yə’ni bəşəriyyətə ünvanlanmış məktubudur (İbranilərə 4:12). Yehovanın Şahidləri olduğumuz üçün bizim arzumuz budur ki, insanlar onun tə’limlərindən agah olsunlar. Biz İsa Məsihin davamçılarına verdiyi «gedin, bütün xalqları şagirdim edin, onları... öyrədin» tapşırığını sevinclə yerinə yetiririk (Matta 28:19, 20). Təbliğdə, dünyanı bürüyən dini qarışıqlığa görə narahat olan səmimi qəlbli insanlarla rastlaşırıq. Onlar Yaradanımız haqqında həqiqəti və həyatın mə’nası barədə Allahın Kəlamında nə yazıldığını bilmək istəyirlər. Gəlin, bir çox insanları maraqlandıran üç sualı bir-bir nəzərdən keçirək. Əvvəlcə din rəhbərlərinin yaydığı səhv fikirləri, sonra isə Müqəddəs Kitabın əslində nə öyrətdiyini araşdıracağıq. Həmin suallar aşağıdakılardır: 1) Allah qeydimizə qalırmı? 2) Biz nə üçün buradayıq? 3) İnsan öləndə nə baş verir?

Allah qeydimizə qalırmı?

4, 5. İnsanlar nə üçün Allahın qeydimizə qalmadığını düşünürlər?

4 Gəlin, birinci suala diqqət yetirək. Allah bizim qeydimizə qalırmı? Təəssüf ki, çoxları bu suala «yox» cavabı verir. Onlar niyə belə fikirləşirlər? Səbəblərdən biri odur ki, yaşadığımız dünya nifrət, ədavət və iztirablarla doludur. İnsanlar belə mülahizə yürüdürlər: «Əgər Allah doğrudan da qeydimizə qalsaydı, dünyanın vəziyyəti bu yerə gəlib çıxmazdı».

5 Bundan başqa, insanlarda belə təəssüratın yaranmasının səbəbkarı din xadimləridir. Bədbəxtlik üz verəndə onlar adətən nə deyirlər? Avtomobil qəzasında iki uşağını itirən bir qadına keşiş təsəlli verərək demişdi: «Allahın hökmü belə idi. Ona göydə daha iki mələk lazım oldu». Din xadimləri belə izahat verməklə bədbəxtliklərdə Allahı günahlandırmış olurlar. Ancaq şagird Yaqubun qələmə aldığı sözlərə diqqət yetirin: «İmtahan olunan zaman, qoy heç kim: “Allah məni imtahan edir”, — deməsin. Çünki Allah pisliklə imtahan olunmur və Özü də heç kimi imtahan etmir» (Yaqub 1:13). Bəli, həqiqi Allah Yehova heç vaxt heç kimə pislik etmir (Əyyub 34:10).

6. Dünyadakı pisliyin və əzabların səbəbkarı kimdir?

6 Əgər belədirsə, bəs onda nəyə görə dünya pislik və əzablarla doludur? Səbəblərdən biri odur ki, bəşəriyyət Allahın ədalətli qanun və prinsiplərinə xor baxaraq Onu bir Rəhbər kimi rədd etmişdir. ‘Bütün dünya şəririn hakimiyyəti altında’ olduğu üçün insanlar özlərinin də xəbəri olmadan Allahın düşməni Şeytana boyun əyiblər (1 Yəhya 5:19). Beləliklə, dünyanın nə üçün bərbad vəziyyətdə olduğunu başa düşmək çətin deyil. Şeytan pis, mənfur, yalançı və qəddardır. Aydın məsələdir ki, dünya öz rəhbərinin xasiyyətini mənimsəyib. Buna görə də, pisliyin geniş yayılması təəccüb doğurmur!

7. İztirabların səbəblərindən bə’ziləri hansılardır?

7 İnsanın qeyri-kamilliyi əzabların digər səbəbidir. Günahlı insanlar hakimiyyət uğrunda mübarizə aparmağa meylli olduqları üçün müharibələr, zülm və əzablar qaçılmazdır. Bu haqda Vaiz 8:9 ayəsində yaxşı yazılıb: «Bir nəfərin başqa adama ağalıq etməsi başına bəla olur». Başqa bir səbəb «vaxt və təsadüf»dür (Vaiz 9:11, KM). Yə’ni insanların başına bədbəxtlik ona görə gəlir ki, onlar münasib olmayan vaxtda münasib olmayan yerdə olurlar.

8, 9. Yehovanın həqiqətən də qayğımıza qaldığını haradan bilirik?

8 Əzabların Yehovadan olmadığını bilmək çox təsəllivericidir. Bəs həyatımızda baş verənlər Allahı həqiqətən də maraqlandırırmı? Bu sualın ürək açan cavabı «bəli»dir! Yehovanın bizim qayğımıza qalması ondan bəllidir ki, O, Kəlamı vasitəsilə bəşəriyyətə nə üçün öz yanlış yolu ilə getməyə icazə verdiyini açıqlayır. Bunun iki səbəbi var: Onun ali hakimiyyəti və insanların nöqsansızlığı. Yehova hər şeyə qadir Yaradan olduğundan əzablara nə üçün yol verdiyini açıqlamağa borclu deyil. Ancaq O, qayğımıza qaldığı üçün bunu edir.

9 Gəlin, Allahın bizə laqeyd yanaşmadığını göstərən digər sübutu nəzərdən keçirək. Nuhun günlərində yer üzündə pislik baş alıb gedəndə Yehova «ürəyində kədərləndi» (Yaradılış 6:5, 6). Bəs bugünkü pisliklər Onu kədərləndirirmi? Bəli, çünki Allah dəyişilmir (Malaki 3:6). O, ədalətsizliyə nifrət edir və əsla insanların iztirab çəkməsini istəmir. Müqəddəs Kitab öyrədir ki, Allah tezliklə insan hakimiyyətinin və İblisin gətirdiyi zərəri aradan qaldıracaq. Məgər bu, Allahın qayğımıza qaldığına inandırıcı sübut deyilmi?

10. İnsanların iztirabı Yehovada hansı hissləri doğurur?

10 Din rəhbərləri faciələri Allahın hökmünə yazaraq Onun haqqında səhv təsəvvürlər yaradırlar. Əslində isə Yehova insanların iztirablarına son qoymağı arzulayır. 1 Peter 5:7 ayəsində deyilir ki, Allah bizim ‘qayğımıza qalır’. Bəli, Müqəddəs Kitab əslində məhz bunu öyrədir!

Biz nə üçün buradayıq?

11. «Biz nə üçün buradayıq?» sualına dünyadakı dinlər necə cavab verir?

11 İndi isə çoxlarını narahat edən «biz nə üçün buradayıq?» sualına nəzər salaq. Dün­yadakı dinlərin cavabı ondan ibarətdir ki, insanlar yer üzündə qonaqdırlar. Onların fikrincə, Yer kürəsindəki həyat hansısa başqa bir dünyaya keçiddir. Bə’zi din xadimləri yanlış olaraq öyrədirlər ki, Allah bir gün planetimizi məhv edəcək. Bu tə’limlərin nəticəsində bir çox insanlar belə qənaətə gəlirlər: «Onsuz da öləcəyik, nə qədər ki bu dünyadayam, yaxşısı budur, yeyib-içib kef edim». Bəs Müqəddəs Kitab bizim burada olmağımızın səbəbi haqda əslində nə öyrədir?

12-14. Allahın Yer kürəsinə və insanlara dair niyyəti barədə Müqəddəs Kitab nə öyrədir?

12 Allahın Yer kürəsi və bəşəriyyətə dair çox gözəl niyyəti vardır. O, Yeri «boşuna» deyil, «üzərində yaşanılsın deyə» yaradıb (Yeşaya 45:18, KM). Üstəlik, Yehova onun ‘təməlini elə qurub ki, əsla sarsılmasın’ (Məzmur 104:5). Allahın bu niyyətini öyrənərək nə üçün burada olduğumuzu başa düşəcəyik.

13 «Yaradılış» kitabının 1 və 2-ci fəsillərində təsvir olunur ki, Yehova insanların yaşaması üçün yerdə hər cür şərait yaratmışdı. Yaradılışın sonunda Allah, Yer kürəsi də daxil olmaqla, ‘hər şeyin çox yaxşı’ olduğunu dedi (Yaradılış 1:31). Allah Adəmlə Həvvanı gözəl Eden bağında yerləşdirərək onları bol-bol keyfiyyətli qida ilə tə’min etdi. O, ilk kişi və qadına dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun». Onlar kamil övladlar dünyaya gətirməli, Eden bağının hüdudlarını bütün yer üzü Cənnətə çevrilənədək genişləndirməli və heyvanların üzərində məhəbbətlə hökmranlıq etməli idilər (Yaradılış 1:26-28).

14 Yehovanın niyyəti o idi ki, yerdə kamil insan ailəsi əbədi sakin olsun. Allahın Kəlamı deyir: «Salehlər ölkəni [yeri] mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:29). Bəli, insanlar Yer kürəsindəki Cənnətdə əbədi yaşamalı idilər. Allahın niyyəti budur və Müqəddəs Kitab əslində məhz bunu öyrədir!

İnsan öləndə nə baş verir?

15. Dinlərin əksəriyyəti ölümdən sonra baş verənlər haqda nə öyrədir?

15 İndi isə gəlin, insanların narahatçılığına səbəb olan üçüncü sualı nəzərdən keçirək. İnsan öləndə nə baş verir? Əksər dinlər öyrədir ki, insanın daxilində olan ölməz bir şey bədən öləndən sonra yaşamağa davam edir. Bə’zi dini qruplar hələ də inanırlar ki, Allah pis insanları odlu cəhənnəmdə əbədi əzaba məhkum edərək onlara cəza verir. Ancaq bu həqiqətdirmi? Əslində Müqəddəs Kitab ölülərin vəziyyəti haqqında nə öyrədir?

16, 17. Müqəddəs Kitab ölülərin vəziyyəti haqqında nə deyir?

16 Allahın Kəlamında deyilir: «Dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir. Onlara daha heç vaxt əvəz verilməyəcək [«artıq onların alacağı yoxdur», KM]». ‘Ölülər heç nə bilmədikləri’ üçün onlar eşitmir, görmür, danışmır, hiss etmir və düşünmür. Onların artıq alacağı da yoxdur. Ölülər heç bir iş görə bilmirlərsə, alacaqları haradan olsun?! Bundan başqa, ölənlərin «sevgisi, nifrəti, paxıllığı artıq məhv olub», çünki onlar heç bir hiss keçirmirlər (Vaiz 9:5, 6, 10).

17 Müqəddəs Kitab bu barədə sadə və aydın deyir — ölülər haradasa yaşamağa davam etmirlər. İnsan öləndə heç nə onun bədənini tərk edərək başqa bədəndə doğulub yaşamır. Bunu bir əyani nümunə əsasında izah etmək olar: həyatımız şamın alovuna bənzəyir. Şam sönəndə alov başqa yerdə yanmağa davam etmir, o, sadəcə olaraq yox olur.

18. İnsan ölülərin vəziyyəti haqqında həqiqəti öyrənəndə nəyi dərk edir?

18 Görün bu sadə həqiqət insanların həyatına necə böyük tə’sir göstərir. İnsan Müqəddəs Kitabdan ölülərin vəziyyəti haqqında həqiqəti öyrənəndə asanlıqla başa düşür ki, həyatdan köçən ata-babası sağ ikən nə qədər acıqlı olsaydılar da, artıq onu narahat edə bilməzlər. O, həmçinin dərk edir ki, ölən əzizləri artıq nə eşidir, nə görür, nə danışır, nə hiss edir, nə də ki düşünürlər. Buna görə də, onlar nə ə’rafda, nə də cəhənnəmin qır qazanında əzab çəkmirlər. Müqəddəs Kitab öyrədir ki, Allahın yaddaşında olan ölüləri dirilmə gözləyir. Bu necə də gözəl ümiddir! (Yəhya 5:28, 29).

Yeni kitab

19, 20. Bir məsihçi kimi üzərimizə hansı məs’uliyyət düşür və xidmətimiz üçün xüsusilə faydalı olacaq hansı kitab nəşr edilib?

19 Biz insanları narahat edən yalnız üç sualı nəzərdən keçirdik. Gördüyümüz kimi, Müqəddəs Kitabın bu suallara verdiyi cavab sadə və aydındır. Müqəddəs Kitabın nə öyrətdiyini bilmək istəyən insanlarla həqiqəti bölüşmək necə də böyük sevincdir! Lakin səmimi insanların cavab tapmaq istədiyi başqa vacib suallar da vardır. Bir məsihçi kimi bu işdə onlara kömək etmək bizim borcumuzdur.

20 Müqəddəs Kitab həqiqətlərini aydın və insanların ürəyinə tə’sir edəcək tərzdə öyrətmək asan deyil. Bu işin öhdəsindən gəlməyimiz üçün «sadiq və ağıllı qul» yeni kitab hazırlayıb (Matta 24:45-47). Xüsusilə də xidmətdə istifadə etməyimiz üçün nəzərdə tutulan 224 səhifəli bu nəşr «Müqəddəs Kitab əslində nə öyrədir?» adlanır.

21, 22. «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının bə’zi diqqətəlayiq cəhətləri hansılardır?

21 Yehovanın Şahidlərinin 2005-ci ildə keçi­rilən «Allaha itaətkarlıq» adlı vilayət konqresində təqdim olunan bu kitab bir çox diqqətəlayiq cəhətlərə malikdir. Məsələn, beş səhifəlik girişin köməyilə asanlıqla Müqəddəs Kitab öyrənməsinə başlamaq olar. Həmçinin buradakı şəkilləri və ayələri müzakirə etmək asandır. Həmin hissədə Müqəddəs Kitab fəsillərini və ayələrini asanlıqla tapmağın yolu göstərilir.

22 Kitabın yazılış üslubu sadə və aydındır. Bu kitab elə tərtib olunub ki, öyrənəni müzakirəyə cəlb etməklə onun ürəyinə yol tapmaq asandır. Hər fəslin əvvəlində bir neçə sual, sonunda isə «Müqəddəs Kitabın öyrətdikləri» adlı çərçivə var. Çərçivədə fəslin əvvəlində verilən suallara Müqəddəs Kitaba əsaslanan cavablar yazılıb. Gözəl şəkillər, şəkilaltı imzalar, həmçinin əyani misallar yeni fikirləri asanlıqla qavramağa kömək edir. Fəsillərdəki material sadədir, amma öyrənənə əlavə mə’lumat vermək lazım gələrsə, 14 vacib mövzunu daha dərindən araşdıran «Əlavələr» bölməsinə müraciət etmək olar.

23. «Müqəddəs Kitab öyrədir» kitabını istifadə etməyə dair hansı məsləhətlər verilir?

23 «Müqəddəs Kitab öyrədir» kitabı müxtəlif təhsilli və cürbəcür dinlərdən olan insanlara kömək etmək üçün hazırlanıb. Əgər Müqəddəs Kitabı öyrənən insanın Allahın Kəlamı haqqında heç bir mə’lumatı yoxdursa, bir fəsli bir neçə hissəyə bölmək olar. Materialı tez keçməyə qarşına məqsəd qoyma, öyrənənin ürəyinə yol tapmağa çalış. Əgər o, kitabdakı əyani misalı başa düşmürsə, onu izah et və ya başqa nümunə gətir. Yaxşı hazırlaş, kitabdan məharətlə istifadə et, ‘həqiqət sözünü doğruluqla öyrətmək’ üçün Allah dua et (2 Timoteyə 2:15).

Sənə göstərilən şərəfə görə minnətdar ol

24, 25. Yehova xalqını hansı şərəfə layiq görüb?

24 Yehova Öz xalqını tayı-bərabəri olmayan şərəfə layiq görüb. O bizə Özü haqqında həqiqəti öyrənmək imkanını verib. Buna heç vaxt naşükür yanaşmamalıyıq. Allah niyyətini məğrur insanlardan gizlədib təvazökarlara açdı. Bu haqda İsa dedi: «Ey göyün və yerin Rəbbi olan Ata, şükür edirəm Sənə ki, bu şeyləri müdriklərdən və ağıllılardan gizlədib, körpələrə açdın» (Matta 11:25). Kainatın Hökmdarı Yehovaya xidmət edən təvazökar insanların sırasında olmaq necə də nadir üstünlükdür!

25 Biz, həmçinin Allah haqqında həqiqəti başqa insanlara öyrətmək şərəfinə layiq görülmüşük. Unutma ki, din xadimləri yalan tə’limləri yayaraq Yehovanı insanlara yanlış tanıtmışlar. Buna görə də, çoxları Yehovanı laqeyd, daşürəkli Allah hesab edir. Bəs sən insanlara səhv fikirlərdən azad olmaqda kömək etməyi arzulayırsanmı? Sən istəyirsənmi ki, bütün səmimi insanlar Allah haqqında həqiqəti bilsinlər? Əgər belədirsə, sə’ylə təbliğ edərək və Müqəddəs Kitabın vacib məsələlərə dair nə öyrətdiyini başqaları ilə bölüşərək Allaha itaət etdiyini göstər. Həqiqəti axtaranların Müqəddəs Kitabın əslində nə öyrətdiyini bilməyə ehtiyacı var.

Necə cavab verərdiniz?

• Allahın qeydimizə qaldığını haradan bilirik?

• Biz nə üçün yer üzündə yaşayırıq?

• İnsan öləndə nə baş verir?

• «Müqəddəs Kitab öyrədir» kitabının hansı cəhətləri sənin xüsusilə xoşuna gəlir?

[9-cu səhifədəki şəkil]

Salehlər Cənnətdə əbədi yaşayacaqlar.

[10-cu səhifədəki şəkillər]

Müqəddəs Kitab öyrədir ki, iztirablar bitəcək.

[İcazə ilə]

Yuxarıda sağda, qız: © Bruno Morandi/age fotostock; solda, qadın: AP Photo/Gemunu Amarasinghe; aşağıda sağda, qaçqınlar: © Sven Torfinn/Panos Pictures

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş